Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • “Reinteqrasiya istəyən onlarla erməni saxlanılıb…” – “Avropa İttifaqının “erməni məhbusları” yanaşması selektivdir”

“Reinteqrasiya istəyən onlarla erməni saxlanılıb…” – “Avropa İttifaqının “erməni məhbusları” yanaşması selektivdir”

admin 15/12/2025
ferhad-polit1

 

Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabr 2025-ci ildə imzalanmış Strateji Gündəm sənədi hələ də müzakirə mövzusu olaraq qalır. Azərbaycan Xarici İşlər Nazirliyi sənədlə bağlı artıq öz mövqeyini açıqlayıb. Bəyan olunub ki, sənəddə yer alan bəzi məqamlar Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə ziddir. Çünki sənəddə yer alan “erməni məhbusları və digər saxlanılan şəxslər” ifadəsi xüsusi suallar doğurur.

Sənəddə qeyd olunur ki, Avropa İttifaqı “erməni məhbuslarının və digər saxlanılanların azadlığa buraxılması üçün çağırışları davam etdirməli, itkin düşmüş şəxslərin taleyi və məcburi yoxaçıxmalar daxil olmaqla humanitar məsələlərin həlli istiqamətində etimad quruculuğu tədbirləri görməlidir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə yerli mediaya açıqlamasında sənəddə sülh prosesi ilə ziddiyət təşkil edən məqamlar olmadığını iddia edib.

Politoloq Fərhad Məmmədov bildirir ki, Azərbaycan Brüssel ilə həbs edilmiş Ermənistan vətəndaşları mövzusunu müzakirə etmək niyyətində deyil: “Onların bir qismi artıq məhkəmə hökmü alıb, digərlərinin isə işi məhkəmədə baxılma mərhələsindədir. Avropa İttifaqının bu mövzuda Azərbaycan qarşısında hər hansı mandatı yoxdur və Brüsseldən bu məsələ qaldırılarsa, uyğun cavab veriləcək”.

Ekspertin sözlərinə görə, sənəddə “erməni məhbusları” anlayışı tam qeyri-müəyyən formada təqdim olunur: “Sənəddə nə say göstərilir, nə adlar açıqlanır, nə də onların hansı ölkədə saxlanıldığı qeyd olunur. Sadəcə ümumi və hüquqi baxımdan qeyri-müəyyən ifadə var”.

Fərhad Məmmədov diqqəti Ermənistanda həbsdə olan erməni əsilli şəxslərə yönəldir. Onun sözlərinə görə, 2021–2023-cü illərdə Qarabağda fəaliyyət göstərən, Ermənistandan maliyyələşən və Rusiyanın bölgədə qalmasını dəstəkləyən hərbi xunta tərəfindən reinteqrasiyanı dəstəkləyən onlarla erməni saxlanılıb: “Bu şəxslər Azərbaycanın dövlət qurumları ilə əlaqə saxladıqlarına və reinteqrasiya istədiklərinə görə qondarma ‘xəyanət’ ittihamı ilə həbs ediliblər. Sonuncu belə məhbus Sarkis Qalstyan olub və o, 18 il azadlıqdan məhrum edilib”.

Politoloq sual edir ki, Avropa İttifaqı bu erməni məhbusların taleyi ilə maraqlanırmı: “Aİ-nin Ermənistandakı nümayəndəliyi onları ziyarət edirmi? Ümumiyyətlə, bu insanlar kiminsə diqqət mərkəzindədirmi? Xüsusilə də Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra”.

Fərhad Məmmədov hesab edir ki, Avropa İttifaqının yanaşması açıq şəkildə selektiv xarakter daşıyır: “Belə görünür ki, Aİ üçün insan hüquqları məsələsində belə seçici münasibət mövcuddur – hətta ermənilərə münasibətdə belə”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: DTX həbs etdiyi icra başçısı ilə bağlı açıqlama yaydı – Video
Next: İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir…

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.