Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 16
  • Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması…

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması…

admin 16/12/2025
zengezur-dehlizi_6

 

Xameneinin müşaviri Vilayəti Ermənistanın Tehrandakı səfəri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. Bildirib ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır”.

Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı köhnə mövqeyi xarici işlər naziri Abbas Arakçının Bakı səfərindən sonra yenidən gündəmə gətirməsi İranın siyasi elitasındakı ziddiyyətlərdən qaynaqlanır.

Pezeşkian administrasiyası Zəngəzur dəhlizini İrana qarşı iddia edildiyi kimi təhlükə olaraq görmür. Arakçının səfəri də regiondakı mövcud şərtlərdə – tranzit layihələri və siyasi-təhlükəsizlik arxitekturasında İranın maraqlarının nəzərə alınması ətrafında Azərbaycanla müzakirələr aparmağa hesablanmışdı. Bu səfər həm də İranın mövcud administrasiyasının mühafizəkarlara qarşı mövqeyinin gücləndirilməsi məqsədi daşıyırdı: görünür, mühafizəkarların Azərbaycan və Zəngəzur dəhlizi haqda yaratdıqları süni qorxunu qəbul etməyən Pezeşkian İranın maraqlarına qarşı təhlükənin olmadığını yenidən təsdiq etmək, bununla arqumentlərini gücləndirmək ehtiyacı duyub;

Vilayətinin Ermənistan səfiri ilə görüşü isə Arakçının Bakı səfərinə qarşı demarş kimi görünür. İstisna deyil ki, erməni səfirlə görüş təşəbbüsü də Xameneinin müşavirindən gəlib, bununla həm Zəngəzur dəhlizinə qarşı mövqeyi yenidən gündəmə gətirir, həm də Pezeşkian komandasına mesaj verirlər. Hərçənd, rəsmi İrəvan da artıq mühafizəkarların mövqeyini bölüşmür. Ermənistan səfirliyinin görüşlə bağlı məlumatda Vilayətinin Zəngəzur dəhlizi haqda fikirlərinə yer verməməsi də bunu təsdiq edən detallardandır.

Mühafizəkarların hadisələrin inkişafına yön vermək üçün müəyyən cəhdlər edəcəyi mümkündür.

– İranın rəsmi mövqeyini bütövləşdirmək məqsədilə daxildə Pezeşkian administrasiyasına təzyiqlərin artırılması;

– İran-Azərbaycan münasibətlərində normallaşma prosesini pozmağa hesablanmış addımların atılması;

– Ermənistanla təmasları sıxlaşdıraraq, rəsmi İrəvanın mövqeyinə təsirin edilməsi;

– Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkətin edilməsi;

Zəif görünən bu cəhdlərin nəticə verməsi ehtimalı da azdır. Ümumiyyətlə, İranın Zəngəzur dəhlizi layihəsini dayandırmaq imkanları məhduddur.

1. Daha öncə dəhlizə qarşı Tehranla eyni cəbhədən çıxış edən Paşinyan hakimiyyətinin mövqeyi 180 dərəcə dəyişib;

2. İranın qarşısında artıq Azərbaycan və Ermənistan yox, ABŞ var;

3. Ukraynada istədiyini almağa çalışan Rusiya Cənubi Qafqazda ABŞ-ın planlarını nəzərə alacaq: hətta Vaşinqton-Moskva anlaşmaları baş tutmasa belə Kremlin prosesə təsir rıçaqları əvvəlki qədər güclü deyil.

 

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda elektron siqaretlər qadağan olunur
Next: Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.