Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 16
  • Azərbaycanın BMT-dəki nümayəndəsi TŞ-da islahata ehtiyac olduğunu qeyd edib

Azərbaycanın BMT-dəki nümayəndəsi TŞ-da islahata ehtiyac olduğunu qeyd edib

admin 16/12/2025
tofiq-bmt

 

BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Sülh naminə liderlik” mövzusunda açıq debat keçirilib.

Debatda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev çıxış edib.

Çıxışında T. Musayev iclasın təşkilinə görə Sloveniya nümayəndə heyətinə təşəkkürünü bildirib və beynəlxalq ictimaiyyətin hazırda bir-biri ilə əlaqəli çoxsaylı ciddi böhranlarla üz-üzə qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu böhranlar çoxtərəfli sistemə ciddi təzyiq göstərir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, Təhlükəsizlik Şurası 2024-cü ilin sentyabrında eyni mövzu üzrə qəbul etdiyi sədr bəyanatında multilateralizmin qorunmasının və BMT-nin mərkəzi rolunun vacibliyini xüsusi olaraq vurğulayıb. Həmin bəyanatda, həmçinin beynəlxalq hüquqa sadiqliyin və BMT nizamnaməsinin məqsəd və prinsiplərinin universallığının əhəmiyyəti ön plana çəkilib.

Səfir bildirib ki, BMT nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması üçün daha çox səylər göstərilməli, beynəlxalq öhdəliklər onların qəbul edildiyi mahiyyət və məzmunda icra olunmalıdır. O, Azərbaycanın yaşadığı ağrılı təcrübənin beynəlxalq hüququn və nizamnamə prinsiplərinin selektiv yanaşma və ikili standartlar olmadan, bərabər və ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib. Diplomat, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də daxili işlərə qarışmama prinsipinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, eyni zamanda inkişafın təşviqi üçün əsas şərt olduğu vurğulanıb.

Azərbaycan nümayəndəsi əlavə edib ki, inklüziv multilateralizm çərçivəsində böyük və kiçik bütün dövlətlər, xüsusilə inkişaf etməkdə olan ölkələr qlobal qərarların qəbulunda bərabər şəkildə iştirak imkanına malik olmalıdır. Bu baxımdan Təhlükəsizlik Şurasının daha təmsilçi və səmərəli olması üçün islahata ehtiyac olduğu qeyd edilib.

T.Musayev Azərbaycanın multilateralizm ideyalarının ardıcıl şəkildə təşviqində fəal rol oynadığını xatırladaraq, ölkənin 29-cu İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsini, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə və digər beynəlxalq platformalarda sədrliyini və fəal iştirakını nümunə kimi göstərib. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzvlüyünün multilateralizmə töhfə vermək imkanlarını daha da gücləndirəcəyini bildirib.

Sonda səfir vurğulayıb ki, Azərbaycan tərəfinin regionda və qlobal miqyasda sülh gündəliyinin təşviqi istiqamətində səylərini davam etdirəcəyini, multilateral sistemin isə daha effektiv və verdiyi vədləri yerinə yetirə bilən mexanizmə çevrilməsi üçün fəaliyyətini gücləndirəcəyini bəyan edib./report.az

PAYLAŞIN:

Continue Reading

Previous: Politico: ABŞ Ukraynaya ultimatum verib, təhlükəsizlik müqabilində ərazilərindən imtinanı tələb edib
Next: Dələduzluqla üzləşmiş vətəndaş Prezident İlham Əliyevdən kömək istəyir – ŞİKAYƏT

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.