2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 177 xarici ölkə ilə ticarət əlaqələri həyata keçirib.
Rəsmi statistikaya görə Azərbaycanla ticarət dövriyyəsində əsas ölkə İtaliyadır.
İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11 milyard dollardan çoxdur. Ticarət dövriyyəsində əsas ölkələr aşağıdakılardır:

İtaliya, eyni zamanda, Azərbaycandan ən çox mal alan ölkələrin sırasında da birincidir. Hesabat dövründə İtaliyaya təxminən 10 milyard dollar dəyərində məhsul ixrac edilib. İxracda əsas ölkələr:

İdxalda isə Çin birincidir. 11 ayda bu ölkədən Azərbaycana 4 milyard dollar dəyərində məhsul gətirilib. İdxaldakı əsas ölkələr aşağıdakılardır:

Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard 589.5 milyon dollar təşkil edib. Xarici ticarət dövriyyəsinin 23 milyard 401.2 milyon dolları ixracın, 21 milyard 188.3 milyon dolları isə idxalın payına düşüb./oxu.az
