Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 17
  • Aygün və Sona Əliyevaları birləşdirən dəyər: “rəfiqə qrantları” seriyasından daha bir nümunə…-FOTOLAR

Aygün və Sona Əliyevaları birləşdirən dəyər: “rəfiqə qrantları” seriyasından daha bir nümunə…-FOTOLAR

admin 17/12/2025
aygün-sona

 

Qrant müsabiqələri üçün “sərt qaydalar” tətbiq edən  QHT-lərə Dövlət Dəstəyi Agentliyi  Sona Əliyevanın rəhbərlik etdiyi təşkilata təhsilə aidiyyəti olmayan mövzularda qrant verib(?)

QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin dövlət büdcəsindən ayrılan qrant vəsaitlərinin kimlər arasında paylanması ilə bağlı apardığımız araşdırmalarla  bir-birindən maraqlı faktlar üzə çıxmaqdadır. Əvvəlki yazılarımızda Agentliyin icraçı direktoru Aygün Əliyevanın bəzi rəfiqələrinə məxsus QHT-lərə ayrılan qrantlar barədə məlumat vermişdik.

Bu gün də xanım Əliyevanın daha bir rəfiqəsi-Sona Əliyevaya məxsus QHT-yə ayrdığı “rəfiqə qrantları”ndan bəhs edəcəyik.

***
Əvvəlcə Aygün və Sona Əliyevaların rəfiqəlik münasibətlərinin nə vaxt və necə yaranmasına nəzər yetirək. Xatırladaq ki, hər iki xanım 2013-cü ildə sabiq vergilər naziri Fazil Məmmədovun kurasiyasında olmuş Binəqədi və Şəmkir rayon icra hakimiyyətlərində başçının müavini vəzifələrinə təyin olunublar. Aygün Əliyeva Fazil Məmmədovun qaynı Xaləddin İsgəndərovun, Sona Əliyeva isə Alimpaşa Məmmədovun müavini olub. Elə rəfiqələr arasında münasibətin təməli də həmin vaxtdan qoyulub. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi…
Hər iki müavin çalışdıqları rayonlara qarşılıqlı səfərlər edərək, rayonda görülən işlərlə tanış olur, rayon ictimaiyyət ilə görüşlər keçirirlərmiş. (Bu arada Sovet dönəminin raykom katibləri yada düşür.)


Fotodan göründüyü kimi, Xaləddin İsgəndərov hər iki rayonun xanım müavinlərini yanında əyləşdirib onlara öz tövsiyələrini verirmiş.
Sona Əliyeva 2015-2020-ci illərdə aid olduğu qrupun dəstəyi ilə Milli Məclisin deputatı da ola bildi. (Xatırlayırsınızsa həmin vaxt ailə üzvləri mediaya çıxaraq Sona Əliyevaya qarşı müxtəlif ittihamlar səsləndirməyə başlamışdılar. Anası Bəşirə Əliyeva, qardaşı – Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev məsələ ilə bağlı silsilə açıqlamalar vermişdir.)

                                        Parlamentdən Vətəndaş Cəmiyyətinə…
Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, deputatlıq fəaliyyətinin acı sonluğu ilə işsiz qalan Sona Əliyeva 2022-ci ildə “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin sədri kimi  QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin qrant müsabiqələrində iştirak etməyə başlayır. Təbii ki, keçmiş həmkarı və rəfiqəsi Aygün Əliyevanın böyük dəstəyi ilə…Sona Əliyevanın 2022-ci ildən bu günədək hər il  QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığı qrantların siyahısını təqdim edirik:
2022-ci il: “Gələcək Gənclərlə Gələcək” – 3G İntellektual İstedadın kəşf olunması layihəsi – 8000 manat;
2023-cü il: “Qadın sahibkarlığı və məşğulluq imkanlarının gücləndirilməsi” mövzusunda tədbirlərin keçirilməsi layihəsi – 9000 manat;
2024-cü il: “Onlayn Sınaq Platforması – təhsildə yeni dostunuz!” layihəsi – 9000 manat;
2025-ci il: “Ailənin dəyər daşıyıcısı” layihəsi – 9000 manat.

Diqqət etdinizsə, qrant müsabiqələri üçün “sərt qaydalar” tətbiq edən  QHT-lərə Dövlət Dəstəyi  Agentliyi  Sona Əliyevanın rəhbərlik etdiyi təşkilata təhsilə aidiyyəti olmayan mövzularda qrant verib(?)
Əldə etdyimiz məlumata əsasən, digər rəfiqələri kimi Sona Əliyeva da qrant aldıqdan sonra heç zaman Aygün Əliyevanın yanında “xəcalətli qalmayıb”. Özü də ətrafındakı dostlara etiraf etdiyi kimi, hər dəfə  ətirlərlə birgə, digər qiymətli hədiyyələr həmişə onunla olub…
Göründüyü kimi,  QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin “qayğı göstərdiyi” təşkilatları araşdırdıqca daha maraqlı faktlar ortaya çıxır. Ən maraqlısı isə Agentliyin rəhbərliyində təmsil olunan şəxslərə bağlılığı olan QHT-lərin çoxluq təşkil etməsidir.
Qarşıdakı günlərdə növbəti “rəfiqə qrantları” ilə yanaşı,  QHT-lərə Dövlət Dəstəyi  Agentliyindən qrant alan QHT-lərin maliyyə hesabatlarını hazırlamaq üçün hansı formal şirkətlərin qaimələrindən istifadə etdiklərinə dair materialları da ictimailşdirəcəyik./yenixeber.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: “MƏİŞƏT İST”  MMC dövlət satınalmalarında “xarüqələr” yaradır
Next: “Bu, Rusiya üçün yaxşı olmayacaq” – “Putin mənə deyir ki, biz bir-birimizə qarşı vuruşuruq…”

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.