Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 17
  • “Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu” – “Azəriqaz”la bağlı ŞOK MƏLUMATLAR

“Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu” – “Azəriqaz”la bağlı ŞOK MƏLUMATLAR

admin 17/12/2025
qaz-azer

 

Azərbaycanda haqqında ən çox müzakirə aparılan, şikayətlər səsləndirilən dövlət qurumlarından biri də “Azəriqaz”dır. İstər mənzillərə verilən qazın keyfiyyəti, istər sənədsiz evlərə qaz xəttinin çəkilməsi və sayğacla təmin olunması ilə bağlı qoyulan məhdudiyyət, istərsə də “Azəriqaz”da işçilərin əmək şəraiti ilə bağlı problemlər zaman-zaman gündəmə gəlir.

Bu qurumun fəaliyyəti ilə bağlı aparılan  bir çox araşdırmaların və hesabatların müəllifi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlamasında ilk növbədə Azəriqaz-da çalışanların narazı olduğu məsələləri dilə gətirdi: Azərbaycanda  “Azəriqaz” ASC qədər insan hüquqlarını pozan bir qurum yoxdur. Bu həm işçilərlə, həm də əhaliyə xidmətlə bağlı müşahidə olunur. Uzun illərdir  apardığım monitorinqlər də  bunu sübut edir. Hər gün təmasda olduğum insanlar və yazılan çoxsaylı ərizələr var”.

Hüquq müdafiəçisi ilk növbədə “Azəriqaz”ın Çağrı mərkəzi yeniləndikdən sonra işçilərə qarşı yol verilən ədalətsizliklərə toxundu: “Əvvəla onu deyim ki, “Çağrı Mərkəzi”ni  2024-cü ilin sonunda yenidən bir hay-küylə yaratdılar. Bildirdilər ki, sistem təkminləşdirilib, yeni avanlıqlar gətirilib. Ancaq nə bu avadanlıqları görmüşük, nə də  işçilərə münasibət  normal deyil. Hazırda bir türk vətəndaşı da oraya rəhbəlik edir. Bir məsələni bildirim ki, ümumiyyətlə, Türkiyədən gəlib  Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bəzi hallarda ölkə qanunvericiliyini pozduqlarını müşahidə etmişəm. Çağrı Mərkəzindən də çox şikayət ünvanlayıblar. İşçilər yazılı  şəkildə onlara qarşı münasibətin normal olmadığı ilə bağlı müraciət ediblər,  ancaq qanunvericilik baxımından izah edə bilmirlər, sonuna qədər gedə bilmirlər. Misal üçün şikayət etdilər ki, onları çox sıxırlar, incidirlər, bəzən yersiz izahatlar alırlar. Ancaq bu işçilər sonradan qorxduqları üçün geri çəkilirlər, geniş məlumat vermirlər”.

QHT sədrinin toxunduğu digər bir məsələ işlərin ixtisarı ilə bağlı oldu: “2024-cü ilin sonunda Çağrı Mərkəzi yaradılanda öncədən orada işləyən işçilərin əksəriyyəti  ixtisara salındı və heç biri işlə  təmin edilmədi. Bildiyim qədər işçiləri ixtisara salan türk rəhbər deyil, “Azəriqaz İB -yə sədr təyin olunan  Azər Məmmədovdur.  Sonradan özünə  üç müavin də götürdü, yəqin onlar da  ixtisarların aparılmasına kömək üçün gəliblər. Yerli işçilər çıxarıldıqdan sonra Çağrı Mərkəzinə gətirilən şəxsə 20 min manat əmək haqqı verilib. Mən sonradan dəqiqləşdirmə apardım. Aydın oldu ki, həmin işçinin gündəlik ezamiyyət pulu 450 manatdır. Bu qədər pul nəyə görə verilir?   Doğrudanmı, bu qədər adamı ixtisara salmaq lazımdır? Anlaya bilmirəm, bizim ölkədə bu sahə üzrə mütəxəssis yox idi? Yəni, o qədər savadsızdırlar?

Yaxşı, yeni təyinatlar nə effekt verdi? Keçən ildən bəri Çağrı Mərkəzinin işində hər hansı irəliləyiş də hiss olunmur. Mərkəzlə bağlı çoxsaylı şikayətlər var ki, zənglərə cavab vermirlər. Çeviklik yoxdur, dəyişikliyin bir nəticə verdiyi hiss olunmur.  Əvvəlki ilə heç bir fərqi yoxdur.  Bəs, bu qədər avadanlıqlar , xarici mütəxəssislər gətirildi, niyə faydası olmadı? Bu sualın cavabı yəqin Azər Məmmədovdadır. Güman ki, “Azəriqaz” ın rəhbəri Azər Məmmədovun bu sahə üzrə təcrübəsi yoxdur. Bilmək istərdim ki, bu şəxsin rəhbər kimi təcrübəsi varmı? Yalnız öncədən Gürcüstanda işlədiyini bilirəm”.

M.Qəhrəmanlı sənədsiz evlərin qaz sayğacları ilə təmin olunması məsələsində də müəyyən qanunsuzluqlara yol verildiyini qeyd etdi. 

Onun sözlərinə görə, qadağan olunmasına baxmayaraq, sənədsiz evlərin çoxu sayğacla  təmin olunub, hətta abonentlərlə müqavilə də bağlayırlar: “Sayğac qoyulur, amma müəyyən bir “şərtlər”  çərçivəsində… Məbləğ isə elə də az deyil. Qadağanın məqsədi də məhz budur, qeyri-rəsmi və daha çox məbləğ alırlar. Yoxsa, sənəndsiz evlərə həmişə qaz xətti çəkilib. Evlərin əksəriyyətinin İcra Hakimiyyətindən  texniki pasportu var, həmin evlərə niyə qanuni şəkildə sayğacla təmin olunmasın ki… İstəyirlər ki, vətəndaş xeyli xərc çəksin,  “müxtəlif yollarla” evinə qaz çəkdirsin. Görünür “Azəriqaz” sistemində kiminsə bu işdə marağı var ki, sənədsiz evlərə sayğac qoyulmasını qadağan ediblər. Bu məsələ parlamentdə də qaldırılmalıdır. Niyə ilk növbədə sənədsiz evlərin qeydiyyatı aparılmır? Məqsədi özləri aydınlaşdırmalıdırlar.

Prezident  çıxışında dəfələrlə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıqlar verib. Bu mövzu mətbuatın da gündəmindən düşmür. Hazırda bu qadağalara görə, sənədsiz evləri qazla, işıqla təmin etmək bir  korrupsiya mənbəyinə çevrilib”.

M.Qəhrəmanlı təklif edir ki,  “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkibindən çıxarılsın: “Hasilat və satış  bir əldə cəmləşə bilməz. Xaricdə olduğu kimi rəqabət olmalıdır. “Azəriqaz”da heç vaxt şəffaflıq olmayıb, bunu biz görməyəcəyik. Heç açıqlamalarını da görmürük. Keçmiş rəhbər Ruslan Əliyev ən azından mətbuata danışırdı. Azər Məmmədovun  ümumiyyətlə idarəetmədən xəbəri yoxdu./sitat.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Megri dəmir yolu Azərbaycanın mülkiyyətidir” – Keçmiş nazir Rusiyanın iddialarına cavab verdi
Next: Bakı limanında mafiya filmlərinin bənzəri – 3 milyonu aradan çıxardılar

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.