Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 17
  • Qərb qoşunları Ukraynada yerləşdiriləcək… – ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razlığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək… – ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razlığa gəlib?

admin 17/12/2025
ab-ukr

 

Dekabrın 15-də Berlində keçirilən danışıqlarda ABŞ və Avropa diplomatları Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müəyyən edən iki sənədi razılaşdırıblar.

Bu barədə “The New York Times” (NYT) qəzeti sənədlərlə tanış olan məmurlara istinadən yazır. Nəşr daha əvvəl yayılan məlumatları təsdiqləyərək bildirir ki, bu zəmanətlər Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan öhdəliklərə yaxın olsa da, onların əsas şərti Ukraynanın NATO-ya üzvlükdən imtina etməsidir.

Məlumata görə, birinci sənəd təhlükəsizlik zəmanətlərinin ümumi prinsiplərini müəyyən edir. Söhbət NATO müqaviləsində olduğu kimi, hücuma məruz qalan ölkəyə yardım göstərilməsini nəzərdə tutan öhdəliklərdən gedir. Gözlənilir ki, bu zəmanətlər hüquqi baxımdan məcburi xarakter daşıyacaq. Mənbələrin bildirdiyinə görə, ABŞ bu sənədi Senatda ratifikasiyaya çıxarmağa hazırdır, Avropa ölkələri isə onu öz daxili prosedurlarına uyğun şəkildə rəsmiləşdirəcəklər.

İkinci sənəd mənbələr tərəfindən “operativ” sənəd kimi xarakterizə olunur və əsasən hərbi strukturlar üçün nəzərdə tutulub. Bu sənəddə ABŞ və Avropa qüvvələrinin Ukrayna ordusu ilə Rusiya tərəfindən mümkün yeni işğalın qarşısının alınması və Ukrayna ərazilərinin yenidən zəbt edilməməsi üçün necə əməkdaşlıq edəcəyi izah olunur.

Anonimlik şərti ilə jurnalistlərə danışan ABŞ rəsmilərindən biri sənədin “son dərəcə konkret” olduğunu bildirib:

“Bu sənəd gələcək işğalların necə qarşısının alınacağı və Rusiya döyüş əməliyyatlarını bərpa edərsə, onun necə cəzalandırılacağı ilə bağlı çox konkret mexanizmləri əks etdirir. Mənbələr vurğulayır ki, söhbət siyasi bəyanatlardan deyil, praktiki fəaliyyət mexanizmlərindən gedir. Sənədlərə əsasən bu, Berlində danışıqlardan sonra bir sıra Avropa ölkələrinin liderlərinin qəbul etdiyi bəyannamədə də əksini tapıb. Atəşkəsin mümkün pozulmasına nəzarətdə əsas rolu ABŞ oynayacaq. Vaşinqton eyni zamanda kəşfiyyat imkanları vasitəsilə Rusiyanın yeni hücuma hazırlığını aşkar etməli və eskalasiyanın qarşısını almalıdır.

Sənədlərdə qeyd olunur ki, ABŞ qoşunları Ukraynaya göndərilməyəcək, lakin Avropa ölkələrinin hərbi kontingenti yerləşdirilə bilər. Bu qüvvələrin NATO çərçivəsindən kənar şəkildə və təmas xəttindən uzaqda yerləşdirilməsi nəzərdə tutulur. Məqsəd əlavə çəkindirmə mexanizmi yaratmaqdır.

Moskva dəfələrlə Ukrayna ərazisində NATO ölkələrinin hər hansı hərbi mövcudluğunu qəbuledilməz adlandırıb. Bununla belə, amerikalı rəsmilər “The New York Times”a bildiriblər ki, əgər söhbət NATO missiyasından getməzsə, Moskva sonda Avropa kontingentinin yerləşdirilməsi ilə razılaşa bilər.

Bundan başqa, sənədlərdə Ukrayna ordusunun əlavə gücləndirilməsi və müttəfiqlər tərəfindən tədarük ediləcək silahların siyahısı da yer alır.

Eyni zamanda sənədlərdən ABŞ və digər NATO ölkələrinin Rusiyanın mümkün yeni aqressiyası halında hansı rolu oynayacağı, o cümlədən Moskva ilə birbaşa silahlı qarşıdurmaya girib-girməyəcəyi aydın olmur. Almaniya kansleri Fridrix Merts bir gün əvvəl bunun “müəyyən şəraitdə” mümkün ola biləcəyini istisna etməyib.

“The New York Times” yazır ki, ABŞ də bu təhlükəsizlik zəmanətləri Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsi və həmçinin ərazi güzəştlərinə hazır olması ilə əlaqələndirilir. NATO məsələsində Kiyev hakimiyyətinin təhlükəsizlik zəmanətləri müqabilində alyansa üzvlükdən imtinanı mümkün saydığı bildirilir.

Lakin ərazi güzəştləri, xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılması məsələsini Ukrayna Prezidenti Volodimir Zelenski qəti şəkildə rədd edib. Bununla belə, o, yekun qərarın seçicilər tərəfindən verilə biləcəyini də istisna etməyib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ Senatı Rusiya neftinə qarşı sanksiya düyməsini basdı – Yeni qanun layihəsi
Next: Venesuela Ordusu ABŞ-ni hərbi müdaxilə təhdidində və nefti ələ keçirmək cəhdində ittiham edib

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.