Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • İsrail Türkiyəyə veto qoydu, Bakı dəvəti rədd etdi – “Rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür”

İsrail Türkiyəyə veto qoydu, Bakı dəvəti rədd etdi – “Rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür”

admin 18/12/2025
isr-az-tr

 

Qətərin Doha şəhərində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dəstəyi ilə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı beynəlxalq konfrans keçirilib. Tədbirdə 45-dən çox ölkədən olan nümayəndələrin iştirakı gözlənilirdi, lakin dəvət siyahısı tərtib edilərkən ciddi siyasi fikir ayrılıqları yaranıb.

İsrailin “Haaretz” qəzetinin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Türkiyənin konfransda iştirakı İsrail tərəfindən bloklanıb. ABŞ isə İsrailin vetosunu nəzərə alaraq Ankaraya dəvət göndərməyib. Bundan sonra rəsmi dəvət alan Azərbaycan tədbirə qatılmaqdan imtina edib. Qəzetin mənbələrinə görə, Türkiyənin iştirak etməməsi prosedur deyil, sırf siyasi xarakter daşıyıb.

Adı açıqlanmayan Qərb diplomatı və Türkiyə hökumətinə yaxın mənbə Ankaranın Vaşinqton və Doha ilə sıx əlaqələrinə baxmayaraq, iştirakçılar siyahısına daxil edilmədiyini təsdiqləyib.

Ərəb diplomatik dairələrindəki mənbə Türkiyənin oktyabr ayında Şarm əl-Şeyx sülh sammitinə dəvət olunduğunu və Qəzza zolağı ilə bağlı beynəlxalq təşəbbüsləri açıq şəkildə dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Ankaranın Doha görüşünə qatılmasına qarşı çıxan yeganə ölkə İsrail olub. Eyni zamanda, nəşrin məlumatına görə, Türkiyə və Qətər Amerika rəsmilərinə təzyiq göstərməyə davam edir və onları qərarlarını yenidən nəzərdən keçirməyə çağırırlar.

Qeyd etmək lazımdır ki, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi Prezident Trampın Qəzza sülh planının ikinci mərhələsinin əsas elementi hesab olunur. İsrail də öz növbəsində, xüsusən də Qəzza müharibəsinin başlanğıcından bəri ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsi nəzərə alınmaqla, Türkiyənin müharibədən sonrakı nizamlamada iştirakına qarşı olduğunu dəfələrlə bildirib.

“Haaretz” qəzetinin əldə etdiyi siyahıya görə, Doha görüşünə Misir, İordaniya, Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya, eləcə də bir sıra Avropa, Asiya və Asiya-Sakit Okean dövlətləri dəvət olunub. Qəzet qeyd edir ki, Azərbaycan dəvət olunsa da, Dohaya nümayəndə heyəti göndərməyib və ümumiyyətlə, rəsmi Bakı Qəzza zolağına sülhməramlı kontingent göndərməyi düşünmür.

İsrail qəzetinin yazdığına görə, ABŞ ilə bəzi məsləhətləşmələrə baxmayaraq, Azərbaycan yaxın gələcəkdə İbrahim Sazişlərinə qoşulmağa da hazır deyil. Qəzet vurğulayır ki, “İsraillə uzun müddətdir mövcud olan yaxın münasibətlərinə baxmayaraq, Azərbaycan bu sazişə yalnız təbliğat məqsədi ilə qoşulmağa ehtiyac görmür”.

“Haaretz” qəzeti Doha konfransına dəvət olunmuş, lakin nəticədə iştirak etməyənlər arasında Belçika, Rumıniya, Estoniya, Cənubi Koreya, Nepal və təxminən 15 digər ölkəni sadalayır.

Qəzetin istinad etdiyi Qərb diplomatına görə, Doha görüşü aralıq xarakter daşıyıb və orada heç bir məcburi qərar gözlənilmirdi.

Bu arada, İsrailin digər qəzeti olan “The Jerusalem Post” beynəlxalq sabitləşdirmə qüvvələrinin elan edilmiş sayının 20.000 əsgər olduğunu, əslində isə yalnız 5.000 şəxsi heyətin toplana biləcəyini yazıb. Hətta o da bu şərtlə baş tutacaq ki, Fransa və İtaliyadan sonra bir neçə digər Avropa ölkəsi də missiyada iştiraklarını təsdiqləsinlər.

Ümumiyyətlə, Beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması, Fələstin Muxtariyyətinin iştirakı olmadan missiyada iştirak etmək istəməyən ərəb və müsəlman ölkələrinin mövqeyi səbəbindən faktiki olaraq çıxılmaz vəziyyətə düşüb.

Türkiyəyə veto qoyulması da daxil olmaqla, bütün bu və digər səbəblər Azərbaycanın sözügedən prosesdə iştirakını hələlik qeyri-məqbul edir. Bu baxımdan rəsmi Bakının atdığı addım kifayət qədər diplomatik baxımdan düşünülmüş və rassional sayıla bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Deputatları mediada “boy verən” Goranboyda şəhid anasının səsi eşidilmir
Next: İlham Əliyev Qətər Əmirini təbrik edib

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.