Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • Sülh müqaviləsi olsun, amma zəmanət olmasın… – “Bu müqavilə Putinə gələcəkdə təcavüzü davam etdirmək üçün lazımdır”

Sülh müqaviləsi olsun, amma zəmanət olmasın… – “Bu müqavilə Putinə gələcəkdə təcavüzü davam etdirmək üçün lazımdır”

admin 18/12/2025
putin-zl

 

Vladimir Putinin Ukraynadakı müharibə və sülh planı ilə bağlı son açıqlamaları göstərir ki, Rusiya maksimalist məqsədlərindən əl çəkməyib.

ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, Rusiya Ukrayna üçün real təhlükəsizlik zəmanəti olmayan sülh müqaviləsində maraqlıdır. Bu, ondan ötrüdür ki, Moskva gələcəkdə Ukraynaya qarşı təcavüzü bərpa və davam etdirə bilsin.

Bildirilir ki, Putin 17 dekabr tarixli son çıxışında Rusiyanın Ukraynada daha geniş ərazi işğalı planlarını bir daha təsdiqləyərək, Ukraynanın və Qərbin “müzakirələrdən imtina etməsi halında Rusiyanın “tarixi torpaqlarını hərbi yolla azad edəcəyini” bəyan edib.

Analitiklər vurğulayırlar ki, “Putinin bu açıqlaması, Rusiyanın davam edən təcavüzünə görə məsuliyyəti Rusiyaya deyil, Ukraynaya yükləmək məqsədi daşıyır”.

Putinin açıqlamaları onu da göstərir ki, o, ABŞ-nin təklif etdiyi 28 bəndlik sülh planına əsaslanan sülh müqaviləsindən məmnun qalmayacaq və bu şərtlər altında hərbi əməliyyatların dayandırılmasından sonra da məqsədlərinə çatmağa çalışacaq.

ISW qeyd edir ki, “Kremlin 28 bəndlik planın müəyyən elementlərinə zidd olan açıqlamaları Putinin hətta bu ilkin razılaşmanı da qəbul etmək istəyini şübhə altına alır və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətinin istənilən razılaşmanın davamlılığı üçün nə qədər vacib olduğunu nümayiş etdirir”.

Eyni zamanda, Kreml dəfələrlə bu cür zəmanətlər ideyasını açıq şəkildə rədd edib, xüsusən də Ukrayna ərazisində xarici hərbi kontingentlərin mövcudluğuna qəti şəkildə qarşı çıxıb.

ISW hesab edir ki, “Kreml Ukrayna üzərində tam və effektiv nəzarət yaratmaq kimi maksimalist hərbi məqsədinə çatmaq üçün Rusiyanın gələcəkdə Ukraynaya qarşı təcavüzünə şərait yaratmaq məqsədilə təhlükəsizlik zəmanəti olmadan sülh müqaviləsi bağlamağa çalışır”.

Qeyd edək ki, Putin daha öncə dəfələrlə Rusiyanın Ukraynadakı əraziləri ələ keçirmək məqsədlərindən əl çəkməyəcəyini və buna ya diplomatik, ya da hərbi yolla nail olacağını bildirib. Diplomatik yol və Rusiyanın işğalçılıq iştahasının sonu isə hələik görünmür. Deməli, müharibə hələ xeyli müddət davam edəcək. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bu gün Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 yola salınır
Next: İki ölkənin dəhliz narahatlığı: Azərbaycan ərazini nəzarətə götürə bilər

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.