Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 19
  • İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb

İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb

admin 19/12/2025
ilham-qqurban

 

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu dövlət satınalmalarında açıq-aşkar qanun pozuntularına yol verməkdə davam edir. Bunu İnstitut tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında apardığımız araşdırma da təsdiq edir.

Dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş məlumata görə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu təsərrüfat mallarının satın alınması üzrə 23.10.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “OFİS PRO”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 14.138,25 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat  portalda 04.12.2025-ci ildə dərc edilmişdir.

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun qalib seçdiyi MMC kotirovka sorğusu proseduru başlamazdan cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu isə sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmamasını deməyə əsas verir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS PRO”  (VÖEN: 8200468981) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.10.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının CƏBRAYIL RAYONU, BÖYÜK MƏRCANLI, qanuni təmsilçisi kimi isə Həşimov Süleyman Mahir oğlu olduğu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “OFİS PRO”  17.10.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kotirovka sorğusu proseduruna 23.10.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu satınalma prosuduru başlamazdan cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.

Bəs qanun necə buna yol verirmi?  “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:

“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;  son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;

Maraqlıdır, görəsən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi meyarlarını niyə göz ardı edib, cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır?

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda analoji qanun pozuntularına əvvəliki illərdə yol verilmişdir. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması üzrə 15.09.2021-ci il də “BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti il 1 199 540.8 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Apardığımız araşdırmalar zamanı MMC-nin reyestr məlumatlarında hüquqi ünvan kimi göstərdiyi BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, PİRŞAĞI, S.CƏFƏROV (PİRŞAĞI QƏS.), ev 9A, m. 2, ünvanının da saxta olduğu üzə çıxıb. Qeyd olunan ünvan, S. Cəfərov küçəsi Pirşağı qəsəbəsində deyil, ikinci Sovxoz deyilən qəsəbədə yerləşir. Yəni, Pirşağı qəsəbəsinin inzibati ərazisində. Həmin küçədəki ev 9A, m. 2 isə bir kommunalkadır ki, 50 ildir orada yaşayanların dediyinə görə nə Baxışov İsgəndər Muxtar oğlu adlı adamı tanıyırlar, nə də ki, belə bir şirkət haqqında məlumatları var.

Bundan əlavə  04.10.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da “Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manat dəyərində müqavilə imzalayıb.Müqavilə 15 hektar müasir bağ sahəsində telli tərbiyə, dolu və günəşdən qoruma, damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub. Burada isə şübhəli məqam İnstitut tərəfindən LOt-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması və LOt-2 Müasir bağçılıq texnikasının satın alınması məqsədi ilə keçirilmiş açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının 14 iyun 2019-cu il tarixli yekun protokoluna əsasən Lot-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması üzrə “Azərting” MMC, Lot-2 müasir bağçılıq texnikasının satın alınması üzrə “AGRİ SPACE” MMC qalib elan edilmiş və həmin təşkilatlarla müqavilə bağlandığını bildirmişdir. Amma sözügedən xidmətlərin satınalmasına sözügedən Elmi-Tədqiqat İnstitutu tərəfindən nə qədər vəsaitin ayrıldığı barədə məlumatlar ictimaiyyətə açıqlanmamaış, gizlədilmişdir.

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıdır. O, 2015-ci ildən sözügedən İnstitutun direktoru vəzifəsində işləyir.

 

Aktualinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Ermənistan qazilərə nə qədər aylıq verir? – Müqayisə heyrətləndirdi
Next: Nazir anons etdi: Azərbaycanda ətin qiyməti bahalaşır

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.