Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 19
  • Rusiya Azərbaycan-Mərkəzi Asiya masasına gəlir?

Rusiya Azərbaycan-Mərkəzi Asiya masasına gəlir?

admin 19/12/2025
5f18d84341edbed3e49e9e05842af8cf_kremlbayraq

 

“Kreml 5+1 formatına qoşulmağa düşdüyü iqtisadi durumdan çıxış yolu kimi baxır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiyanın da Azərbaycanla Mərkəzi Asiya ölkələrinin təmsil olunduğu 5+1 formatına qoşulmaq istəyini şərh edərkən deyib.
Ekspert bildirir ki, 5+1 formatının mahiyyəti əsasən Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın inteqrasiyasını gücləndirmək, Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişafa nail olmaq və Asiya ilə Avropanı birləşdirən nəqliyyat layihələrini həyata keçirməkdir:
“Habelə, Orta dəhliz, Şərq-Qərb adlandırılan transmilli nəqliyyat dəhlizlərinin həyata keçirilməsini təmin etməkdir. Rusiyanın 5+1 formatına qoşulmaq istəyi normal qarşılanmalıdır. Həqiqətən də Rusiya 5+1 formatı ölkələrinin sərhəd qonşusu olmaqla yanaşı, onun bu ölkələrdə təsir imkanları vardır. Rusiyanın bu formatda iştirak etmək istəyi təbiidir. Moskva hətta TDT-da təmsil olunmaq istəyir. Bununla yanaşı bu ölkələr MDB-nin üzvləridir. Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Türkmənistanla xaric əməkdaşlıq edirlər”.
Politoloq onu da qeyd edir ki, Rusiyanın Ukraynada yürütdüyü işğalçılıq siyasəti bu ölkələrdə xoş qarşılanmadığı üçün müəyyən mənada Mərkəzi Asiya və Qafqaz regionu dövlətləri Moskvadan uzaq dayanmağa çalışırlar:
“Rusiyanın Tacikistandakı səfirlik nümayəndəsinin bu fikirlərində müəyyən üstüörtülü məqamlar, məsələn “əhatəli təhlükəsizlik arxitekturası” kimi təhdid xarakterli ritorika da hiss edilir. Amma bunun format ölkələrinin müstəqilliyin qorunması ilə əlaqələndirilməsi də ayrı nüansdır. Rusiyanın işğalçı imici fonunda bu fikrin qəbul edilməsi şübhələr doğursa da, Moskvanın səmimiliyinə inanmaq format ölkələrinin öz işidir”.
Ekspert hesab edir ki, Rusiyanın 5+1 formatına qoşulmaq istəyinə müsbət cavab veriləcəyi ehtimalı böyükdür:
“Lakin bununla yanaşı, geosiyasi reallıqlar da nəzərə alınmalıdır”.
Qeyd edək ki, Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko Mərkəzi Asiya və Azərbaycan dövlət başçıları arasında məşvərətçi görüşlər formatına Moskvanın da qoşulmasını nəzərdən keçirməyi məqsədəuyğun hesab edib.
Düşənbədə çıxış edən rusiyalı diplomat bəyan edib ki, Moskva “Mərkəzi Asiya beşliyi”nin formalaşmasını və Azərbaycanın bu görüşlərə daxil edilməsi qərarını “böyük maraqla izləyir”. O, formata qoşulmağın arqumentləri kimi Rusiyanın regiona “coğrafi və tarixi yaxınlığını”, iqtisadi və nəqliyyat əlaqələrini göstərib.
Zenkonun iddiasına görə, Rusiyanın cəlb edilməsi “koordinasiyanı gücləndirəcək”, “inteqrasiyanı təşviq edəcək” və “daha əhatəli təhlükəsizlik arxitekturası” yaradacaq, eyni zamanda formal olaraq region ölkələrinin müstəqilliyini qoruyacaq.
PAYLAŞIN:

Continue Reading

Previous: Ukrayna danışıqları nəticəyə yaxınlaşır – “Kiyev daha sürətli hərəkət etməlidir”
Next: Tovuz Xəstəxanasının aldığı odun yanacağı tibb məntəqələrini qızdırmaq üçündür, yoxsa kimlərinsə cibini…

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.