Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 20
  • Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” filmində nədən bəhs edilir?

Vardanyanın ifşası faktlarla: “The Oligarch’s Design” filmində nədən bəhs edilir?

admin 20/12/2025
vardanyan-ifşa

Nizami Kino Mərkəzində “AnewZ” beynəlxalq telekanalı tərəfindən hazırlanan “The Oligarch’s Design” adlı sənədli filmin nümayişi baş tutub.

Oxu.Az xəbər verir ki, film Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol haqqındadır.

Səkkiz ölkədə çəkilən və çəkilişlərinə 100-ə yaxın şəxsin cəlb edildiyi film dörd hissədən ibarətdir.

Filmin birinci hissəsində Vardanyanın Rusiya maliyyə sektoruna daxil olması və yüksəlməsindən bəhs edilir. Müsahiblər bunun üçün Vardanyanın Rusiya hakimiyyətinə yaxınlığı və məhz bundan sonra maliyyə imkanlarını necə arıtmasını izah edirlər. Həmçinin Rusiyanın keçmiş ən böyük investisiya bankı olan “Troika laundromat” şəbəkəsi vasitəsilə çirkli pulların yuyulmasına diqqət çəkilir. Qeyd edilir ki, həmin şirkətdə qanuni və qeyri-qanuni mənbələrdən əldə edilən pullar bir-biri ilə qarışır, sonra isə digər tərəfdən çıxır. Nəticədə pulun haradan gəldiyi bilinmir və “təmizlənir”.

Filmin ikinci hissəsində isə Vardanyanın bu əməllərini ört-basdır etməsi üçün xeyriyyəçilikdən və incəsənətdən istifadə etməsi qeyd edilir. Vurğulanır ki, rus oliqarxları Qərb elitasına çıxış yolu tapmaq üçün məhz xeyriyyəçilikdən və incəsənətdən istifadə edirlər. Lakin Ruben hətta “xeyriyyəçiliyi” belə sadə insanlardan öz fondları üçün topladığı ianələr vasitəsilə həyata keçirib, insanların xəbəri olmadan onların imzalarından istifadə edərək adlarına yeni şəbəkələr yaradıb və maliyyə imkanlarını artırıb.

Filmin üçüncü hissəsində isə Vardanyanın Rusiya-Ukrayna müharibəsindəki roluna toxunulur. Qeyd edilir ki, onun ən böyük “xeyriyyəçiliyi” Rusiya-Ukrayna müharibəsini Moskvanın lehinə maliyyələşdirməsi olub.

Filmin sonuncu – dördüncü hissəsində Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlməsindən bəhs edilir. Lakin onun Rusiya vətəndaşlığından imtina etmədiyi, əksinə, Kreml tərəfindən Qarabağa göndərildiyi qeyd edilir. Burada isə məqsəd onun Qarabağda uğur qazanandan sonra Ermənistan hakimiyyəti üçün də yaradacağı təhlükə olub. Lakin Vardanyanın planları alt-üst olub və o, 2023-cü ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Bakıda avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
Next: Binaların qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.