Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 23
  • Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı – “Tarkhan” sirli liman?

Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı – “Tarkhan” sirli liman?

admin 23/12/2025
ruslan eyyubov

 

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.

Məlumata görə, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?

Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.

Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı “Tarkhan” – Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur. Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir. Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib. Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək. /musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident Xankəndi və Ağdama səfər etdi, açılışlar etdi
Next: Bu gün Prezident İlham Əliyevin doğum günüdür

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.