Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Aygün Əliyeva “ölü QHT”ni dirildib, “özəlləşdirib” -“Rəfiqə qrantları” seriyasından…/FOTOLAR

Aygün Əliyeva “ölü QHT”ni dirildib, “özəlləşdirib” -“Rəfiqə qrantları” seriyasından…/FOTOLAR

admin 25/12/2025
qht-aygun

 

Aygün Əliyeva Saatlı rayonunda fəaliyyət göstərən bir QHT-ni satın alıb və öz yaxın rəfiqəsini onun formal sədri edərək, qrant ayırıb

 QHT-lərə Dövlət Dəstəyi  Agentliyində baş verən qanunsuzluqlar barədə araşdırmalarımızı davam etdiririk. Heç şübhəsiz ki, araşdırmalarımızda hər zaman olduğu kimi hansısa şəxsi mülahizələrə deyil, konkret faktlara, sənəd və fotolara istinad edirik.

Bu gün təqdim edəcəyimiz araşdırma isə əvvəlki “Rəfiqə qrantları”ndan bir qədər fərqlidir. Belə ki, əvvəlki araşdırmalarımızda təqdim etdiyimiz “Rəfiqə qrantları” QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin  icraçı direktoru Aygün Əliyevanın əlaqəsi olduğu rəfiqələrinin QHT-lərinə verdiyi qrant yardımlarından bəhs edirdik. Bu dəfə  təqdim etdiyimiz araşdırmamızda isə Aygün Əliyevanın Saatlı rayonunda fəaliyyət göstərən bir QHT-ni necə satın alması və öz yaxın rəfiqəsini onun formal sədri edərək, həmin QHT-yə qrant ayırması  yer alacaq.

Öncə qeyd etmək istəyirik ki, QHT-lərə Dövlət Dəstəyi  Agentliyi əvvəlki illərdən fərqli olaraq son illər bütün qrant müsabiqələrində QHT rəhbərlərinin adlarını gizli saxlayır. Bunun əsas səbəblərindən biri də korrupsiya araşdırmalarının qarşısını almaqdır. Konkret faktlar var ki, son 1 ildə 54 satın alınmış  QHT qrant müsabiqələrində qalib olub. Bu mövzunun araşdırmasını növbəti ildə  geniş formada təqdim edəcəyik.

Lakin, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin 2022-ci il üzrə qrant müsabiqəsinin qaliblərinin siyahısında QHT rəhbərlərinin adlarının göstərilməsi araşdırmalar zamanı yardımçımız oldu. Diqqətimizi “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” adlı QHT çəkdi. Məlum oldu ki, əvvəlki illərdə  Prezident yanında QHT- lərə Dövlət  Dəstəyi Şurasından davamlı qrant alan həmin QHT sədri Əlicabbar Əhmədov olub. Lakin QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin 2022-ci il qrant qalibləri siyahısında isə həmin təşkilatın sədri Nahidə Mahmudovadır(?)

          Əsaslı şübhələr yarandığı üçün, bu təşkilatla bağlı ciddi araşdırmaya başladıq.

“Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” 21 iyul 2006-cı ildə dövlət qeydiyyatından keçib. Hüquq ünvanı Saatlı rayonu, H.Zərdabi küçəsi 102-dir. Təşkilatın təsisçiləri Əlicabbar Əhmədov, Mehman Əhmədov və Gülbala Əhmədovdur. Qanuni təmsilçisi isə qeyd etdiyimiz kimi Əlicabbar Əhmədovun özü olub.

Pandemiya səbəbindən bir çox təşkilatlar kimi, “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” də “ölü təşkilatlar” siyahısına salınıb.

Nəhayət, 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyeva həmin vəzifəyə təyin edildikdən 3 ay sonra, bir neçə “ölü QHT”ni diriltmək qərarına gəlib. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, o, QHT sədrlərindən birinin vasitəçiliyi ilə bir neçə QHT-ni 6 min manata alaraq, onlara yenidən nəfəs verib. Beləliklə, QHT-lərə Dövlət Dəstəyi  Agentliyi tarixində ilk dəfə yeni mərhələ, “ölü QHT”lərin dirilməsi mərhələsi başlayıb.

Aygün Əliyeva yaxın rəfiqələrindən biri, əvvəllər Binəqədi rayonunda, daha sonra TƏBİB-də birgə çalışdığı rəfiqəsi Nahidə Mahmudovanı aldığı təşkilatlardan birinə, “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi”nə sədr təyin edir. Sözsüz ki, belə bir təyinat qanuni deyil, bunun üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməlidir. Lakin, burada nəinki qanunsuzluq, eləcə də ciddi korrupsiya faktı ortadadır.

Nəhayət, təqdim etdiyimiz fotodan da göründüyü kimi, 2022-ci ilin qrant müsabiqəsində Nahidə Mahmudovanın sədr kimi göstərildiyi “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi”nə 9500 manat vəsait ayırır.

Fotolarda təqdim etdiyimiz kimi, Nahidə Mahmudova Aygün Əliyevanın dəstəyi ilə əvvəllər Binəqədi rayonunda, daha sonra isə TƏBİB sistemində onunla birgə işləyib.

Araşdırmalar zamanı o da məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin qrant nəticələrindən narazı qalan bir neçə QHT Aygün Əliyevanın yaxın rəfiqəsi Nahidə Mahmudovaya qrant verilməsi faktını bir neçə dəfə işıqlandırsalar da, aidiyyəti şəxslər bu məqama reaksiya verməkdən yayınıblar.

Ortada konkret faktlar olduğu halda, belə bir qanun pozuntusunun gizlədilməsi və ona reaksiya verilməməsi ciddi suallar doğurur.

Artıq bir müddətdir ki, kiçik komanda ilə  QHT-lərə Dövlət Dəstəyi  Agentliyində baş verən qanun pozuntularını, “rəfiqə qrantlarını”, bir neçə şirkət vasitəsilə dövlət satınalmalarının hansı şərtlər altında qalib olduğunu  araşdıra biliriksə, demək ki, hüquq-mühafizə orqanları daha böyük və ciddi faktların üstünü aça bilər…/yenixeber.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Məhkəmə qərarlarının icra edilməməsinə görə Avropa Məhkəməsinə hansı hallarda şikayət vermək olar?
Next: Çin Azərbaycana birbaşa investisiyaların həcmini artırıb

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.