Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Bir ildə 100 min ölü, 200 min yaralı – Rusiya ordusuna daha 4 il vaxt lazımdır…

Bir ildə 100 min ölü, 200 min yaralı – Rusiya ordusuna daha 4 il vaxt lazımdır…

admin 25/12/2025
uk-rus-voyna

 

Almaniyanın “Bild” nəşri Rusiya–Ukrayna müharibəsinin gedişi və Kremlin itkiləri ilə bağlı diqqətçəkən təhlil dərc edib. Nəşrin siyasi icmalçısı Yulian Röpke yazır ki, bütün hərbi və iqtisadi üstünlüklərə baxmayaraq, Rusiya 2025-ci ildə cəbhədə minimal irəliləyiş əldə edib və bunun əvəzində on minlərlə insan itkisi verib.

Röpkenin təhlilinə görə, müharibənin artıq dördüncü ilinə qədəm qoymasına baxmayaraq, Rusiya əvvəlki illərdə olduğu kimi döyüş meydanında ciddi üstünlüklərə malik olub. Belə ki, Kremlin sərəncamında təxminən 1 milyon nəfərlik ordu, həmçinin Çinin dəstəyi ilə 24 saat rejimində işləyən hərbi iqtisadiyyat mövcuddur və bu sistem davamlı şəkildə silah və sursat istehsal edir.

Lakin bu resurslara baxmayaraq, Rusiya 2025-ci il ərzində cəmi 4400 kvadrat kilometr ərazi ələ keçirə bilib ki, bu da Ukraynanın işğal olunmamış ərazilərinin 1 faizindən də azdır.

“Bild” icmalçısı bildirir ki, bu cüzi irəliləyişin qiyməti olduqca ağır olub. Realist qiymətləndirmələrə əsasən, 2025-ci ildə təxminən 100 min Rusiya vətəndaşı həlak olub. Röpke qeyd edir ki, bu hesablamalar nə Rusiya, nə də Ukrayna təbliğatına əsaslanmır.

Onun sözlərinə görə, “Mediazona” nəşrinin apardığı artıq ölüm göstəriciləri üzrə təhlilə əsasən, ilin ortalarına qədər ölənlərin sayı 48 min nəfər təşkil edib və onlardan 22 mininin kimliyi dəqiqləşdirilib. İlin ikinci yarısında isə itkilərin ən azı eyni tempdə davam etdiyi bildirilir. Röpke vurğulayır ki, Rusiyanın hücum əməliyyatlarını intensivləşdirməsi fonunda itkilər daha da artmış ola bilər. Bu səbəbdən təxminən 100 min ölü və 200 min yaralı rus hərbçisi real rəqəm kimi qiymətləndirilir.

Təhlildə qeyd olunur ki, Rusiya hələ də Vladimir Putinin 2022-ci ildə anneksiya etdiyini elan etdiyi dörd Ukrayna regionunu tam nəzarətə götürməkdən uzaqdır. Hazırda Ukrayna Donetsk vilayətində 5700 kvadrat kilometr, Zaporojyedə 5800 kvadrat kilometr, Xerson vilayətində isə 6400 kvadrat kilometr ərazini nəzarətdə saxlayır.

Röpke hesab edir ki, hətta Rusiya 2025-ci ildə olduğu qədər “uğurlu” qalarsa belə, Kremlin bu anneksiya olunmuş əraziləri tam ələ keçirməsi üçün ən azı daha dörd il vaxt lazım olacaq.

“Bild”in siyasi icmalçısı yekunda vurğulayır ki, Rusiyanın Ukraynada “tez qələbə” qazanması üçün yeganə real ümid ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birgə səylərdir. Onun fikrincə, Moskva Vaşinqtonun Kiyevi strateji əhəmiyyətli ərazilərdən könüllü şəkildə qoşunlarını çıxarmağa məcbur etməsinə ümid edir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: 2026-cı il üçün inflyasiya proqnozu açıqlandı: AMB-dən mühüm açıqlama
Next: GÖYÜN SÜKUTU- Təyyarə qəzasında həlak olan Milli Qəhrəmanların əziz xatirəsinə

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.