Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa…- ŞƏRH

Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa…- ŞƏRH

admin 25/12/2025
fuad-fakt1

Ermənistanda növbəti vətəndaş qarşıdurması baş verdi.Dekabr ayının əvvəlində Baş nazir Nikol Paşinyan tərəfdarları ilə katolikos II Qaregini dəstəkləyən şəxslər arasında yaşanan toqquşmalara hüquq-mühafizə orqanları müdaxilə etdi.Belə anlaşılır ki,Paşinyan II Qaregini vəzifəsindən kənarlaşdırmaqda israrlıdır.

-Sizcə Paşinyanın II Qaregini vəzifəsindən kənarlaşdırması mümkün görünürmü,eləcə də Ermənistanda baş verən son hadisələri necə qiymətləndirərdiniz? Necə düşünürsüz, Ermənistanda mövcud gərginlik səngiyəcəkmi və yaxud yeni bir mərhələyə keçəcək? O cümlədən Nikol Paşinyanın partiyasının qarşıdan gələn parlament seçkilərində qələbə qazanmaq şansı varmı?

Sualımıza Faktinfo.az saytının Baş redaktoru Fuad İsgəndərov münasibət bildirib.

“Hesab edirəm Ermənistanda hələ ki,elə də ciddi siyasi gərginlik yoxdu.Bu dinamika seçkilər ərəfəsində  artacaq və artan xətt üzrə inkişaf edib parlament seçkilərindən bir-iki həftə sonra səngiyəcək. II Qaregin vəzifəsindən kənarlaşdırılması məsələsinə gəlincə, bunu qətimkan tədbirində əvvəlcədən söyləmək çətindi. Amma nəzəri cəhətdən ehtimal etmək olar ki, bəli Nikol Paşinyan üçün  II Qareginin vəzifəsindən kənarlaşdırılması mümkün görünür. Burada hakimiyyətin müəyyən təsir rıçaqlarını nəzərə aldıqda əminlik yaranır.

Məsələnin seçkilərə aid hissəsinə gəlincə, bildiyiniz kimi, ötən ayın əvvəlində Baş nazir Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasından namizədliyini irəli sürəcəyini açıqladı. Hətta sosial media hesabı üzərindən rəhbəri olduğu partiyanın proporsional siyahısında namizədliyinə dair məktubun görüntüsünü də ictimaiyyətə təqdim etdi. Bu etapdan sonra Ermənistanda siyasi gərginliyin artacağı mümkünlüyünü təxmin etmək olardı. Rusiya yönlü qüvvələrin bir araya gəlməsi və ya bəzi şəxslərin ümumi məsləhətləşmələrdə iştirakı və s. baş verə bilərdi.

Dekabr ayının əvvəlində sabiq prezident Levon-Ter Petrosyanın Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb məslətləşməsi, Koçaryan–Sərkisyan cütlüyünün siyasi hərəkətlənmələri və bu barədə ölkənin mətbuatında irəli sürülən mülahizələr, hazırkı halda II Qaregin ətrafında baş verənlər Ermənistanda 7 iyun 2026-cı il keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi təbii ki, bir sıra suallar doğurur.Əgər, Paşinyanın kilsəyə qarşı vətəndaş cəmiyyətini irəli sürməsinə və bu prosesdə kütləviliyi nəzərə alınmaqla, ictimaiyyətin II Qareginin zərərsizləşdirilməsinə qarşı seyirçi mövqe sərgilənməsini izləyəcəyiksə, Nikol Paşinyanın partiyasının seçkilərdə müəyyən faizlə qələbə qazanacağını da söyləmək mümkündür.Çünki, II Qaregin mövcud vəziyyətdə Koçaryan–Sərkisyan cütlüyündən daha üstün tərəf kimi görünür. O cümlədən, II Qaregin, Robert Koçaryan, Serj Sərkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın Rusiyaya bağlı şəxslər olduğu, bunlar arasında vaxtaşırı məsləhətləşmələrin keçirildiyi heç kimə sirr deyil. Yəni II Qareginin zəiflədilməsi tədbirləri,bu şəxslər arasında istənilən ümumi ittifaq halında nəticələrə bir o qədər təsir etməmə ehtimalını gücləndirir ki, bu da Paşinyanın xeyirnədir. Baxmayaraq ki, hazırkı vəziyyətdə Ermənistanda əhalinin daha çox dəstəklədiyi partiya Paşinyan və komandasına aiddir.

Digər tərəfdən, gündəlikdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də Zəngəzur dəhlizinin açılması kimi ümdə məsələlər var. Bunlar həllini taparsa, Ermənistanın tranzit asılılığının yüksək faizi Azərbaycan və Türkiyə üzərindən həyata keçirilə bilər. Bu heç bir halda Rusiyaya sərf etmir. Bu mənada qarşıdan gələn parlament seçkilərində Paşinyana qarşı bütün müxalif qüvvələrin bir araya gətirilməsi mümkünləşərsə, o və komandası çətin siyasi situasiya ilə üz-üzə qalar. Düzdür, bu indiki halda mümkünsüz görünür, Rusiya pərəst qüvvələrin qələbə çalacaqları elə də asan olmayacaq kimi qavranılır. Lakin, seçkilərin keçirilməsinə altı aya yaxın müddət var və Ermənistanı Rusiyanın orbitinə qaytarmaq üçün iş aparıla, müəyyən tədbirlər görülə bilər.

Hərçənd, Ermənistan vəAzərbaycan arasında vətəndaş mühitinin formalaşması istiqamətində aparılan iş, Bakı və İrəvan arasında sabit siyasi dialoq kanallarının qurulması,Türkiyə prezidentinin Ermənistanla əməkdaşlığa dair verdiyi müsbət mesajlar, Paşinyanın Almaniya kansleri Fridrix Merz ilə görüşündə Avropa Birliyinə (AB)inteqrasiyasına dair aldığı müsbət impluslar, o cümlədən, qərb ölkələrində müəyyən aparıcı dairələrin Paşinyanı dəstəkləmələri kimi çoxsaylı siyasi mühit Ermənistanda Paşinyanın mövqe üstünlüyünü şərtləndirir.Lakin biraz əvvəl qeyd etdiyim kimi seçkilərə müəyyən müddət var və Nikol Paşinyan II Qaregini proseslərdən kənarlaşdırma yolunda kütləvi ictimai təpkiyə məruz qalmazsa, hesab edirəm qarşıdan gələn parlament seçkilərində də qələbə qazanmasını şərtləndirən başlıca mesajı bəribaşdan erməni cəmiyyətindən almış olacaq.

Söhbətləşdi: Firidun Oruc

Faktinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: GÖYÜN SÜKUTU- Təyyarə qəzasında həlak olan Milli Qəhrəmanların əziz xatirəsinə
Next: Bazarlarda bayram bahalaşması… – Qarşısını necə almaq olar?

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.