Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Qazaxıstan gözlənilən hesabatı açıqladı – Azərbaycan təyyarəsinin vurulduğunu təsdiqlədi!

Qazaxıstan gözlənilən hesabatı açıqladı – Azərbaycan təyyarəsinin vurulduğunu təsdiqlədi!

admin 25/12/2025
azal-qeza---

 

AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.

Bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb.

APA tərəfindən yayılan hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə bilməsi və əmələ gələn dəliklərin metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana biləcəyi ehtimal olunur.

Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:

• Aşkar edilmiş xarici metal obyektlər (xarici cisimlər) üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.

• Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.

• Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” şirkəti “Delkin Devices Inc” yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə “Delkin Devices Inc” zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.

• №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.

Beləliklə, hazırda Araşdırma Komissiyası Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzrə tədqiqatın tamamlanmasını və münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi işçi qrupu tərəfindən hesabatın hazırlanmasını gözləyir. Qeyd olunur ki, Araşdırma Komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə təqdim ediləcək. Aviasiya hadisəsinin araşdırmasının yekun hesabatı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc olunacaq.

Bununla belə aralıq hesabatda təsdiqlənir ki, Rusiya ərazisində vurulan AZL-ın təyyarəsinin gövdəsində döyüş sursatına xas zədələyici elementlərə bənzər izlər aşkar edilib. Lakin həmin elementlərin konkret mənşəyi və kimə məxsus olduğu hələlik müəyyən olunmayıb. Eyni zamanda, istintaq zamanı təyyarənin göyərtəsində partlayıcı maddələrin izlərinə rast gəlinmədiyi bildirilib. 

Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.

Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.

Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək. Amma hələlik real hər hansı bir addım atılmayıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistanın Azərbaycana satmaq istədiyi məhsullar – SİYAHI
Next: “Fəlakətli vəziyyətdir,onlar tükənirlər” – Ukraynalı generaldan mühüm açıqlamalar

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.