Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 26
  • “Fəlakətli vəziyyətdir,onlar tükənirlər” – Ukraynalı generaldan mühüm açıqlamalar

“Fəlakətli vəziyyətdir,onlar tükənirlər” – Ukraynalı generaldan mühüm açıqlamalar

admin 26/12/2025
biletski

 

Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski bildirib ki, uzun müddətdən sonra ilk dəfə olaraq Rusiya ordusunda canlı qüvvə itkisi cəbhəyə cəlb olunan yeni şəxsi heyətin sayını üstələyir.

Biletskinin sözlərinə görə, bu qənaət Ukrayna kəşfiyyatının, eləcə də Qərb müttəfiqlərinin məlumatlarına əsaslanır. O vurğulayıb ki, hazırda Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin artırılması döyüş xəttindəki (LBS) itkiləri kompensasiya etmir.

Bu məlumatların hər iki tərəfin açıqlamaları ilə də təsdiqləndiyi bildirilir. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov sentyabrın əvvəlində Rusiyanın Ukraynadakı hərbi qruplaşmasının sayının 700 min nəfər olduğunu açıqlamışdı. Dekabrın əvvəlində isə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Sky News”a müsahibəsində bu rəqəmi 710 min nəfər kimi göstərib.

Beləliklə, üç ay ərzində artım cəmi 10 min nəfər təşkil edib.

Sırskinin əvvəlki açıqlamalarına görə, Rusiyanın Ukraynadakı hərbi kontingenti:

2025-ci ilin yanvarında – 603 min nəfər,

2025-ci ilin aprelində – 623 min nəfər,

2025-ci ilin sentyabrında – 700 min nəfər,

2025-ci ilin dekabrında – 710 min nəfər olub.

Bu dinamika göstərir ki, yanvar–sentyabr ayları arasında Rusiya qruplaşmasının orta aylıq artımı 10 mindən çox olub. Lakin sentyabr–dekabr dövründə bu göstərici ayda təxminən 3 min nəfərə düşüb.

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin də ötən həftə Ukraynadakı Rusiya qruplaşmasının sayını 700 min nəfər kimi açıqlayıb və bu da Ukrayna tərəfinin verdiyi rəqəmlərlə üst-üstə düşür.

Məlumatda vurğulanır ki, Rusiyada səfərbərlik tempinin azaldılması ilə bağlı etibarlı informasiya yoxdur. Bu baxımdan şəxsi heyətin artım sürətinin zəifləməsi itkilərin artması ilə əlaqələndirilir.

Andrey Biletski bildirib ki, bu vəziyyət Ukrayna ordusu üçün cəbhədə işi asanlaşdırmasa da, artıq demək olar ki, Rusiya Silahlı Qüvvələri say baxımından pik həddə yaxınlaşır və bundan sonra genişlənmə prosesi daha çətin olacaq.

Biletski digər açıqlamalarında mövcud durumu belə xarakterizə edib: “Biz ruslarla 12-ci raundda döyüşən boksçular kimiyik. Biz öz tükənmişliyimiz barədə düşünürük, amma düşünürəm ki, rusların vəziyyəti də təxminən eynidir. Rusiyada əsas silah növləri üzrə – zirehli texnika, artilleriya sistemləri və digər istiqamətlərdə katastrofik vəziyyət yaranıb. Hazırda Rusiya cəbhədə deyil, daha çox Ukraynaya qarşı hava terrorunda nisbətən uğurludur. Bəli, Ukraynanın geri çəkildiyi məqamlar var. Amma bu irəliləyişlərin ruslar üçün qiyməti nə qədər adekvatdır? Onlar bizi, amerikalıları və bütün dünyanı inandırmağa çalışırlar ki, bu qiyməti uzun müddət ödəyə bilərlər. Bu, doğru deyil. Ödəyə bilmirlər. Onlar tükənirlər. Şəxsi heyət çoxdan fəlakətli vəziyyətdədir və döyüş hazırlığı hər ay daha da deqradasiyaya uğrayır”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qazaxıstan gözlənilən hesabatı açıqladı – Azərbaycan təyyarəsinin vurulduğunu təsdiqlədi!
Next: İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.