Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 31
  • Yeni başçı, köhnə tamah… – Nəsiminin “çiçəyi burnunda” başçısı nəyin və kimin güdazına gedib?

Yeni başçı, köhnə tamah… – Nəsiminin “çiçəyi burnunda” başçısı nəyin və kimin güdazına gedib?

admin 31/12/2025
elxan-ibr

 

Bir icra başçısının, xüsusilə də paytaxtın mərkəzi rayonlarından birinə təyin olunan başçının cəmi 47 gün sonra vəzifəsindən atılması Azərbaycan üçün kifayət qədər nadir hadisədir. Bunun üçün adamın “ÇP”-sinin, xətasının, törətdiyi “əyri əməlin” miqyasını təsəvvür etmək belə çətindir… 

Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Dünən vəzifəsindən azad edildi. 43 yaşlı İbrahimov nisbətən “gənc kadrlar”dan sayılır və Nəsimi rayonundan əvvəl 3 ildən artıq Kürdəmirin icra başçısı olub. Azərbaycanın ən “şəffaf” universitetlərindən biri olan Azərbaycan Kooperasiya Universitetini bitirən İbrahimovun karyerasında otel, audit, mebel şirkəti, ardınca da Şamaxı icra başçısının köməkçisi kimi iş yerləri olub.

Ancaq əsas bu deyil. Zatən Azərbaycanda adı korrupsiya və özbaşınalıq sarıdan dillər əzbəri olan Kooperasiya Universiteti, Beynəlxalq Universitet kimi “ali məktəblər”in dipomunu almış saysız-hesabsız məmur, hakim, deputat olub və var. Azərbaycanda Ramiz Mehdiyevin zamanında əvvəllər ofisiant, kababçı və s. işləmiş, pulla diplom almış başçılar da olub. Onların təqdimatı Mehdiyev tərəfindən verilib. Lakin hətta onlar belə uzun illər vəzifələrini “qoruyublar” və İbrahimov kimi dərhal özlərini “yandırmayıblar”, vəzifədən atılmayıb, yaxud həbs edilməyiblər.

Bəs yeni başçı nə edib, hansı əməlin sahibi olub ki, belə bir “rekord”a imza ata bilib? Medianın yazdığına görə, Nəsiminin “çiçəyi burnunda” başçısı rayon ərazisindəki özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun şirkətlərdən 100-200 min manat pul aldığı bildirilir və görünür, bunu onunla birlikdə işdən azad edilən köməkçisi vasitəsilə edib. Belə ki, İbrahimovun təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

Təbii ki, Azərbaycan reallıqlarında xüsusilə bəzi rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları və s. tərəfindən sahibkarlara qarşı haqsız təzyiq və təhdidlər, bəzi hallarda onlardan “xərac” yığılması təcrübəsi çoxdan mövcuddur. Ona görə də bu xəbərin yayılmasından sonra çoxları yeni başçının əməlinə dair deyilənlərə yox, onun bu əmələ görə vəzifəsindən dərhal atılmasına təəccüb edirlər. Çünki hesab edilir ki, aşağı-yuxarı, başçıların çoxu elə bu cür, ya da buna bənzər şəkildə “işləyir”…

Əslində, bu mənzərə nə qədər müəmmalıdırsa, bir o qədər də dövlət idarəçiliyi institutu üçün neqativ, hətta təhlükəlidir. Çünki başçı təyinatı birbaşa Prezident sərəncamı ilə həyata keçirilir.

Məlum olduğu kimi, Prezident yeni icra başçılarını şəxsən qəbul edir, onlara tapşırıqlar verir. Açıq şəkildə deyir ki, vətəndaşları, sahibkarları incitmək, qanundan kənara çıxmaq olmaz və bunu edənlər bütün xidmətlərinə baxmayaraq, sərt cəzalandırılacaqlar. Yeni başçılar da çıxış edərək, etimadı doğruldacağına dair söz verirlər. E.İbrahimov da bu sırada istisna təşkil etmir. Lakin indiki halda belə çıxır ki, E.İbrahimov qəbuldan çıxar-çıxmaz daraşıb rayonun canına – pul toplamağa. Bu, bir tərəfdən arxayınçılığın, cəzasızlıqdan baş gicəllənməsinin göstəricisidir. Digər yandan, vəzifəyə keçər-keçməz, rayonu tam “tanımaza-bilməzə” bu cür acgözlüklə “hücuma keçməsi” də müəmmalı görünür. Əlbəttə ki, bu adamın təqdimatını verən konkret şəxs, bəlkə də şəxslər var. Bəs beləsinin əvvəl Kürdəmirə, daha sonra isə Bakının mərkəzi və strateji əhəmiyyətli rayonlarından birinə başçı təqdimatını kim verib? Ən əsası, bunu edənlər onun boynuna hansı minnəti qoyub, necə qaza gətiriblər ki, rayona çatar-çatmaz pul toplmağa başlayıb? Əsas kök, əsas səbəb bu sualların cavabında axtarılmalıdır. Axtaracaqlarmı, tezliklə bu halların kökü kəsiləcəkmi?

Nəhayət, bu hadisə bir daha Azərbaycanda icra hakimiyyəti idarəçilik sisteminin özünü doğrultmadığını təsdiqləyir. Bu sistem dəyişməyincə, daha müasir, çevik, şəffaf və seçkili sistemlə əvəz olunmayınca, hələ çox başçı istefalarının, həbslərin şahidi olacağıq… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: CƏLİL XƏLİLOV: “Qarşıdakı ildə daha böyük hədəflərə nail olmaq əzmindəyik”
Next: Avropaya qarşı Tramp – Putin tandemi – Zəifləmiş “köhnə qitə”ni bu vəziyyətdən kim çıxaracaq?

OXŞAR MÖVZULAR

zangezur_corridor (4)

Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb

admin 23/04/2026
gxlOIU0QGqVCbcTN5JjIPB9iBQHRz6LfPmOrt5Re_1200

EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib

admin 23/04/2026
az-lat-form

Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.