Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 5
  • “Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb?

“Avant Qrup” MTK sakinləri necə “tələ”yə salıb?

admin 05/01/2026
avant-pk

 

Tanınmış tikinti şirkətlərindən olan “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan sakinlərin “ƏDV qalmaqalı” davam edir.

Dövlətin vətəndaşa tanıdığı ƏDV güzəştindən (30% geri qaytarılma) məhrum olunan yüzlərlə sakin artıq vergini deyil, “Avant Qrup” MTK-nı məhkəməyə verməyə hazırlaşır. Sakinlər iddia edir ki, onlar “Avant Qrup” MTK-nın sabiq hüquqşünası Araz Mahmudovun XəzərNews.az-a açıqlamasından sonra anlayıblar ki, “qaytarılmayan ƏDV-lər” problemi düşünülmüş bir “oyun”un – MTK-Vergi sövdələşməsi nəticəsində yaranıb.

Hüquqi “məsləhət”, yoxsa maliyyə tələsi?

Sakinlərin iddiasına görə, problemin kökündə “Avant Qrup”un rəhbərliyi və “Avant Park”da satış işlərini həyata keçirən əməkdaşlar dayanır. Belə ki, hələ 2022-ci ilin aprelindən sonra müxtəlif vaxtlarda mənzil alan vətəndaşlar Prezidentin 25 may 2025-ci il tarixli Sərəncamından sonra ƏDV-nin geri qaytarılması üçün xüsusi depozit hesabı açmaq və ödənişi bu qaydada həyata keçirmək istəyiblər. Lakin MTK onları bu qanuni addımdan çəkindirmək üçün qeyri-qanuni arqumentlərdən istifadə edib.

Zərərçəkmiş sakinlərin sözlərinə görə, MTK rəsmiləri onlara israrla bildirib ki, depozit hesabı açsalar, gələcəkdə “problem yaşayacaqlar” və ya “borclu çıxacaqlar”. Hətta sakinlərə, “MTK indiyə qədər vergilərinizi ödəyib, necə olacaq?” kimi əsassız suallarla manipulyasiya edilərək, ödənişlərin birbaşa şirkətin ümumi hesabına köçürülməsi təlqin olunub. Nəticədə yüzlərlə vətəndaş pulu şirkət tərəfindən verilən tək hesaba köçürüb, beləliklə MTK öz maliyyə axınını təmin edib, lakin sonda sakinlər dövlətdən alacağı vəsaitdən (ƏDV-dən) məhrum olub.

Məsuliyyəti “vergi”nin üzərinə atmaq taktikası

Sakinlərin iddiasına görə, onlara bu barədə informasiya verənlərdən biri də “Avant Qrup”un sabiq hüquqşünası Araz Mahmudov olub. Belə ki, A.Mahmudov həm şirkətdə çalışdığı dövrdə, həm də sonradan vəkil kimi fəaliyyət göstərdiyi vaxtlarda eyni ssenarini təkrarlayıb: “Avant”ın günahı yoxdur, məsələ Vergi Xidmətindədir”. Etiraf edək ki, əgər sakinlərin iddiaları doğrudursa, bu yanaşma, əslində, MTK-nın prosesdən “quru çıxması” üçün hazırlanmış mükəmməl müdafiə strategiyası olub. A.Mahmudov isə saytımıza açıqlamasında isə deyir: “Mən orada heç kimi yönləndirə bilmərəm, mən vəkiləm, maliyyəçi deyiləm”.

Hüquqşünasın “MTK vergi orqanının təlimatı ilə ödənişi öz hesabına qəbul edib, vergi deyib ki, problem deyil, satışınızı edin” ifadəsi isə daha dərin bir problemin – MTK ilə vergi orqanı arasında şifahi razılaşmaların və “gizli sövdələşmə”nin mövcudluğunu ehtimal etməyə əsas verir. Görünən odur ki, şirkət satışını edərək pulunu qazanmaq istəyib, vətəndaşın gələcəkdə qarşılaşacağı hüquqi sıxıntı isə onları maraqlandırmayıb. Normal ölkələrdə bu cür hallar və faktlar cinayət məsuliyyəti yaradır.

A.Mahmudovun açıqlamasındakı ən diqqətçəkən məqam isə məsuliyyətin tamamilə dövlət qurumunun üzərinə atılmasıdır. O israrla bildirir ki, cavabdeh qurum vergi orqanıdır və buna görə də “Avant Qrup”a qarşı qaldırılan iddialar məhkəmələr tərəfindən rədd edilir. “MTK sadəcə satıcı rolundadır” kimi arqumentlər isə əslində tikinti maqnatlarının vətəndaşa münasibətini ortaya qoyur və sakinləri yayındırır. Yəni, “biz pulumuzu aldıq, gerisi sakinlərlə dövlət arasındakı problemdir”. Halbuki, müştərini yanlış istiqamətləndirən, ona depozit hesabı açmağa mane olan, tək hesab verən məhz “Avant Qrup” MTK olub. Sonradan sakinlər çarəsiz qalıb “nə edək?” soruşanda isə “artıq hesabı ayırmağın mənası yoxdur, davam edin, işiniz məhkəməyə gedəcək” cavabını almaları, onların necə bir dalana yönləndirildiyini göstərir.

İtirilən pullar, qazanılan əsəb…

Beləliklə, vətəndaşların illərlə topladığı vəsaitin ƏDV-si havada qalıb. Ortada olan mənzərə budur: “Avant Qrup” MTK mənzillərini satıb, vəsaitini əldə edib. Şirkətin sabiq hüquqşünası isə prosesi “vergi orqanının təlimatı” adı altında ört-basdır edir. Lakin onu da unudur ki, alıcıdan alınmış ƏDV-nin düzgün uçotu, vaxtında bəyan edilməsi və ƏDV depozit hesabına yönləndirilməsi satıcının – yəni vergi ödəyicisi olan MTK-nın birbaşa öhdəliyidir. Bu öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış hüquqi və maliyyə risklərinin alıcıların üzərinə ötürülməsi qanuna ziddir. Aldadılan, yanlış məlumatlandırılan və nəticədə maddi zərər görən isə yüzlərlə sakindir. İndi onlar haqlı olaraq sual edirlər: “Əgər bu bir “texniki problem” idisə, niyə bizə israrla depozit hesabı verilmədi?”. Bu sualın cavabı, çox güman ki, MTK-nın maliyyə hesabatlarında gizlənir.

Məsələ artıq hüquqi çərçivədən çıxaraq vətəndaşın etibarından sui-istifadə müstəvisinə keçib. Aidiyyəti qurumların bu “sövdələşmə” iddialarını dərindən araşdırmasına ehtiyac var.

Qeyd edək ki, hazırda “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan sakinlərin “ƏDV məsələsi” ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə təqdim edilməsi üçün müstəqil iqtisadçıların, istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyətləri institutlarının rəyləri toplanılır./bakupost.az

PAYLAŞIN:

Continue Reading

Previous: Maduronun həbsi bazarları “oynadacaq” – Bakıya təsir edəcək
Next: Sosial sığorta yoxsa “sosial zərbə”? – “Kəndlinin son ümidini də kəsirlər”

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.