Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 5
  • “Doktor” Aysel Xəlilovanın tibbi təhsili varmı? -Təhlükəli fəaliyyət/FOTOLAR

“Doktor” Aysel Xəlilovanın tibbi təhsili varmı? -Təhlükəli fəaliyyət/FOTOLAR

admin 05/01/2026
Aysel Xelilova

 

Son aylar ölkədə ən çox müzakirə olunan mövzulardan biri də qanunsuz kosmetoloji prosedurların yaratdığı ciddi təhlükələrdir. Əsasən xanımların bu prosedurlar zamanı ciddi ziyan gördükləri, səhv müalicələr nəticəsində cürümələr, yarabasmalar və sair hallar göstərir ki, özünü “doktor”, “kosmetoloq” kimi təqdim edən şəxslərin qurabanı olurlar. 

Daha bir ciddi və araşdırılmalı məqam ondan ibarətdir ki, bu şəxslər özəl klinikalarda fəaliyyət gösrətirlər və klinika rəhbərliyi onların təhsilli olub-olmadığını nəzərə almaqdan yalnız pul qazanmaq üçün istifadə edir.

Redaksiyamıza daxil olan məlumata görə, “Alo doktor” adlı özəl klinikada belə “həkimlər” üstünlük təşkil edir və onlardan biri də Aysel Xəlilova adlı “həkimdir” və onun heç bir ali tibbi təhsili yoxdur.

İctimaiyyətə təqdim edilən video sübutlardan və yayılan məlumatlardan aydın olur ki, Aysel Xəlilova “Alo doktor” adlı özəl klinikada insanlara müxtəlif kosmetoloji prosedurlar icra edir. Halbuki, ali tibbi təhsili olmayan şəxsin tibbi və invaziv prosedurlar aparması Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

Məsələ təkcə bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. İddialara görə, özəl klinika bu qanunsuzluğa şərait yaradır, rəsmi lisenziya pərdəsi altında tibbi təhsili olmayan şəxslərin fəaliyyətinə faktiki olaraq “yaşıl işıq” yandırır. Bu isə artıq sistemli pozuntu demıkdir.

Hətta Aysel Xəlilova sosial şəbəkələrdə özünü “doktor” kimi təqdim edərək geniş reklam kampaniyaları aparır, yüksək baxış və izlənmə əldə edir. Eyni zamanda bildirilir ki, Aysel Xəlilovanın Səhiyyə Nazirliyi tərəfindən verilmiş heç bir icazəverici sənədi yoxdur. Bu fakt təsdiqlənərsə, söhbət artıq qanunvericiliyin kobud və açıq şəkildə pozulmasından gedir.

Mütəxəssislər xəbərdarlıq edir ki, tibbi savadı olmayan şəxsin insan üzərində kosmetoloji prosedur aparması ağır fəsadlara səbəb ola bilər. Allergik reaksiyalar, infeksiyalar, geri dönməz sağlamlıq problemləri və hətta həyat üçün risk yaradan hallar istisna deyil.

Daha narahatedici məqam isə yayılan məlumatlarda Aysel Xəlilovanın tanınmış şəxslərə, o cümlədən deputatlara belə qanunsuz prosedurlar icra etməsi, eləcə də müxtəlif kosmetoloji preparatların satışı ilə məşğul olmasıdır.

Bütün bunlar göstərir ki, vəziyyət artıq nəızarətdən çıxıb, artıq söhbət cəmiyyətdə nüfuzlu şəxslərin adı ilə qanunsuz fəaliyyətin “kölgələnməsindən” gedir.

Bütün bu faktlar fonunda Səhiyyə Nazirliyi və aidiyyəti dövlət qurumları dərhal araşdırmaya başlamalı, qanunsuz fəaliyyətə hüquqi qiymət verməli və ictimaiyyətə aydın mövqe təqdim etməlidir.

“Alo doktor” klinikasında baş verənlər bir daha göstərir ki, ali tibbi təhsili olmayan şəxslərin “doktor” və “kosmetoloq” adı altında fəaliyyətinə göz yumulması cəmiyyət üçün real və ciddi təhlükədir.

Aidiyyatı qurumların, eyni zamanda Aysel Xəlilovanın da mövqeyini dərc etməyə hazırıq.(bizimesr.az)

Araşdırmamız davam edir.

       
PAYLAŞIN:

Continue Reading

Previous: TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artırılıb
Next: “Trampa neft və liderlik lazımdır” – “Əgər o, narkotiklə mübarizə aparsaydı…”

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.