Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 5
  • Emin Əmrullayevin Qarabağ təhsilini etibar etdiyinin ixtisasından xəbəri var? – Nazir dostu olmağın QANUNDAN ÜSTÜNLÜYÜ

Emin Əmrullayevin Qarabağ təhsilini etibar etdiyinin ixtisasından xəbəri var? – Nazir dostu olmağın QANUNDAN ÜSTÜNLÜYÜ

admin 05/01/2026
emin-senan

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ilə bağlı sosial şəbəkələrdə yayılan sənədlər ictimai müzakirələrə səbəb olub. Söhbət onun ali təhsili barədə yayılan diplom şəkillərindən gedir.

Yayılan diplom məlumatlarına əsasən, Sənan Mənsimli 2009–2013-cü illərdə Azərbaycan Texnologiya Universitetində bakalavr təhsili alıb.

Sənəddə göstərilir ki, o, Telekommunikasiya fakültəsinin “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisas texniki sahəyə aid olmaqla, nə “idarəetmə”, nə də “təhsil” profilli ixtisaslar sırasına daxil deyil.

Maraqlı məqam ondan ibarətdir ki, hazırda Sənan Mənsimli ölkənin strateji əhəmiyyət daşıyan regionlarından biri olan Qarabağda təhsil sisteminin idarə olunmasına cavabdeh əsas vəzifəli şəxsdir.

Halbuki onun ali təhsil ixtisası ilə tutduğu vəzifə arasında açıq uyğunluq görünmür. Məsələ təkcə ictimai maraq doğuran faktla bitmir — burada qanunvericiliyin tələbləri ilə tutulan vəzifə arasındakı uyğunluq sualı ortaya çıxır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.3-cü maddəsinə əsasən: Təhsil müəssisələrinin və təhsili idarəetmə orqanlarının rəhbər işçiləri müvafiq sahə üzrə ali təhsilə və pedaqoji, elmi-pedaqoji və ya idarəetmə fəaliyyətinə dair peşə hazırlığına malik olmalıdırlar.

Texniki rabitə ixtisası üzrə bakalavr təhsilinin təhsil idarəçiliyi anlayışı ilə hansı formada uyğunlaşdırıldığı isə sual doğurur. “Dövlət qulluğu haqqında” Qanunun 7.0.2-ci maddəsində qeyd olunur ki, dövlət qulluğuna qəbul zamanı: vəzifənin icrası üçün zəruri olan ixtisas və peşə hazırlığı əsas meyar hesab edilir. Eyni zamanda, 28-ci maddəyə əsasən: dövlət qulluqçusu tutduğu vəzifəyə peşə yararlılığı baxımından uyğun olmalıdır. Regional təhsil idarəsi müdiri vəzifəsi isə yüksək səviyyəli sahə biliyi, normativ-hüquqi biliklər və təhsil menecmenti bacarıqları tələb edən postdur. Elm və Təhsil Nazirliyinin səlahiyyətlərini müəyyən edən normativ aktlara görə, nazirlik təhsil sahəsində kadr siyasətinin formalaşdırılmasına,rəhbər vəzifələrə peşəkar kadrlan seçilməsinə cavabdehdir. Bu baxımdan, texniki rabitə ixtisası üzrə ali təhsil almış bir şəxsin Qarabağ Regional Təhsil İdarəsinə rəhbər təyin edilməsi kadr siyasətində istisna haldırmı, yoxsa sistemli yanaşmanın nəticəsidir?

Açıq qalan suallar

Hazırda Təhsil Nazirliyinin rəsmi səhifəsində belə bir iddianı təsdiq və ya inkar edən açıqlama yer almır. Sosial şəbəkələrdə yayılan məlumata görə S.Mənsimli Emin Əmrullayevin yaxın dostudur. O nazirin dostu olduğu üçün bu vəzifəyə sahiblənə bilib. Sənan Mənsimlinin təhsil sahəsi üzrə əlavə ixtisaslaşması, magistratura və ya idarəetmə təhsili varmı?Əgər yoxdursa, bu təyinat “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə necə uyğunlaşdırılıb?Qarabağ kimi strateji və həssas regionda təhsilin idarə edilməsi eksperimental kadr yanaşması iləmi həyata keçirilir?
Qarşı tərəfin cavab haqqını tanıyırıq./mediatv.az

PAYLAŞIN:

Continue Reading

Previous: Sənədsiz evlərə bu il çıxarış veriləcək? – Əmlak amnistiyası keçirilə bilər
Next: Kreditlərlə bağlı təhlükəli vəziyyət yarandı – Ekspertdən həyəcan təbili

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.