Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 5
  • “Putini də bu cür qaçıra bilərlər” – Kreml təbliğatçıları çaşqınlıq içində, Duqin xəbərdarlıq edir…

“Putini də bu cür qaçıra bilərlər” – Kreml təbliğatçıları çaşqınlıq içində, Duqin xəbərdarlıq edir…

admin 05/01/2026
put-f35

 

ABŞ-nin Venesueladakı sürətli əməliyyatı və nəticədə Prezident Nikolas Maduronun həbsi Kreml təbliğatçılarında heyrət və çaşqınlıq yaradıb. Demək olar, elə bir Kreml təbliğatçısı və “Z-bloqer” yoxdur ki, bu hadisənin Rusiyanın və Putin hakimiyyətinin maraqlarına təsirini şərh etməsin və müayisələr aparmasın. Onların bir çoxu Rusiyanın eyni əməliyyatı Kiyevdə keçirə bilməməsindən gileylənir və hətta Putini də Maduronun aqibəti gözləyə biləcəyinə işarə edirlər.

Vladimir Putinin ən “çılğın” tərəfdarı Marqarita Simonyan belə öz qısa paylaşımında Rusiyanın Ukraynadakı “SVO”-sunu nəzərdə tutaraq, Kremlin Venesuala əməliyyatına kənardan baxıb həsəd aparmaqdan başqa əlindən heç nə gəlmədiyinə eyham vurub.

Tanınmış “Z kanallar”dan olan “Voennıy osvidomitel” cəmi 30 dəqiqə davam edən və Maduronun tutularaq ölkədən çıxarılması üçün keçirilən MKİ əməliyyatını “Nümunəvi SVO” adlandırıb: “Onlar gəldilər, işlərini gördülər və getdilər”.

Digər “Z kanal” – “Svodki Novorossii” isə daha “dərinə gedir”: “Amma Putini də bu cür qaçıra bilərlər”.

Tanınmış “Dva mayora” kanalı ABŞ əməliyyatını “bacarıqlı, sürətli və effektli” adlandırır. Rusiyanı isə eyni əməliyyatı Kiyevdə keçirə bilmədiyi üçün ələ salır: “Böyük ehtimalla bizim SVO-muz da bu şəkildə düşünülmüşdü. Çətin ki, Gerasimov dörd il döyüşməyi planlaşdırırdı”.

Məşhur “Rıbar” “Z kanalı” yazıb: “ABŞ-nin etdiyi bəzi şeylər nümunəvi idi. 2022-ci ildə Rusiya ordusu da hava-desant qoşunlarından istifadə edərək Kiyevin “Qostomel” aerodromunu ələ keçirməyə cəhd etdi və sonra da eyni şəkildə Xersondakı Antonov körpüsü ilə Dnepr çayını keçdi. Lakin bu taktiki uğurlar strateji uğurlara çevrilmədi. Əgər biz amerikalılar kimi olmaq istəyiriksə, onda əvvəlcə nə istədiyimizi və əslində nəyə nail ola biləcəyimizi anlamalıyıq. Ayıq təhlil olmadan sağlam nəticələr olmayacaq və onlar olmadan eyni səhvlər baş verəcək”.

Rusiyanın tanınmış “Z publisisti” Yeqor Xolmoqorov isə Maduroya qarşı hücumu Ukraynanın Putinə qarşı guya baş vermis dron hücumu ilə eyniləşdirib və qeyd edib ki, həm Zelenski, həm də Tramp suveren ölkələrin liderlərinə qarşı hücumlara qoyulan qadağanı demək olar ki, eyni vaxtda aradan qaldıra biliblər: “Zelenski bunu Yeni ildən bir az əvvəl Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumu, Tramp isə dövlət çevrilişi etmək üçün xüsusi təyinatlılara Maduronu qaçırmağı əmr etməklə edib.

Müvafiq olaraq, ya Rusiya Zelenskini tez bir zamanda aradan qaldıracaq, ya da biz həqiqətən də ikiüzlü Trampın göstərişi ilə Putinə qarşı ov dövrünə qədəm qoyuruq”.

“Putinin filosofu” kimi təqdim edilən məşhur Aleksandr Duqinin də Venesuelada baş verənlərə münasibəti birmənalı olmayıb. Sətiraltı olaraq Kremli bacarıqsızlıqda qınayan Duqin qarşıda Rusiyanı da eyni təhlükə gözləyə biləcəyinə dair xəbərdarlıq edib: “Venesueladakı hadisələr Rusiya üçün kəskin və sərt bir çağırışdır. Bizim sadəcə olaraq bunu görməzdən gəlmək üçün tarixi haqqımız yoxdur. İdeoloji, geosiyasi və texnoloji proseslər bütün dünyada sürətlə inkişaf edir və bizdən indikindən xeyli dərəcdə artıq tez düşünməyi, tez hərəkət etməyi, kəskin qərarlar qəbul etməyi və tamamilə yeni bir dinamika qəbul etməyi tələb edir. Biz inteqral müharibə mərhələsinə qədəm qoymuşuq və bundan qaçmaq mümkün deyil.

Maduronun tutulması göstərir:

-Beynəlxalq hüquq artıq mövcud deyil; yalnız güc qanunları tətbiq olunur (kimin haqlı, kimin haqsız olduğu əhəmiyyətsizdir, yalnız kim güclüdür);

-biz sürətlə düşünməli və hərəkət etməliyik (adət etdiyimiz kimi deyil);

-Rusiya cəmiyyətinin hazırkı vəziyyəti kökündən, təxirə salınmadan və tamamilə fərqli bir sürətlə dəyişdirilməlidir;

İndi sürət və sədaqət amilləri ön plana çıxır. Ümumilikdə, biz məhz bu istiqamətdə irəliləyirik. Amma… qəbuledilməz dərəcədə yavaş bir sürətlə. Biz ləng hərəkət edirik, amma sürətli olmalıyıq. Biz hücum realizmini qəbul etməliyik.

Baxın: dost rejimlər və qüvvələr bir-birinin ardınca çökür. Əlbəttə ki, biz reaksiya veririk və qlobalizmin ümumi böhranından yararlanmağa çalışırıq, amma çox şeyi əldən veririk. Suriya, İran, Livan və indi də Venesueladakı hadisələrin təsdiqlədiyi kimi, son onilliklər ərzində Qərbin hər bir ölkənin ali rəhbərliyi daxilində casus şəbəkələri qurduğu tamamilə aydındır. Düşünürəm ki, hətta Çin də istisna deyil. Və lazımi anda onlar ali hakimiyyətə xəyanət etmək üçün aktivləşəcəklər. Belə bir şəbəkə Rusiyada da mövcud olmaya bilməz”.

Təbii ki, Kreml təbliğatçılarının giley dolu narahatlıqalrı və xəbərdarlıqalrı təsadüfi deyil. Putin başda olmaqla Rusiya hakimiyyəti Ukraynadakı müharibə ilə nə qədər yarıtmaz duruma və yaramaz mahiyyətə malik olduğunu göstərdi. Belə hakimiyyətlər isə xarici təsirlərə və daxildəki xəyanətlərə qarşı olduqca həssasdır…

Tarix müəyyən mənada təkrarlanlr. Venesuelaya qarşı bu əməliyyat, 1989-cu ildə ABŞ-nin Panamaya hücumunun ildönümündə baş tutdu. Həmin vaxt Panama diktatoru Manuel Noryeqa həbs olunmuşdu. Maduro kimi, o da narkotik qaçaqmalçılığında ittiham olunurdu. Noryeqa 20 il ABŞ həbsxanasında yatdı və sonra Fransaya ekstradisiya edildi. Bundan cəmi iki il sonra isə SSRİ dağıldı… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Trampa neft və liderlik lazımdır” – “Əgər o, narkotiklə mübarizə aparsaydı…”
Next: Maduronun həbsi bazarları “oynadacaq” – Bakıya təsir edəcək

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.