Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • Prezidentin beynəlxalq münasibətlər və 907-ci düzəlişlə bağlı mesajları çox önəmlidir

Prezidentin beynəlxalq münasibətlər və 907-ci düzəlişlə bağlı mesajları çox önəmlidir

admin 06/01/2026
semed-seyidov (3)

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir çox məsələlərlə yanaşı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da toxunuldu. Hazırda qloballaşan münasibətlər fonunda ölkəmizin mövqeyini bu mənada necə xarakterizə etmək olar?

– Ölkə başçısının müsahibəsi qarşıdakı dövr üçün mühüm yol xəritəsi kimi olduqca əhəmiyyətli məsələləri özündə ehtiva edir. Müsahibədə verilən mesaj ondan ibarətdir ki, bu gün müasir və keşməkeşli dünyada Prezidentin də ifadə etdiyi kimi beynəlxalq qanunun işləmədiyi bir zamanda Azərbaycanın yeri, rolu və mövqeyi ortaya qoyuldu. Dövlət başçısı beynəlxalq münasibətlərlə bağlı çox ciddi təhlil apararaq həm regionda olan vəziyyəti, dünyada gedən prosesləri, həm də Azərbaycanın perspektivləri haqqında fikirlərini təqdim etdi. Bu, ölkə başçısının tam açıq şəkildə, səmimi reallığı əks etdirən məsələlərin konkret olaraq dünyaya çatdırılmasıdır.

– Faktiki olaraq beynəlxalq hüquq mövcud olduğu şəraitdə onun tətbiqi ilə bağlı anlayışlar tamam fərqlidir. Bu halda Azərbaycan hansı xətti tutmalıdır?

– Təəssüf ki, bu gün beynəlxalq qanunların işləməməsi ilə yanaşı onun guya tətbiq edilməsi məsələsi, yəni ikili standartların mövcudluğu ən böyük bəlalardan biridir. Bunun fonunda Azərbaycanın konkret, dürüst, açıq mövqeyi təqdirəlayiq bir məsələdir. Bu xüsusda Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəlməsi də ölkə başçısının müsahibəsində xüsusi yer tutub. Sözsüz ki, bu, çox vacib bir amil idi. Obama-Bayden və Bayden-Blinken administrasiyası məsələsinin müzakirə edilməsinin də böyük mənası var. “Nəyi Azərbaycan qəbul edə bilməz” amili çox önəmlidir. Azərbaycan-ABŞ münasibətlərinin indiyə qədər böhran vəziyyətində olması, ölkəmizi narahat edən məsələlərin hamısı bir daha bəyan edildi. Bu mənada Azərbaycan Prezidentinin müsahibəsində səsləndirdiyi mühüm məsələlər artıq beynəlxalq müstəvidə geniş şəkildə təhlil olunmağa başlayıb.

– Azərbaycan-ABŞ münasibətlərinə dair ölkə başçısının açıqladığı məqamlar daha çox diqqəti cəlb edir. Məlum “907-ci” düzəlişin aradan qaldırılması istiqamətində atılan addımlar Bakı-Vaşinqton əlaqələrinin yeni müstəvidə inkişafına necə təsir edəcək?

– Hazırda Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Amma digər tərəfdən bu ölkədən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, məlum 907-ci düzəlişin olması sözsüz ki, bir-birini inkar edən məsələlərdir. Ölkə başçısının da vurğuladığı kimi 907-ci düzəlişin Azərbaycana təsiri o qədər əhəmiyyətli olmadığı halda bunun rəmzi və siyasi təsiri çox böyükdür. Çünki bu maddənin və sanksiyanın saxlanılması məntiqsizdir. Azərbaycanla Ermənistan arasında artıq sülh mövcuddur. Ölkəmiz öz ərazisindən Ermənistana malların daşınması ilə yanaşı yanacaq materiallarının çatdırılmasını təmin edib. Amma bunun fonunda məlum 907-ci düzəliş hələ də “blokada” haqqında danışır, Azərbaycana sanksiyaları tətbiq edir. Bu isə öz-özlüyündə reallıqdan uzaq yanaşmaya çevrilir. Strateji əməkdaşlıq səviyyəsinə yüksələn münasibətlərə bu amil təbii ki, ciddi təsir göstərir.

– Yeni ABŞ Administrasiyası, Prezident Donald Tramp dövründə Bakı-Vaşinqton münasibətlərində hansı xətti izləmək mümkündür?

– Trampın məhz Prezident İlham Əliyevin şahidliyi ilə 907-ci düzəlişin dayandırılması ilə bağlı qərara imza atması tarixi məsələ idi. Proses artıq ABŞ Konqresindədir. Artıq konqresmen Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvinə dair qanun layihəsini təqdim edib. Bu yaxınlarda Prezident İlham Əliyev ABŞ senatorlarını da qəbul edib. Təbii ki, həmin senatorlar da bu məsələyə dair özlərinin mövqeyini ifadə edəcəklər. Həmçinin Azərbaycandan göndərilən nümayəndə heyətləri və Milli Məclis təmsilçiləri olaraq 2025-ci ilin son aylarında iki dəfə ABŞ-də olub orada konqresmenlərlə, senatorlarla görüşmüşük. Bundan sonra biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik.

– Hazırkı dövrdə də ABŞ-dəki erməni lobbisinin bu mövzuya qarşı yanaşması necədir?

– Amerikadakı erməni lobbisi hazırda bu məsələyə qarşı da işləyir. Onlar bir daha sübut edir ki, ABŞ-də olan erməni lobbisi bugünkü Ermənistanın real hakimiyyəti ilə yanaşı Amerikanın da milli maraqlarına qarşı iş aparır. Bu da onu sübut edir ki, vaxtilə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəliş Amerikanın milli maraqlarına tamamilə zidd olan bir məsələ idi./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ordumuzun qüdrətinin artırılması və türk dövlətləri ilə hərbi əməkdaşlıq zamanın tələbidir – ŞƏRH
Next: 21 milyonluq “Sonar Farm” qalmaqalı – şərikin payı necə 300 min manata “əridi”?

OXŞAR MÖVZULAR

əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026
vuqar-bay-

Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı

admin 17/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.