Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • “Putin də şansını itirib…” – “Venesuelanın əvəzinə Ukrayna sövdələşməsi” olub?

“Putin də şansını itirib…” – “Venesuelanın əvəzinə Ukrayna sövdələşməsi” olub?

admin 06/01/2026
pt-tr-vens

 

ABŞ-nin Venesuelada keçirdiyi hüquqsuz əməliyyatın ilk anından çoxları bunun Rusiya ilə razılaşdırıldığını iddia edirdilər. Hətta deyirdilər ki, guya ABŞ Ukraynanı Venesuelaya dəyişməyə razılıq verib. Lakin məntiq və hadisələrin sonrakı gedişi bu iddiaların əsassız olduğunu göstərir…

Əslində, bu cür “sövdələşmə” Kreml üçün çox cazibədar və əlverişli görünür. Lakin bu, arzudan o yana getmir. Məsələn, “Reuters” agentliyinin Rusiyadakı iki yüksəsk vəzifəli mənbəyə istinadla verdiyi məlumata görə, Moskva Venesueladakı Amerika əməliyyatından faydalanmağı gözləyir və onun fikrincə, bu əməliyyat Donald Tramp administrasiyasının dünyanı “təsir dairələrinə” bölməyə hazır olduğunu nümayiş etdirib.

Mənbələrdən birinə görə, Nikolas Maduronun devrilməsi Trampın bütün Qərb yarımkürəsini ABŞ-nin maraq dairəsi elan edən 19-cu əsr xarici siyasət strategiyası olan “Monro Doktrinası”nı tətbiq etməsi kimi qəbul edilə bilər. Lakin bu halda “Rusiyanın da öz təsir dairəsi var”.

Digər mənbə bildirib ki, Moskva Amerika əməliyyatını Venesuelanın neft ehtiyatlarını ələ keçirmək üçün açıq bir cəhd kimi görür. O, həmçinin qeyd edib ki, əksər Qərb ölkələri Trampın hərəkətlərini açıq şəkildə tənqid etməyiblər.

Məsələ ondadır ki, Rusiya hələ bir neçə il əvvəl ABŞ-yə “Ukrayna müqabilində Venesuela ticarəti” təklif edibmiş. 2017-2019-cu illərdə Trampın birinci administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya və Avrasiya üzrə baş məsləhətçi olmuş Fiona Hill 2019-cu ildə Konqres qarşısındakı çıxışında bunu dilə gətirib. Onun sözlərinə görə, Moskvanın Vaşinqtona bu təklifi ABŞ tərəfindən dəstəklənən müxalifət Maduro rejimini devirməyə çalışarkən və Kreml ona hakimiyyətdə qalmağa kömək edərkən gəlmişdi.

Hill Rusiyanın Ukrayna ilə bağlı təklifini belə təsvir etmişdi: “Siz bizi öz arxa həyətinizdən çıxarmaq istəyirsiniz. Amma əslində biz də oxşar vəziyyətdəyik. Siz bizim arxa həyətimizdəsiniz”.

Rusiya milyardlarla dollar sərmayə qoyduğu Maduroda müttəfiqini itirsə də, ABŞ-nin beynəlxalq hüququ pozması “Rusiya narrativləri üçün pis deyil”. Bunu London Universitet Kollecinin professoru Mark Qaleotti mətbuata açıqalmasında deyib: “Putin inanır ki, böyük dövlətlər belə fəaliyyət göstərir; böyük dövlətlərin təsir dairələri var. Əgər Amerikaya Latın Amerikası təsir dairəsinə sahib olmağa icazə verilsə, deməli, bizə də öz təsir dairəmizə, slavyan təsir dairəmizə sahib olmağa icazə verilir”.

Üzdə Moskva, Rusiyaya strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı olan Maduro rejiminə bir neçə saat ərzində son qoyan Amerika əməliyyatına qarşı açıq şəkildə qəzəb ifadə edir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib ki, “Vaşinqton neokolonializmə və imperializmə yeni təkan verir”. O, Maduronun “dərhal azad edilməsini” tələb edib: “Vaşinqton cinayətkar əməliyyatının əsl məqsədlərini – Venesuelanın təbii sərvətləri üzərində məhdudiyyətsiz nəzarət yaratmağı və Latın Amerikasında hegemon ambisiyalarını gizlətməyə belə çalışmayıb”.

Sanki Rusiya, Ukraynaya qarşı açıq işğalçılıq məqsədlərini gizlətməyə çalışır…

Lakin bütün bunlar heç də Rusiyaya öz regionunda eyni addımları atmasına imkan verilməsi anlamına gəllmir. Bunu Qərbin Ukraynaya dəsətyinin davam etməsi və ABŞ-nin sülhlə bağlı Moskvaya təzyiqləri açıq göstərir.

Üstəlik Pentaqon başçısı hətta Venesuela əməliyyatı ilə bağlı Kremli ələ də salıb: “Üç gecə əvvəl təxminən 200 böyük amerikalımız Venesuelanın Karakas şəhərinin mərkəzinə girdi. Görünür, Rusiyanın hava hücumundan müdafiə sistemi o qədər də yaxşı işləmirdi, elə deyilmi?”

Mühacirətdə yaşayan tanınmış rusiyalı plitoloq Abbas Qallyamov deyib ki, Venesuelada “SVO”-nun əslində necə olduğunu nümayiş etdirən amerikalıların uğuru Putinin imicinə güclü zərbə vurub və Rusiyanın “vətənpərvər” icmasının özünəinamını əhəmiyyətli dərəcədə sarsıdıb.

Onun sözlərinə görə, Venesuela hadisələrinin digər, bəlkə də daha vacib nəticəsi Rusiya elitasının Putinə münasibətində dəyişiklik olacaq: “Baş verənləri düşünərək, Rusiya Prezidentinin yaxın ətrafı indi belə bir nəticəyə gəlir ki, bir anda – əgər o, tamamilə adekvatlığını itirərsə, ondan yaxa qurtarmaq məcburiyyətində qala bilərlər. ABŞ Maduroya Türkiyədə könüllü sürgün təklif etdi, lakin o, son şansını qaçırdı. İnadkar, müharibəni bitirməkdən imtina edən və Trampı getdikcə daha çox qıcıqlandıran Putin – əmin ola bilərikmi ki, o, daha rasional davranır? Bəlkə də o da artıq şansını qaçırıb? Onu Rusiya isteblişmentinin qalan hissəsi üçün layiqli şərtlərlə amerikalılara və ya, məsələn, Britaniyaya təhvil vermək daha yaxşı olmazdımı?”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident anons etdi: İH-lər ləğv ediləcək
Next: Pensiya artımı fonunda müavinətlər də artacaqmı? – Deputatdan AÇIQLAMA

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.