İsrailin MOSSAD milli kəşfiyyat xidməti Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı səsləndirdiyi bəyanatını yayıb.
Bu barədə bəyanat MOSSAD-ın rəsmi X səhifəsində yayılıb.
Bəyanatda vurğulanıb ki, Azərbaycan Qəzza da daxil olmaqla, silahlı qüvvələrini ölkə xaricinə göndərmək niyyətində deyil və heç bir beynəlxalq sülhməramlı qüvvələrdə iştirak etməyi planlaşdırmır:
“Bakı Tramp administrasiyası ilə danışıqları təsdiqlədi, lakin aydın şəkildə bildirdi: Sülhməramlı qüvvələrdə iştirak nəzərdə tutulmur”.
