Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 8
  • Putinin “tanker məğlubiyyəti” – ABŞ Rusiya bayrağına məhəl qoymadı, Moskva isə…

Putinin “tanker məğlubiyyəti” – ABŞ Rusiya bayrağına məhəl qoymadı, Moskva isə…

admin 08/01/2026
pt-tr-t

 

“Əgər amerikalılar gəmimizi ələ keçirsələr və biz özümüzü “qırmızı xətlər”lə bağlı ritorika ilə məhdudlaşdırsaq, bu, Trampı bizim sadəcə Rusiyanın böyük bir Venesuela olduğuna inandıracaq. Bu o deməkdir ki, Rusiyaya qarşı istənilən şəkildə manipulyasiya etmək olar, lakin heç bir təsirli cavab verilməyəcək. Ardınca Amerika Prezidenti Ukrayna trekində kobud davranmağa başlayacaq və bizim qarşımızda sülh razılaşması üçün açıq-aydın yerinə yetirilməyəcək şərtlər qoyacaq. Və hər şey Amerika ordusunun təmas xəttində yerləşməsi ilə başa çatacaq, “Tomaqavk” daşıyanlar Qara dənizə girəcək…”

Bunu Rusiya “Z ictimaiyyətinin” ən tanınmış simalarından olan “hərbi müxbir” Aleksandr Kots Rusiya tankerlərinin Atlantik okeanında ABŞ tərəfindən ələ keçirilməsi ərəfəsində yazıb.

Bu, Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, ABŞ-nin Rusiya “kölgə donanması” tankerlərini “ovlamaq” qərarının Moskvanı çaş-baş salmasının təzahürüdür. Özü də bu çaşqınlıq təkcə “Z ictimaiyyəti”nin deyil, rəsmi şəxslərin açıqlamalarında da sezilir.

“Atlantik okeanında Rusiyanın “Marinera” neft tankerinin ələ keçirilməsi Vaşinqtonun beynəlxalq hüquqdan tamamilə imtina etdiyini və öz oyun qaydalarını müəyyən etdiyini göstərir”.

Bu fikri isə Rusiya Qara dəniz Donanmasının keçmiş komandanı və Rusiya Dövlət Dumasının deputatı admiral Vladimir Komoyedov “News.ru”-ya verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ABŞ-nin hərəkətləri ölkələr arasında gələcək münasibətlərin qurulması ehtimalını şübhə altına alır.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə deyib: “Rusiya bayrağı altında üzən gəmi bizim torpağımızın bir hissəsi ilə eynidir. Ona görə də amerikalıların buna niyə ehtiyacının olduğunu bilmirəm. Həmçinin, orada bir Rusiya sualtı qayığı üzür və yaxınlıqda təyyarələr var. Hadisə o qədər də xoş deyil. Düşünürəm ki, diplomatlar hazırda razılığa gəlməyə çalışırlar. Üstəlik, kəşfiyyat orqanları işləyir və ABŞ ilə Rusiya arasında rabitə kanalları var. Amma yenə də toqquşmadan qaçmalıyıq, çünki bu, çox təhlükəlidir”.

Ağ Evin mətbuat katibi Kerolin Levitt isə deyib ki, Atlantik okeanında saxlanılan “Marinera” tankerinin heyəti federal qanun pozuntuları ilə bağlı məhkəməyə verilməsi üçün ABŞ-yə gətirilir: “Bu səhər Şimali Atlantikada müşahidə olunan tankerin saxlanılması federal məhkəmə qərarına əsasən həyata keçirilib. Bu gəmi sanksiyaları pozaraq neft daşıyan “kölgə donanmasının” bir hissəsidir. ABŞ və Prezident Donald Tramp buna dözməyəcək”.

Ardınca, Ağ Ev rəsmisi diplomatik dildə Kremli ələ salmağa bərabər açıqlama verib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp, Vaşinqtonun Venesuelaya qarşı hərəkətlərinə və Rusiya tankerinin ələ keçirilməsinə baxmayaraq, rusiyalı həmkarı Vladimir Putinlə “yaxşı şəxsi münasibətləri” saxlaya biləcəyinə inanır.

Levitt həmçinin ABŞ Prezidentinin “Güc vasitəsilə sülh” prinsipinə əsaslanan sərt xarici siyasət yürütməyə davam etmək niyyətində olduğunu açıq şəkildə bildirib: “Bu gəminin ələ keçirilməsində söhbət qanunsuz neft daşıyan “kölgə donanmasının” bütün gəmilərinə embarqo tətbiq etməkdən gedir… Yalnız qanuni ticarətə icazə veriləcək və ABŞ bu məsələ ilə bağlı qərarlar qəbul edəcək”.

Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası məhz bu siyasəti həyata keçirir və Donald Tramp bundan imtina etmək niyyətində deyil.

Bütün bunlar ABŞ-nin Rusiyanın “kölgə donanması”na qarşı açıq müharibə elan etməsi kimi başa düşülür. Göründüyü kimi, bu müharibənin ilk döyüşündə Tramp Putin üzərində açıq qələbə qazandı. Rusiyanın Atlantik okenanına sualtı qayıq və hərbi gəmilər, təyyarələr göndərməsinə, ABŞ-yə tankeri sərbəst buraxmasına dair müraciət etməsinə baxmayaraq, o, həbs olundu. Tramp göstərdi ki, yeri gələndə “Putinin nazı ilə oynamaq” fikrində deyil.

Bu presedent Rusiyanın öz ticarət gəmilərini neytral sularda qorumaq üçün real qabiliyyətə malik olmadığını da göstərdi. Eləcə də digər ölkələrdən olan gəmilərə Rusiya qeydiyyatının verilməsinin mənasız olduğunu ortaya qoydu. Çünki Rusiya bu gəmiləri qoruya bilmir…

Bu proses əgər daha da genişlənərsə, təbii ki, Rusiyanın neft gəlirlərinə ciddi təsir edəcək, çünki Rusiya neftinin əhəmiyyətli hissəsi “kölgə donanması” tərəfindən daşınır. Digər ynadan, bu hadisənin özü Putinə təzyiqin bir parçası və Tramp-Putin münasibətlərində “yeni mərhələ” sayıla bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Prezidenti xarici və yerli investorları süni intellekt sahəsinə investisiya qoymağa dəvət edir
Next: Yükdaşıma və ərzaq qiymətləri bahalaşacaq – İqtisadçı

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.