Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 9
  • “Güney azərbaycanlılar gözləsələr, mənfi nəticələri olar…” – “İranda geridönüşü olmayan proseslər başlayıb”

“Güney azərbaycanlılar gözləsələr, mənfi nəticələri olar…” – “İranda geridönüşü olmayan proseslər başlayıb”

admin 09/01/2026
elxan-ş

 

Elxan Şahinoğlu: “Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək”

“Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər”.

Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Ekspert xatırladır ki, dünəndən etibarən Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb və bu, təsadüfi deyil: “Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın digər şəhərlərində səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarlarının məntiqini ABŞ-ın siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan güneylilərin səsini də eşitməlidir”.

Politoloq bildirir ki, İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var.

Onun sözlərinə görə, bununla belə cin şüşədən çıxıb və son etirazlar göstərir ki, İranda geri dönüşü mümkün olmayan proseslər başlayıb: “Amerikalı ekspertlərdən biri Rza Pəhləvinin İran əhalisinin 35 faizinin dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmi nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki, İran əhalisi arasında “Siz Rza Pəhləvini dəstəkləyirsinizmi” sualıyla sorğu keçirmək mümkün deyil. Buna baxmayaraq, İranda Pəhləvi dövrünün həsrətiylə yaşayanların varlığını özüm də müşahidə etmişəm. İillər öncə Tehranda ikən söhbət etdiyim yerli vətəndaşların bir qismi, o cümlədən taksi sürücülərinin Pəhləvi haqqında müsbət fikirlər söylədiyini dinləmişəm. Halbuki, Pəhləvi rejimi indiki rejimdən İranda yaşayan xalqları az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq. Qərbdə molla rejiminin alternativi kimi Rza Pəhləvini qəbul edirlər. O son dərəcə fəaldır. İranda 2023-cü ildə etirazlar olanda da Rza Pəhləvi fəallaşmışdı. O əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münhen Təhlükəsizlik Konfransına dəvət almışdı”.

E.Şahinoğlu vurğulayır ki, bütün hallarda İranda yaşayan azərbaycanlılar üçün Rza Pəhləvinin indiki molla rejimindən fərqi yoxdur. Ona görə də azərbaycanlılar Rza Pəhləvinin hakimiyyətə qaytarılmasını istəmirlər.

“Rza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə demokratik seçki keçirəcək. Ancaq azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşahidə olunacağı, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq”, – ekspert yekunlaşdırıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp ABŞ-ın Ukraynanı müdafiə etməyə hazır olduğuna eyham vurdu: “Rusiya hücum etməyəcək”
Next: Baş prokurorluq və Maliyyə Nazirliyinə müraciət

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.