Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • Nəsimi rayonuna iki ay başçılıq edə bilməyən Elxan İbrahimov üç ildə Kürdəmirdən nə qədər yığa bilib

Nəsimi rayonuna iki ay başçılıq edə bilməyən Elxan İbrahimov üç ildə Kürdəmirdən nə qədər yığa bilib

admin 12/01/2026
icra-elxan

 

“Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir” 

Bunlar Prezident İlham Əliyev 2025-ci ilin noyabrın 12-də bir sıra rayonlara yeni icra başçısı təyin olunmaları ilə əlaqədar qəbul zamanı deyib.

Lakin bundan heç iki ay keçməmiş Prezident İlham Əliyev sözügedən qəbulda Nəsimi rayon İcra Hakimiyyətinə başçı təyin etdiyi Elxan İbrahimovu vəzifəsindən azad etdi.Yəni, Elxan İbrahimovun Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyəti cəmi 47 gün sürdü.

Medianın həmin dövrdə yaydığı məlumata görə Elxan İbrahimov rayon ərazisində bərpa-quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, Rayon İcra Hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşları işdən çıxarıb.  Hətta Elxan İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə, Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı görəvəzifəsindən azad edilib.

Xatırladaq ki, Elxan İbrahimov Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Maraqlıdır, Nəsimi rayonunda İcra başçısı vəzifəsinə başlar, başlamaz sahibkarlardan pul tələb edən Elxan İbrahimov Kürdəmirdə İcra Hakimiyyətini necə idarə edib?

Aktualinfo.net bu istiqamətdə kiçik bir araşdırma aparıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Elxan İbrahimovun başçısı olduğu Kürdəmir rayon İcra Hakimiyyəti 2022-2025-ci ildə rayon ərazisində bir sıra işlərin görülməsinə böyük miqdarda dövlət əsaiti xərcləyib. Onlardan diqqət çəkən bəzi tenderrləri nəzərinizə çatdırırıq.

Kürdəmir rayon İcra Hakimiyyəti bücədənkənar vəsait hesabına Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri işləri üzrə 26.08.2025-ci ildə “MUĞAN-KİTT ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 201.415,58 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Kürdəmir rayon İcra Hakimiyyətinin 2025 ci il üçün təsdiq olunmuş büdcə vəsaiti hesabına abadlıq işərinin satın alınması üzrə 10.07.2025-ci ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 300.625,47 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonundan keçən hissəsində yerləşən fərdi yaşayış evlərində büdcədən kənar vəsait hesabına görüləcək abadlıq işləri üzrə 30.10.2024-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.677,92 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunundan keçən (163-209-cu km), 46 km uzunluqda olan hissəsində büdcə vəsaiti hesabına abadlıq işləri üzrə 11.09.2024-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.677,92 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Büdcə vəsaitləri hesabına abadlıq işlərinin satın alınması üzrə 29.01.2024-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 118.992,47 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Kürdəmir şəhəri, Aran qəsəbəsi və Gənc Heydərçilər parkında görüləcək abadlıq işlərinin satın alınması üzrə 07.12.2023-cü ildə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 615.631,79 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Elxan İbrahimov Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 1 459 340 manat olan beş satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə  “MALA.AZ”  (VÖEN: 1006542391) Məhdud Məsuliyyətli Cəmiyyəti 02.07.2020-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov 9-cu mkr,ev.10, m.16-da yerləşir. MMC-nin qanuni təmsilçisi Müzəffərov Tural Fərrux oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Ağayev Səməd Niyazi oğlu olub.

Onu xüsusilə vurğulamaq istərdik ki, “MALA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ildə dövlət qeydiyyatına alınsa da Kürdəmir rayon İcra Hakimiyyətindən başqa heç bir dövlət qurumunun keçirdiyi satınalmalarda iştirak etməyib. MMC ancaq Elxan İbrahimovun sözügedən rayona rəhbərliyi dövründə tenderlərin qalibi olub. Bu isə MMC-nin birbaşa Elxan İbrahimova bağlı oldugunu deməyə ciddi əsaslar verir.

Bunlardan əlavə Elxan İbrahimovun başçılığı dönəmində Kürdəmir rayon İcra Hakimiyyəti daha bir neçə şübhəli satınalmalar həyata keçirib.

Kürdəmir Rayonu İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkili xidmətlərinin və tədbir üçün lazım olan hədiyyə mallarının satınalınması üzrə 05.05.2025-ci ildə “AZƏRBAYCAN MENECMENT VƏ İNVESTİSİYA KORPORASİYASI” QSC ilə 88.098,8  manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tədbirlərin təşkili üçün hədiyyə mallarının alışı və bir sıra xidmətlərin təşkilinin satın alınması üzrə 11.09.2024-cü ildə “PREMYER PRODAKŞİN” MMC ilə 96.265 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tədbirlərin təşkili xidmətlərinin satın alınması üzrə  25.05.2023-cü ildə “UNİVERSAL BUSİNESS CORPORATİON” MMC ilə 91.985,54 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Kürdəmir Rayonu İcra Hakimiyyətinə tədbirlərin təşkili xidmətlərini göstərən “AZƏRBAYCAN MENECMENT VƏ İNVESTİSİYA KORPORASİYASI” QSC təsisçisi Emin Fazil oğlu Əliyevlə “UNİVERSAL BUSİNESS CORPORATİON” MMC-nin qanuni təmsilçisi Əliyeva Günel Fazil qızı bacı- qardaşdırlar. Bu da öz növbəsində Elxan İbrahimovun başçılıq etdiyi Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən satınalmaların bir nəfərin idarə etdiyi şirkətlərə həvale edildiyini deməyə əsalar verir.

Göründüyü kimi Elxan İbrahimovun başçılığı dönəmində Kürdəmir İcra Hakimiyyəti rayonda yolların əsaslı təmiri və abadlıq işlərini yalnız bir şirkətlə həvale etmiş, tədbirlərin təşkili xidmətlərini isə bir nəfərə məxsus bir neçə şirkətə vermişdir.Təbii ki, bütün bunlar Elxan İbrahimovun göstərişi ilə olmuşdur. Bu satınalmalardan həmin şirkətlər Elxan İbrahimova nələr qaytarıb, araşdırılsa ortaya çıxar.

Nəsimi rayonunun İcra  başçısı kimi cəmi 47 günə sahibkarlardan yüzminlər tələb edən Elxan İbrahimovun Kürdəmirdəki üç illik fəaliyyətində nələr topladığını elə bunlardan da təxmin etmək olar.

 

Aktualinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “İrandan zəng gəldi, danışıq istəyir” – Tramp isə güc variantını nəzərdən keçirir
Next: Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.