Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • Hesablama Palatası: “Təmiz Şəhər”dəki auditin nəticələri icra edilməyib

Hesablama Palatası: “Təmiz Şəhər”dəki auditin nəticələri icra edilməyib

admin 13/01/2026
audit-esas

 

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” ASC təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə 2024-cü ildə aparılmış səmərəlilik auditi zamanı aşkar edilmiş bir sıra nöqsanlar bu günədək aradan qaldırılmayıb.

Bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Auditin nəticələrinə əsasən, təhlükəsiz tullantıların hərəkətində hüquqi tənzimləmənin və idarəetmənin təkmilləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr üzrə 2024-cü ilin əvvəlinə formalaşmış 978,6 min manat məbləğində debitor (ödənilməmiş) borcun ödənilməsi üçün təsirli tədbirlər görülməyib.

Bununla yanaşı, ASC-nin fəaliyyətə başladığı dövrdən 01.01.2024-cü ilə qədər olan maliyyə əməliyyatları nəzərə alınmaqla nizamnamə kapitalının 126,6 milyon manat artırılaraq 135,7 milyon manata çatdırılması prosesi tamamlanmayıb.

Eyni zamanda, 2021, 2022 və 2023-cü illər üzrə maliyyə hesabatlarının tərtib edilərək aidiyyəti üzrə təqdim edilməsi və dərc olunması da təmin edilməyib.

Audit zamanı dövlət əmlakının uçotunda da nöqsanlar aşkarlanıb. Belə ki, kapitallaşdırma və amortizasiya məbləğlərinin uzunmüddətli aktivlər üzrə ayrı-ayrılıqda uçota alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməyib.

Hesabatda Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Mingəçevir, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı birliklərinin 2021–2023-cü illər üzrə maliyyə hesabatlarının təqdim və dərc edilmədiyi də qeyd olunub.

Bundan başqa, Sumqayıt şəhərində “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə məxsus 110 hektar ərazidə yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunun kənar hüquqi şəxslərin istifadəsinə verilməsi nəticəsində iqtisadi səmərənin itirildiyi, lakin bu prosesin hüquqi aktların tələblərinə uyğunlaşdırılmadığı bildirilib.

Audit sənədlərində dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış uzunmüddətli aktivlər, o cümlədən yükdaşıyan nəqliyyat vasitələri üzrə amortizasiya xərcinin illik normasının 40 %-ə qədər məhdudlaşdırılması və nizamnamə kapitallarının uyğunlaşdırılması ilə bağlı tədbirlərin də 2024-cü ildə aparılmış yoxlamaya baxmayaraq icra edilmədiyi vurğulanır.

Sadalanan bütün nöqsanlar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsindədir.

PAYLAŞIN:

Continue Reading

Previous: Hesablama Palatası: Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb
Next: Resepti artıq həkim yox, süni intellekt yazır – Bizi nələr gözləyir?

OXŞAR MÖVZULAR

suni_intellekt (1)

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib

admin 21/04/2026
balıq

Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO

admin 21/04/2026
azsinaq1.JPG__1_

Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.