Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • Ruslar İranı satacaq, Çin müdafiə etməyəcək – ABŞ-İran toqquşması artıq qaçılmaz görünür

Ruslar İranı satacaq, Çin müdafiə etməyəcək – ABŞ-İran toqquşması artıq qaçılmaz görünür

admin 13/01/2026
çin-iir-rus

 

İranda baş verən hadisələr bu ölkənin daxili məsələsi olmaqdan çıxaraq, daha çox qlobal müstəvidə gedən mübarizəyə dönüşüb. Hazırda teokratik rejim həyatda qalmağa çalışır, çünki əks halda, azca büdrəsələr, ruhanilərin və onların xidmətçilərinin müqəddəratı qorxulu sonluqla yekunlaşacaq.

İranda uzun illər ərzində dövlət idarəetmə strukturu şaquli istiqamətdə bilərəkdən elə qurulub ki, rejimin çökməsi İslam İnqilab Keşikçilər Korpusu (SEPAH) başda olmaqla təhlükəsizliyə cavabdeh olanların şəxsi faciəsinə çevrilsin. Ona görə də İran şəhərlərində nümayişçilərə divan tutanlar öz gələcək aqibətlərini könüllü surətdə lap əvvəldən ayətullahların avantürasına, fitvasına qurban vermişlərdir. İndi onların özünüqoruma instikti işə düşüb və geri çəkiləcək yerləri yoxdur.

İranda idiyədək çox sayda kütləvi nümayişlər olub və həmişə də bunun sonu etirazların qəddarcasına yatırılmasıyla bitib. Ancaq indi vəziyyət fərqlidir. ABŞ son 80 ildir ki, dünya çapında bu cür fəallıq göstərməyib və Vaşinqton İranda rejim dəyişilməsini planlayır. İran rəhbərliyi ABŞ Prezidenti Trampın nümayişçilərə atəş açılacağı təqdirdə onlara qarşı hərbi müdaxilə həyata keçirəcəyi xəbərdarlığına təhdidlərlə cavab versə də, heç də illüziyaya qapılmayıblar. Onlar ABŞ ilə qarşıdurmanın xoşagəlməz ssenariyə doğru gedəcəyini hiss edirlər. Bu baxımdan gərginliyi yumşaltmaq üçün Ağ Evlə əlaqə də qurublər. Belə ki, Trampın söylədiyinə görə, İran rəhbərliyi danışıqlar aparmaq istəyir.

Tramp ABŞ-nin maraqlarına zidd gələn əngəlləri ortadan qaldırmaq niyyətindədir. Sözsüz ki, Trampın qlobal geostrateji planına 47 ildir ki, Ağ Evlə düşmənçilik aparan İran rejiminin çökməsi də daxildir. Beynəlxalq KİV-lərin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens İrana zərbə vurmamışdan əvvəl onlarla danışqlar aparılmasını təklif edir, Dövlət Departamentinin rəhbəri Marko Rubio isə dərhal zərbələr endirilməsini istəyir. Digər tərəfdən, unutmayaq ki, respublikaçıların öncül nümayəndəsi senator Lindsi Qrem “Ayətullahlar, anlamalısınız, əgər daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək” ifadəsini təsadüfən səsləndirməyib. Nə edəcəyi proqnozlaşdırılmayan Trampın İrana aviazərbələr vurulması qərarını nə zaman verəcəyi hələ bəlli deyil. Amma Tramp iqtisadi cəhətdən İranı məngənədə boğmaq fikrindədir. O, qərar verib ki, İranla ticarət aparan bütün ölkələr ABŞ- ilə ticarətlərindən 25 faiz gömrük rüsumu ödəyəcəklər. Beləliklə, təhlükənin yaxınlaşdığını anlayan İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin mümkün hücumlarını nəzərə alaraq, fövqəladə vəziyyət rejimində çalışacaq xüsusi müqavimət qrupunun yardılmasına göstəriş verib. Həmin qrupa müdafiə şurası üzvləri, SEPAH rəhbərliyi, hərbi qərargah rəisləri və kəşfiyyat rəhbərləri daxil olacaq.

ABŞ-İran toqquşması artıq qaçılmaz görünür və İrandakı mövcud rejimi əzmək üçün Ağ Ev bütün vasitələrdən istifadə edəcək. İran rejiminin ictimai dayaqları sarsılıb və xalq rejim uğrunda mücadilə etməyəcək. Ölkə daxilində səfalət və korrupsiyanın tüğyan etdiyini görən İran xalqı ruhanilərin apardığı avantürist xarici siyasətdən və onların islam dininin mərhəmət və ədalət prinsiplərini öz məqsədləri naminə istismar etmələrindən təngə gəlib. İranın teokratik rejimi Fələstin təəssübkeşliyi adı altında Livandakı “Hizbullah” silahlı qruplaşmasını, HƏMAS-ı, Suriyada Bəşər Əsədi, Yəməndə husiləri dəstəkləməklə, şiəliyin yanlış istiqamətdə siyasiləşdirilməsi üzərindən Yaxın Şərq bölgəsində böyük təsir gücünə yiyələnmək istəyib.

Görəsən, mollalar ölkənin böyük resurslarını bu cür marjinal qüvvələrə və mənasız işlərə sərf etməklə İsrailin yer üzündən silinməsinə və dünya imperializminə qarşı mübarizə ideyasını həyata keçirərəkən, buna güclərinin yetə biləcəyini hesablayıblarmı? Hələ bunlar azmış kimi, İran liderləri öz təsir dairələrini Yaxın Şərqlə məhdudlaşdırmaq istəməyiblər və qlobal səviyyədə oynamaq üçün Rusiya və Çinin tərəfdaşı olmaqla təhlükəli geostrateji mübarizəyə qərar veriblər. Təxminən son 15 ildir ki, İran Rusiya ilə strateji əməkdaşlıq yolunu tutub. Maraqlıdır ki, Kreml Suriyada İranı tək qoyub qaçmaqla və İsrailin İrana endirdiyi zərbələrə seyirçi qalmaqla öz xislətini göstərsə də, teokratik rejim bundan nəticə çıxarmadı. Heç şübhəsiz ki, Rusiya kritik məqamda İranın arxasından çəkiləcək.

Rusiyanı özünə müttəfiq edib, ona ümid bəsləyən mollalar strateji səhvə yol verdiklərini hələ də anlamırlar. Moskva İranın ağır günündən fürsət kimi istifadə edərək onu ortada qoyub, aradan çıxacaq. Hazırda Rusiyaya məxsus yük təyyarələri Tehrana tez-tez eniş edirlər. Onlar Tehrana nə daşıya bilərlər? Silah baxımından ruslar İrana yalnız Hava Hücumundan Müdafiə sistemləri yollaya bilərlər. Ancaq Rusiya sistemləri ABŞ-nin zərbələrinə qarşı səmərə verməyəcək.

Venesuelanın itirilməsi və ABŞ-nin Rusiya neft tankerlərini ələ keçirməsi Kremlin qlobal siyasi ambisiyalarına ciddi zərbə vurub. Ukraynada müharibə aparan Rusiyanın İrana edə biləcəyi hərbi dəstək dönüş yaradacaq səviyyədə ola bilməz. Bəzi politoloqların fikrincə, Rusiya təyyarələri İrandan qızıl daşıyırlar. Onda belə anlaşılır ki, rejim qızılların Moskvadan bir daha geri qaytarılmayacağından ehtiyat etmir? Deməli, rejim mənsubları ən kritik vəziyyətlərə, yəni qaçmağa da hazırlaşırlar.

Ümumiyyətlə, İranda rejim dəyişilməsi nəinki Kremlin nüfuzuna zərbə vuracaq, eyni zamanda ona yaxınlıq edən ölkələr Putinin ikili oyun oynadığı şübhəsinə düşəcəklər. Nəticədə, Moskva öz etibarını daha da itirəcək və bundan sonra kiminsə ona inamı qalmayacaq.

Çinin İran uğrunda ABŞ ilə münaqişəyə girişməsi inandırıcı deyil, Pekin Venesueladan ABŞ-yə qarşı istifadə etməyə çalışırdı və hətta bu ölkəyə 70 milyard dollar pul yatırmışdı, ancaq faydası olmadı. Pekin, İranın yanında olacağı barədə gurultulu bəyanatlar sələndirməsinə baxmayaraq, ABŞ ilə toqquşmağa cürət etməyəcək. ABŞ İranda rejim dəyişkiliyinə müvəffəq olarsa, Çinin Yaxın Şərqə müdaxilə imkanı sıfırlanacaq. Çin üçün əsas prioritet geostrateji məkan Uzaq Şərq və Hind-Sakit okean hövzəsidir. Ona görə də daxildə ictimai dayağı getdikcə laxlayan İran qlobal mübarizədə müttəfiqsiz qalacaq.

İrandakı ruhanilərin ən böyük tarixi səhvi onların dünyanın siyasi-iqtisadi modelinin necə və hansı prinsiplər əsasında qurulduğunu bilmədiklərindən irəli gəlir. Dini fanatizmlə yoğrulmuş İran rejimi ölkəni düşdüyü çox ağır vəziyyətdən xilas etməyə qadir deyil. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
Next: İcbari Tibbi Sığorta Agentliyinin göndəriş oyunbazlığı – “Sən pulu ödə, həkimi biz seçəcəyik”

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.