Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 14
  • Xarici dövlət borcunun artırılırması zamanı nədən ehtiyatlı olmalıyıq?

Xarici dövlət borcunun artırılırması zamanı nədən ehtiyatlı olmalıyıq?

admin 14/01/2026
dollars

 

Pərviz Heydərov yazır…

Ölkəmizin dövlət borcunun real səviyyəsi nəyinki heç bir təhlükə xarakteri daşımır, kənar maliyyə və iqtisadi dairələr üçün ən cəlbedici göstəricilərdən sayılır. Odur ki, kredit reytinqimiz də yüksək qiymətləndirilir.

2025-ci il dekabrın 1-nə ümumi dövlət borcumuzun həcmi 25 milyard 272.7 milyon manat olub ki, bu, ötən il üzrə proqnoz edilən ÜDM-in 19.5%-i demək idi. Bunun 8 milyard 195.2 milyon manatı xarici, 17 milyard 77.5 milyon manatı daxili dövlət borcunun payına düşüb. Xarici dövlət borcu 4 milyard 820.7 milyon ABŞ dolları ekvivalentində olub ki, bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6% azalmış sayılır.

Diqqəti cəlb edən əsas məsələ odur ki, daxili dövlət borcu da 17 milyard 77.5 milyon manat təşkil etməklə 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyard 582.2 milyon manat və ya 8.5% azalıb. Qeyd edim ki, son illər ərzində borclanma üzrə götürülən yeni strategiya xəttinə görə isə daxili dövlət borcu durmadan artırdı.

Xarici dövlət borcunun artırılırması zamanı nədən ehtiyatlı olmalıyıq?

Ümumiyyətlə, dövlətin borclanmasında bu cür azalma məlum olduğu kimi, bilavasitə ölkə başçısının illər öncə hökumətdən tələbinin nəticəsidir. 24 avqust 2018-ci il tarixli 424 nömrəli Sərəncamla “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiqlənmişdi. Sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya məqsəd olaraq qoyulmuşdu.

2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması, 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü. Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirməklə ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək planlaşdırılmışdı.

Yeri gəlmişkən, həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20.3% təşkil edirdi ki, 2023-cü ilin əvvəlinə bu rəqəm 2.5 dəfə azaldılaraq artıq, 8.6%-ə salınmışdı. 2024-cü ilə isə 8.9%-ə… Hazırda isə yuxarıda qeyd etdiyim son rəqəmlərə əsasən 6%-in bir qədər üstündə təşkil edir.

2022-ci ilin 30 dekabr tarixində isə “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edildi ki, bu sənəddə isə qarşıya daha yeni hədəflər qoyuldu.

Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz olaraq saxlanılmaqla, 2022-2025-ci illər üçün dövlət borclanmasının idarəedilməsinə dair yeni çərçivə müəyyən olundu və 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülmüş oldu.

Başqa sözlə, yeni strategiya da əvvəlkində müəyyən olunduğu kimi yalnız, yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri, görüləcək işləri əhatə etmiş sayılır.

Ona görə də Prezident yerli telekanallara müsahibəsində xatırlatdı ki, bir neçə il öncə mən xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. “Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik”, – deyə dövlət başçısı vurğulayıb.

Bütün bu qeyd olunanlar fonunda narahatlıq doğuran bir məqam var. Məsələ bundadır ki, bu il xarici dövlət borcu artırılacaq. Yəni, ötən ilin əvvəlindən də məlum idi ki, ölkəmiz xarici borclanma kursunu, yəni bu sahədə siyasətini tezliklə əks, artıma doğru dəyişəcək.

Belə ki, ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda duran bir sıra məsələlərlə əlaqədar müvafiq maliyyə tələbləri dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Odur ki, xaricdən borc alışının indiyədək olanın əksinə olaraq, artırılması tələb olunur.

“Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik. Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik”, – deyə dövlət başçısı nəzərə çatdırıb.

2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) iki milyard manat, xarici isə altı milyard manat olacaq. Bu rəqəmlər, 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71.4% çox təşkil edir.

Xarici borclanmanın artırılması əlbəttə problem deyil, yəni burada qeyri-adi heç nə yoxdur. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə desəm, dövlətin aldığı daxili və xarici borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi var.

Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır.

Məsələn, 2026-cı il üzrə dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457.6 milyon manat vəsait ayrılıb. Bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat civarında çoxdur.

Hesablama Palatası “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə də məhz yuxarıda qeyd etdiyim narahatedici məqama toxunmuşdur ki, xaricdən borc alınmasının artırılması planı və tendensiyası ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans qorxusu mütləq nəzərə alınmalıdır. Palata qeyd olunan disbalansın borca xidmət xərclərinin fiskal yükdə payını artıraraq, manevr imkanlarını məhdudlaşdıra və prioritet xərcləri maliyyələşdirməyə mənfi təsir yarada biləcəyi qənaətindədir.

Belə ki, “2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə gəlir və xərclərin proqnozu” və dövlət borcunun ortamüddətli dövr üzrə göstəricilərinin təhlili bir sıra fiskal risklər ortaya çıxarır. O səbəbdən ki, ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə ilə müqayisədə təqribən 25%-ə qədər yüksələcəyi halda, dövlət büdcəsinin gəlirləri cəmi 1.5 milyard manat və yaxud 3.9% artacaq.

Odur ki, dövlət borcu məsələsində biz, bundan sonra bəlkə də daha ehtiyatlı olmalıyıq./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya hələ də müharibəni seçir: “Foreign Affairs” Putinin yeni strategiyasını izah etdi
Next: Sənədsiz evlər üçün “əmlak amnistiyası” nə vəd edir?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.