Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 14
  • Zəngəzur dəhlizindən gediş-gəliş necə olacaq? – “Əsas suallar hələ açıq qalır…”

Zəngəzur dəhlizindən gediş-gəliş necə olacaq? – “Əsas suallar hələ açıq qalır…”

admin 14/01/2026
ferhad-polit1

 

“Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibinin qəbul etdiyi TRIPP-in icra proqramı hüquqi baxımdan öhdəlik yaradan sənəd deyil və daha çox siyasi mesaj xarakteri daşıyır”.

Bunu politoloq Fərhad Məmmədov Mirzoyan-Rubio görüşünün nəticələrini şərh edərkən bildirib.

Ekspert xatırladır ki, sənədin preambulasında açıq şəkildə qeyd olunur: bu çərçivə proqramı nə ABŞ, nə də Ermənistan üçün hüquqi öhdəlik nəzərdə tutmur. Bu isə Zəngəzur dəhlizindən gediş-gəlişi təmin edəcək TRIPP layihəsinin konkret icra mexanizmlərindən çox, onun mümkün konturları və danışıqların istiqaməti barədə mesaj verdiyini göstərir.

Fərhad Məmmədov bildirir ki, sənəddə artıq razılaşdırılmış məqamlarla yanaşı, ciddi suallar doğuran müddəalar da yer alır. Əsas sual isə dəyişməz qalır: Ermənistanın suverenliyinin tanınması şərti ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz tranzit hansı formada təmin olunacaq?

Maneəsiz tranzit və suverenlik dilemması

Politoloqun sözlərinə görə, sənədin ilk bölməsində TRIPP proqramının Ermənistan ərazisində “suverenliyə, ərazi bütövlüyünə və yurisdiksiyaya hörmət əsasında maneəsiz multimodal tranzit” təmin etməyi hədəflədiyi qeyd olunur. Lakin bu iki anlayışın – maneəsizlik və tam suveren nəzarətin necə uzlaşdırılacağı açıq qalmış əsas məsələdir.

“Uğura sadiqlik” bölməsində Azərbaycanla Naxçıvan arasında hər iki istiqamətdə şəxslər, nəqliyyat vasitələri və yüklər üçün fərqləndirilmiş prosedurların yaradılmasının nəzərdə tutulduğu vurğulanır. Bununla belə, bu prosedurların tam şəkildə Ermənistan qanunvericiliyi, normativ aktları və beynəlxalq sazişlər əsasında həyata keçiriləcəyi açıq şəkildə qeyd edilir.

Fərhad Məmmədov diqqətə çatdırır ki, sənəddə Ermənistanın layihə ərazisi üzərində suverenliyinə dəfələrlə istinad olunur. Buraya məhkəmə yurisdiksiyası, hüquq-mühafizə funksiyaları, sərhədçilərin və gömrük əməkdaşlarının fiziki iştirakı, gömrük və sərhəd nəzarətinin tam şəkildə Ermənistan dövlət qurumları tərəfindən icrası daxildir.

Ekspertin sözlərinə görə, sənəd “TRIPP Development Company” adlı amerikan-erməni birgə şirkətinin yaradılmasını nəzərdə tutur. İlk 49 il ərzində şirkətin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi Ermənistana məxsus olacaq. Sonrakı 50 ildə Ermənistanın payı 49 faizə qalxsa da, nəzarət paketi ABŞ-də qalacaq və şirkət amerikalı-erməni statusunu saxlayacaq.

Şirkət layihənin tikintisi və idarə olunmasına cavabdeh olacaq. Maraqlı məqamlardan biri isə odur ki, təhlükəsizlik sisteminin təmin edilməsi Ermənistan qanunvericiliyinə uyğun şəkildə həyata keçiriləcək.

“Front-ofis” və “back-ofis” modeli

Fərhad Məmmədov hesab edir ki, sənədin maneəsiz tranzit baxımından ən vacib hissəsi “front-ofis” və “back-ofis” mexanizmidir. “Front-ofis”də “TRIPP Development Company” fəaliyyət göstərəcək, “back-ofis”də isə Ermənistanın dövlət strukturları işləyəcək. Proses maksimum rəqəmsallaşdırılacaq, məlumat mübadiləsi elektron sistemlər vasitəsilə aparılacaq.

Lakin “back-ofis”in səlahiyyətləri ciddi suallar yaradır. Sənədə əsasən, Ermənistanın gömrük və sərhəd xidmətləri aşağıdakı bütün suveren funksiyaları icra edəcək:

-yekun gömrük qərarları və icazələr

-təhlükəsizlik yoxlaması və nəzarət

-immiqrasiya nəzarəti

-hüquq-mühafizə tədbirləri

-icazə və autorizasiyalar

-yoxlama və baxış prosedurları.

Eyni zamanda sənəddə açıq şəkildə qeyd olunur ki, “front-ofis” operatorları yalnız təminedici funksiyanı yerinə yetirir, qərar qəbul etmir və suveren funksiyaların autsorsinqi istisna olunur.

Əsas sual hələ cavabsızdır

Politoloq Fərhad Məmmədovun qənaətinə görə, sənəd ümumi mənzərədə belə bir təsəvvür yaradır ki, Ermənistan öz suveren qərarı ilə Azərbaycan üçün ərazisindən maneəsiz tranzitə razılıq verir, bu prosesə isə amerikan-erməni şirkəti nəzarət mexanizmi kimi cəlb olunur.

Bununla belə, ekspert vurğulayır ki, maneəsiz tranzitin konkret mexanizmləri hələ tam detallandırılmayıb. Ən vacib sual isə bundan sonra yaranır: Azərbaycan bu sənədə necə reaksiya verəcək və Bakı bu məsələ ilə bağlı danışıqları hansı tərəflə – Ermənistan dövləti, yoxsa TRIPP şirkəti ilə aparacaq?

“Bu sualların cavabını yaxın gələcəkdə görəcəyik”, – deyə politoloq qeyd edir./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Hesablama Palatası: Qarabağda tikinti layihələrində artıq xərclər ixtisar edilib
Next: “ABŞ prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq” – Politoloq

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.