Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • “Azəridmanservis”də şübhəli satınalmalar davam edir – Hesablama Palatasının açıqlamasına əlavələr

“Azəridmanservis”də şübhəli satınalmalar davam edir – Hesablama Palatasının açıqlamasına əlavələr

admin 15/01/2026
genc-nazirl

 

Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi nəticəsində aşkar edilmiş bütün maliyyə pozuntuları və çatışmazlıqlar üzrə qərarların icra vəziyyəti açıqlanıb.

Hesabatda Gənclər və İdman Nazirliyi tərəfindən alınan idman geyimlərinə də toxunulub. Məsələn idman geyimlərinin alınması zamanı tutulmamış 4 545,7 manat vergi məbləği büdcəyə qaytarılıb. Alınmış, lakin paylanmamış 127 217,31 manat dəyərində idman geyimləri uçota götürülüb.

Audit nəticələrinə görə, “Azəridmanservis” MMC tərəfindən çatışmayan 1 751 698,59 manat məbləğində vəsait Nazirliyin bank hesabına tam şəkildə bərpa edilib.

Gənclər və İdman Nazirliyin “Azəridmanservis” MMC tərəfindən 2025-ci ildə keçirilmiş satınalmalara diqqət yetirsək nələr görmüş oluruq.

Üzgüçülük papaqlarının satın alınması üzrə 47.790 manat dəyərində müqavilə “A-SPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Müqavilənin şərtlərinə görə qalib şirkət “Azəridmanservis” MMC-ni 30.000 ədəd özəl logo və yazı təsvirli üzgüçülük papaqları ilə təchiz etməlidir.

Burada otuz min ədəd üzgüçülük papaqlarının harada istifadə olunacağı ümumiyyətlə Azərbaycanda nə qədər profesional üzgüçünün olması və “Azəridmanservis” MMC-nin bu papalaqları kimlər üçün alması barədə suallar qaranlıq qalır.

Bundan əlavə “Azəridmanservis” MMC tərəfindən idman geyimlərinin satınalınması üzrə 3.516.053,91 manat dəyərində müqavilə “JAY RUN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.09.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu ilə bağlanılıdığından göstərilən məbləğə nə kimi idman mallarının alınması barədə məlumat yoxdu.

Bəs “Azəridmanservis” MMC-nin üç milyon yarım manatdan çox dəyəri olan tenderdə qalib seçdiyi şirkət haqqında nə kimi məlumat var.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “JAY RUN” (VÖEN: 1507208761) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.05.2025-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, MİRZƏBALA ƏHMƏDZADƏ, ev.11, m.62, qanuni təmsilçisinin isə Məmmədov-Afaqi İbrahim Mehdi oğlu olduğu qeyd edilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “JAY RUN” MMC 2025-ci ilin may ayında yaradılıb. May ayında dövlət qeydiyyatına alınmış bir MMC ilə sentyabr ayında 3,5 milyon manat dəyərində müqavilə bağlanılması nə dərəcədə qanuni və məntiqidir.

Qeyd edək ki, bu halda qanun birmənbədən satınalma metodu tətbiq etməyə yol vermir. Çünki   “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, idman geyimlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. “Azəridmanservis” MMC-nin müqavilə bağladığı şirkət də satınalmadan dörd ay əvvəl yaradılıb və konkret təchizatçı olması barədə heç bir məlumat yoxdur.

Bundan əlavə “Azəridmanservis” MMC idman mallarının satın alınması üzrə bir müqavilə də “FM SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlatıb. Bu satınalmanın dəyəri 447.060,46 manat təşkil edib. Müqavilə 25.08.2025-ci ildə bağlanılıb.

Qəribədir ki, “Azəridmanservis” MMC-nin müqavilə bağladığı bu şirkət də satınalmanın təşkilindən bir il əvvəl yaradılıb. “Azəridmanservis” MMC-dən başqa heç bir satınalmalarda iştirakı olmayıb. Açıq mənbələrdə şirkətin barəsində heç bir məlumat yoxdu. yalnız Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin qanuni təmsilçisinin isə Quliyev Mikayıl Faiq oğlu olduğu göstərilir.

Mikayıl Quliyev Faiq oğlu, Azərbaycan Respublikasının sabiq Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini və Gürcüstanda Azərbaycan Respublikasının Səfiri Faiq Quliyevin oğludur.

Göründüyü kimi, Gənclər və İdman Nazirliyinə tabeli “Azəridmanservis” MMC tərəfindən 2025-ci ildə idmana mallarının və geyimlərinin alınmasına ümumi dəyəri 2 milyon manatdan çox olan dövlət vəsaiti xərclənib. “Azəridmanservis” MMC-nin satınalmaların təşkili zamanı yol verdiyi qanun pozuntuları açıq-aşkar görsənir və müqavilə bağlanılan şirkətlərin formal olduğunu təsdiq edir.

Qeyd edək ki, “Azəridmanservis” MMC-nin direktoru Həsən Hüseynovdu. Onun bu vəzifəyə 2023-cü ildə təyin oldunduğu bildirilir.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
Next: İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir – Hakan Fidan

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.