Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • “Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir

“Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir

admin 15/01/2026
vahid-meherrem

 

Son illərdə Azərbaycanda su qıtlığı və çayların səviyyəsinin azalması müşahidə olunur. Kənd təsərrüfatı və gündəlik həyat bundan ciddi şəkildə təsirlənir. Su ehtiyatlarının düzgün idarə olunması həyati əhəmiyyət daşıyır. Su qıtlığının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Gələcəkdə içməli su təchizatı təhlükə altına düşə bilərmi?

Məsələ ilə bağlı danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, Azərbaycanın illik su ehtiyatları hazırda 25 milyard kub metr təşkil edir. Halbuki əvvəlki illərdə bu göstərici 32 milyard kub metr olub. Ekspertin sözlərinə görə, su elədir ki, mahiyyət etibarilə yoxa çıxmır, lakin düzgün idarə olunmadıqda ciddi problemlər yaradır.

V.Məhərrəmli qeyd edib ki, son illər qlobal istiləşmə, yağıntıların azalması, qarın əvvəlki illərlə müqayisədə az yağması nəticəsində həm Kür, həm də Araz çaylarında suyun həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu prosesin Azərbaycana təsiri artıq açıq şəkildə hiss olunur: “Əgər indiki kimi təsərrüfatsızlıq davam edərsə, ölkəmizi çox ciddi problemlər gözləyir. Artıq istehsal azalır, məhsuldarlıq aşağı düşür və nəticədə xarici ölkələrdən idxal olunan məhsulların həcmi artır. Son 10 ildə ərzaq məhsullarının idxalı 2,2 dəfə artıb”.

Ekspert bildirib ki, bu problemlərlə bağlı dəfələrlə hökumətə konkret təkliflər irəli sürülüb, lakin hələlik real nəticə əldə olunmayıb: “Hakimiyyət suyun nə dərəcədə strateji əhəmiyyət daşıdığını dərk etməlidir. Suya yatırılan vəsait qısa müddətdə özünü doğruldur. Məsələn, Gürcüstan su ehtiyatlarının mənbəyində yerləşməsinə baxmayaraq, böyük su gölləri və anbarları inşa edib. Su bolluğu yarananda ehtiyat toplanır, yay aylarında isə həmin sudan istifadə olunur. Türkiyədə də eyni təcrübə tətbiq edilir – nəhəng su anbarları inşa edilib”.

V.Məhərrəmli vurğulayıb ki, Azərbaycanın relyefi yağış sularının toplanması üçün olduqca əlverişlidir: “Yağan yağış sularını xüsusi göllərə toplamaq mümkündür. Bu göllərdən suyun öz axını ilə təsərrüfatlara çatdırılması imkanları var. Biz hətta boru xətləri vasitəsilə suyun ötürülməsini təklif etmişdik ki, su itkisinin qarşısı alınsın. Hesablamalarımız göstərir ki, Azərbaycanın içməli su, suvarma və sənaye üçün real ehtiyacı 5 milyard kub metrdir. Halbuki ölkənin ümumi su ehtiyatı 25 milyard kub metrdir”.

Ekspert diqqətə çatdırıb ki, suyun keyfiyyəti də ciddi problem olaraq qalır. Onun sözlərinə görə, Gürcüstanda kanalizasiya və çirkab suları birbaşa Kür çayına axıdılır: “Bu suların tərkibində ağır metallar və insan sağlamlığı üçün zərərli maddələr var. Təəssüf ki, həmin sudan Azərbaycanda həm məişətdə, həm də bəzi hallarda içməli su kimi istifadə olunur”.

V.Məhərrəmli hesab edir ki, suvarma suyuna artan tələbat və ərzaq təhlükəsizliyi birbaşa bir-biri ilə bağlıdır: “Əgər Azərbaycan özünü ərzaq məhsulları ilə təmin edə bilməzsə, bu, çox ciddi sosial-iqtisadi problemlərə yol açacaq. Ərzaq təhlükəsizliyi yalnız məhsul istehsalı deyil, həm də içməli və suvarma suyuna olan tələbatın norma daxilində ödənilməsi deməkdir.

Su ehtiyatlarının səmərəli idarə olunması Azərbaycanın həm kənd təsərrüfatının inkişafı, həm də milli təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qaz pulu niyə artıb – Sayğaclar artıq yazır?
Next: Sosial mediada söyüş və çılpaqlığa qadağa – Etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk?

OXŞAR MÖVZULAR

mn-zakir2

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

admin 17/04/2026
ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.