Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Keçmiş məmur Səxavət Məmmədovun köhnə dostlarla yeni işbirliyi nələrdən xəbər verir

Keçmiş məmur Səxavət Məmmədovun köhnə dostlarla yeni işbirliyi nələrdən xəbər verir

admin 15/01/2026
sexavet-dş

 

Azərbaycan Dövlət Musiqili Teatrı bəstəkarı P.Axundova, libretto müəllifi Ə.Əmirlinin “Messenat” iki hissəli musiqili dram tamaşası üçün malların satınalınması üzrə 08.12.2025-ci ildə başladığı kotirovka sorğusu proseduruna yekun vurub. Müsabiqənin qalibi fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu seçilib və tərəflər arasında 59.898  manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 14.01.2026-ci ildə dərc edilib.

Qeyd edək ki, bu Dövlət Musiqili Teatrı fiziki şəxs Səxavət Məmmədov arasında bağlanan ilk müqavilə deyil.

Sözügedən teatr bəstəkarı C.Quliyev, libretto müəllifi Ə.Əmirlinin “Yeddi məhbusə anası” iki hissəli musiqili komediyası əsasında “Zal qızı Zalxa” adlı tamaşanın hazırlanması üçün malların satınalınması üzrə 08.12.2025-ci ildə başlanılmış kotirovka sorğusu üzrə də fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu ilə 22.160 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu məlumat isə satınalmaların portalında 13.01.2026-ci ildə dərc edilib.

Göründüyü kimi Azərbaycan Dövlət Musiqili Teatrı bir tamaşanın hazırlanması üçün eyni malların satın alınması üzrə bir gün fərlə iki kotirovka sorğusu keçirmişdir ki, bu qanunla yolverilməzdir.

Bundan əlavə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı libretto müəllifi Ələkbər Tağızadənin “Sən kralsan” tamaşasının qurulması üçün lazım olan digər malların satınalınması üzrə dəyəri 65.615 manat olan kotirovka sorğusunun 14.11.2025-ci ildə yekunlaşdırıldığını və fiziki şəxs Məmmədov Səxavət Fazil oğlunu qalib elan edib.

Bundan əvvəl isə Azərbaycan Dövlət Musiqili Teatrı bəstəkarı Vüqar Camalzadə, quruluşçu reyissoru İradə Gözəlova olan “Şahmaran” tamaşası üçün nəzərdə tutulmuş malların satınalması üzrə fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu ilə 34.500 manat məbləğində satınalma müqaviləsini 28.10.2025-ci ildə bağlayıb.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi Dövlət Musiqili Teatrı fiziki şəxs Səxavət Məmmədov ilə son üç ayda ümimi dəyəri 182 173 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Dövlət Musiqili Teatrının satınalmalarda önəm verdiyi fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu ətrafında apardığımız araşdırmada məlum oldu ki, o, əvvəl mədəniyyət sahəsində çalışıb.

Elektron mediada 07.07.2023-cü ildə yer alan məlumatlara görə Mədəniyyət naziri Adil Kərimlinin  müvafiq əmrinə əsasən Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, Şamaxı rayonunda fəaliyyət göstərən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları daxildir.

Buna baxmayaraq Səxavət Məmmədovun əvvəllər harada işləməsi barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Əldə etdiyimiz məlumatlara görə Səxavət Məmmədov 2024-cü ilin iyulunda tutduğu vəzifədən uzaqlaşdırılıb. Maraqlı orasıdır ki, onun Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılması, sözügedən posta təyin olunduğu kimi heç bir media orqanında
işıqlandırılmayıb. Nə baş verib? Nazir Adil Kərimli onu vəzifəyə təyin etdikdən bir il sonra niyə çıxarıb? Səbəbsiz ola bilməz.

Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, Səxavət Məmmədov 2025-ci ildə Mədəniyyət nazirliyinə tabeli və regionlarda yerləşən teatrlarla ümumi dəyəri 246 868 manat olan 8 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Mədəniyyət nazirliyinə tabeli qurumların satınalmalarında qalib seçilən keçmiş mədəniyyət məmuru Məmmədov Səxavət Fazil oğlu vergi ödəyicisi kimi MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mən. 30 ünvanda daimi qeydiyyatdadır.

Sözügedən ünvanda, MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mənzil 30-da Məmmədov Səxavət Fazil oğlunun qanuni təmsilçisi olduğu “PREMYER PRODAKŞİN” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PREMYER PRODAKŞİN”  (VÖEN: 2700318711) Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.04.2007-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mənzil 30, qanuni təmsilçisi kimi isə Məmmədov Səxavət Fazil oğlu olduğu qeyd olunub.

Qeyd edək ki, Səxavət Məmmədovun qanuni təmsilçisi olduğu “PREMYER PRODAKŞİN” MMC isə 22.05.2020-ci ildən 06.11.2025-ci ilə qədər müxtəlif dövlət qurumları tərəfindən tədbirlərin təşkili, bayram sovqatlarının və həqiyyələrin alınması və sair malların satın alınması üzrə keçirilmiş dəyəri yüz minlərlə manat olan 32 kotirovka sorğusunun qalibi olub.

Göründüyü kimi Səxavət Məmmədov 2023-2024-cü illərdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi olduğu dönəmdə də biznes fəaliyyəti ilə məşğul olub və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında tədbirlərin təşkili xidmətlərini həyata keçirib. Şübhəsiz bütün bunları vəzifə səlahiyyətlərindən və nüfuzundan istifadə etməklə əldə edib.

Elə Mədəniyyət nazirliyinə tabeli qurumlar tərəfindən keçirilən çoxlu satınalmaların qalibi olması da Səxavət Məmmədovun keçmiş mədəniyyət işçisi olaraq, köhnə əlaqələrindən və dostluq tellərindən istifadə etməsi ehtimalını artırır. Dolayısı yolla bunlar, keçmiş məmur Səxavət Məmmədovun köhnə döstlarla yeni işbirliyindən başqa bir şey deyildir.

Maraqlıdır,  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqlar aparılması və görüşlərin keçirilməsi qadağan edildiyi halda Səxavət Məmmədov döst münasibətlərində olduğu şəxslərlə müqavilələr bağlamağa kimlər şərait yaradır, kimlər icazə verir? Həm də Adil Kərimlinin heç bir il vəzifədə saxlamadığı bir şəxslə…

 

Aktualinfo.net

 

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi – General
Next: Gənclər və İdman Nazirliyində maliyyə pozuntuları barədə yeni detallar

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.