Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası

Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası

admin 15/01/2026
paş-1

 

Paşinyanın KTMT ilə bağlı fikirləri daha çox daxili siyasi hesablamalara, seçki öncəsi mövqelərin möhkəmləndirilməsinə yönəlmiş taktiki gedişdir

2022-ci ildən əvvəl də silah-sursat almaq üçün müraciət edirdik, hamıya müraciət edirdik, amma bizi çox nəzakətlə rədd edirdilər. Deyirdilər ki, sizə silah satmaqdan imtina edirik, çünki əmin deyilik ki, bu silahları beynəlxalq səviyyədə tanınmış ərazinizdə yerləşdirəcəksiniz. Hətta şübhələri vardı ki, bu vasitələr beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda (Qarabağda – red.) istifadə oluna bilər”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, 2022-ci ildə Praqada Ermənistan və Azərbaycanın Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı təsbit edildikdən sonra müdafiə təyinatlı silahların beynəlxalq bazarı bizim üçün açıldı. Çünki biz bəyan etdik ki, Ermənistan ordusu öz suveren ərazisindən kənarda istifadə olunmayacaq”.

Paşinyan vurğulayıb ki, burada ikinci mühüm nüans KTMT ilə bağlıdır:

“KTMT-də iştirakımız bu beynəlxalq bazara çıxış üçün çox ciddi maneə idi. Amma 2022-ci ildə elə bir vəziyyət yaranmışdı ki, hətta (Rusiyaya) 100 milyon dollar məbləğində ödənişlər etmişdik və bunun müqabilində texnika və silah-sursat almalı idik, amma bəzən nəzakətlə, bəzən isə o qədər də nəzakətli olmayan şəkildə bu tədarüklər həyata keçirilmirdi.

Məhz bu da KTMT-də üzvlüyümüzü dondurmağımızın səbəblərindən biri oldu”.

Siyasi ekspert Asif Nərimanlı açıqlamasında Paşinyanın KTMT ilə bağlı mövqeyinin həm taktiki, həm də strateji xarakter daşıdığını bildirib. Onun sözlərinə göə, Paşinyanın anti-Rusiya ritorikası situativ emosional yanaşma deyil, son illərdə ardıcıl şəkildə formalaşdırılan siyasi xəttin tərkib hissəsidir: “O, Rusiyadan tam qopmağın Ermənistan üçün ağır nəticələr doğura biləcəyini anlayır və buna görə də “tam körpüləri yandırmaq” strategiyasından qaçır. Bunun əvəzində Paşinyan balanslaşdırılmış, lakin açıq şəkildə Qərbə meylli siyasət yürüdür. Bir tərəfdən Moskvanı tənqid edir, digər tərəfdən Rusiya ilə iqtisadi, hərbi və təhlükəsizlik kanallarını tam bağlamır. KTMT məsələsi bu siyasətdə Paşinyan üçün ən əlverişli arqumentdir. 2023-cü ildə Azərbaycan–Ermənistan sərhədində baş verən qarşıdurmalarda Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi almaması Paşinyana həm daxili auditoriya, həm də Qərb üçün “Rusiya bizi tək qoydu” narrativini gücləndirmək imkanı verdi. Halbuki bu toqquşmaların təxribat xarakteri və beynəlxalq hüquqi statusu KTMT-nin müdaxiləsini sual altına alırdı. Paşinyan isə bu incə detalları qabartmadan məsuliyyəti tam şəkildə Rusiyanın və KTMT-nin üzərinə yönəltdi. Silah tədarükü məsələsinin daim gündəmdə saxlanılması da eyni məqsədə xidmət edir. Paşinyan bununla Rusiyanın “etibarsız tərəfdaş” obrazını formalaşdırmağa çalışır və alternativ təhlükəsizlik tərəfdaşlarına , yəni qərbə yaxınlaşmanı əsaslandırır. Bu yanaşma eyni zamanda Ermənistan cəmiyyətində Rusiyaya qarşı skeptisizmi artırmaq üçün də istifadə olunur”.

Politoloqun sözlərinə görə, Paşinyanın bu mövzuları məhz indi yenidən gündəmə gətirməsi daxili siyasi gündəmlə birbaşa bağlıdır: “2026-cı il parlament seçkiləri yaxınlaşdıqca, hakimiyyət üçün əsas risk Rusiyayönümlü müxalif qüvvələrin konsolidasiyasıdır. KTMT və Rusiya mövzusu Paşinyan üçün bu qüvvələri “köhnə sistemin qalığı” və “Ermənistanı asılı vəziyyətdə saxlayan siyasi xəttin daşıyıcıları” kimi təqdim etmək baxımından effektiv alətdir.

Eyni zamanda bu ritorika Moskvaya açıq mesaj xarakteri daşıyır: Paşinyan göstərir ki, Rusiya daxili siyasi proseslərə müdaxilə edərsə və ya müxalifəti açıq şəkildə dəstəkləyərsə, İrəvan anti-Rusiya kursunu daha da sərtləşdirə bilər. Lakin bu, hələlik təzyiq və manevr elementidir, kəskin geosiyasi dönüş deyil. Paşinyanın KTMT ilə bağlı fikirlərinin yenidən səsləndirilməsi Ermənistanın Rusiya siyasətində radikal dəyişiklik anlamına gəlmir. Bu daha çox daxili siyasi hesablamalara, seçki öncəsi mövqelərin möhkəmləndirilməsinə və Moskva ilə münasibətlərdə rıçaqların qorunmasına yönəlmiş taktiki gedişdir. Ermənistan hələlik Rusiya orbitindən tam çıxmağa nə hazırdır, nə də buna imkan verən resurslara malikdir”./sherg.az

PAYLAŞIN:

Continue Reading

Previous: Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır?
Next: Rusiya və Çinin yalnız buraxdığı İran – Hökumətyönlü yürüşlər rəsmi Tehranı xilas edə biləcək?

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.