Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Qaz pulu niyə artıb – Sayğaclar artıq yazır?

Qaz pulu niyə artıb – Sayğaclar artıq yazır?

admin 15/01/2026
azeriqaz-1

 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki sayğaclarla əvəzləməsi ictimai müzakirələrə səbəb olub. Rəsmi izahatlarda bu addım texniki baxımdan zərurət kimi təqdim edilsə də, abonentlərdən narazılıqlar fərqli mənzərə yaradır. Üstəlik rəsmi qurumun əməkdaşları sayğacları abonentlərin xəbəri, icazəsi və razılığı olmadan dəyişirlər.

“Azəriqaz” yalnız  texniki və təhlükəsizlik zərurətinə görə sayğacı dəyişə bilər, amma bu dəyişiklik rəsmi sənəd (akt) ilə təsdiqlənməlidir və abonentin imzası prosedurun bir hissəsi olmalıdır.

Hazırki prosesdə isə abonentin nəinki imzası, heç xəbəri olmadan sayğac dəyişmə prosesi həyata keçirilir. Vətəndaşlar bildirirlər ki, mexaniki sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatı əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Bu artım real istehlakın çoxalmasıdırmı, yoxsa ölçmə mexanizmlərinin fərqli işləməsinin nəticəsidir?

Bəzi mütəxəssislər billdirirlər ki, qışda soyuq havada qazın sıxlığı artır. Smart sayğaclar bunu korreksiya edib normallaşdırır. Mexaniki sayğac isə olduğu kimi sayır bu da 5-10%, bəzən fərq yarada bilər.

Məsələ təkcə texniki detallarla məhdudlaşmır – söhbət şəffaflıqdan, abonent etimadından və ödənişlərin ədalətli hesablanmasından gedir.

“Azəriqaz” İB-nin sabiq idarə rəisi Nüsrət Qasımov açıqlamasında bununla razılaşmadığını bildirdi:

“Bu hansısa savadsız adamların düşüncəsidir. Sayğac yalnız xarab olduqda və ya müdaxilə edildikdə çox yaza bilər. Mexaniki sayğacın üstünlüyü ondadır ki, limitdə qaz qurtaran kimi dərhal onun yolunu bağlamır, imkan yaradır ki, işlədəsən. Smartda isə pul qurtaran kimi kəsilir, düşür koda. Belə olduqda da əlavə problemlər yaradır. Gərək onu koddan çıxarmaq üçün “Azəriqaz”a zəng edəsən.  Ona görə  də əhalinin bu təşvişi yersizdir”.

Qaz sayğaclarının xəbərsiz quraşdırılmasına gəlincə isə mütəxəssis qeyd etdi ki,  “Azəriqaz” bunu modernizasiya ilə əlaqələndirir amma bunun vətəndaşa heç bir xeyri yoxdur:

“Normativlərə uyğun olaraq hər 15 ildən bir sayğac dəyişdirilməli, hər 5 ildən bir isə sayğacın vəziyyəti yoxlanılmalıdır. Sayğaclar könüllülük prinsipi əsasında dəyişdirilir. Dəyişdirilməzdən öncə isə abonentə mütləq xəbərdarlıq edilməlidir. Yoxlama zamanı vətəndaşın iştirakı mütləqdir. Hər hansı bir defekt aşkarlandığı halda yerindəcə aktlaşdırılmalıdır”.

Sabiq rəis diqqətə çatdırdı ki, əks halda vətəndaşın şikayət etmək hüququ var:

“Azəriqaz əməkdaşları vətəndaşı çağırıb deyirlər ki, sayğac xarab olub və ya artıq yazıb, bu qədər pul verməlisən. Ona görə də sayğac söküləndə, yaxud yoxlama zamanı abonent orada olmalıdır ki, yan müdaxilələr olmasın. Ola bilər ki, laboratoriyada özləri müdaxilə edib vətəndaşın boynuna qoysunlar. Belə mübahisəli məsələlər də çox olur”./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya və Çinin yalnız buraxdığı İran – Hökumətyönlü yürüşlər rəsmi Tehranı xilas edə biləcək?
Next: “Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir

OXŞAR MÖVZULAR

mn-zakir2

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

admin 17/04/2026
ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.