Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 16
  • Pensiya sistemindəki ədalətsizliyin yaratdığı sosial uçurum – Pensiya ilə varına var qatanlar və yoxsullaşanlar

Pensiya sistemindəki ədalətsizliyin yaratdığı sosial uçurum – Pensiya ilə varına var qatanlar və yoxsullaşanlar

admin 16/01/2026
pensiya-sosial

 

Azərbaycanda sosial təminat sistemi son illərdə rəqəmsallaşma və bəzi islahatlarla gündəmə gəlsə də, rəsmi rəqəmlərin arxasındakı mənzərə ciddi suallar doğurur. Bir tərəfdə 18 min manatlıq “astronomik” pensiyalar, digər tərəfdə isə indeksləşmə sistemindən belə kənarda qalan 166 minlik “müavinət ordusu”.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin iyul ayı məlumatlarına görə, ölkədə 1 milyon 103 min 300 nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin cəmi 10,8%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, əhalinin sayına nisbətdə pensiyaçıların payı Gürcüstanda 23,8%, Ermənistanda isə 16,6%-dir. Azərbaycandakı bu aşağı göstərici əhalinin gənc olması ilə deyil, pensiya hüququ qazanmaq üçün qoyulan sərt bariyerlərlə (65 yaş həddi, 25 illik staj və ya yüksək kapital tələbi) izah olunur.

Sistemin ən ağrılı yeri pensiya hüququ qazana bilməyən və “yaşa görə müavinət” alanların sayındakı kəskin artımdır. Belə ki, 2020-ci ildə 82 400 nəfər olan müavinət alanların sayı, 2025-ci ilin sonunda 166 100 nəfərə çataraq iki dəfədən çox artıb.

Hər il yanvarda pensiyaçılar orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq (məsələn, 2026-cı il üçün 9.2%) avtomatik artım aldıqları halda, müavinət alanların 220 manatı illərlə yerində sayır. Müavinət alan şəxs inflyasiya qarşısında tamamilə müdafiəsizdir və yalnız bir neçə ildən bir verilən xüsusi fərmanlara bağlıdır.

Hökumət orta pensiya məbləğinin 538 manatı keçdiyini bəyan etsə də, daha dürüst göstərici olan median pensiya (əhalinin tam yarısının aldığı məbləğ) cəmi 400 manat civarındadır. Beləliklə, ölkədəki pensiyaçıların təxminən 50%-i 320-400 manat arası məbləğlə dolanır. Orta rəqəmin “şişməsinə” səbəb isə azsaylı yüksək vəzifəli şəxslərin aldığı minlərlə manatlıq pensiyalardır. Azərbaycanda 150 mindən çox şəxs “xüsusi şərtlərlə” pensiya alır. Burada mülki vətəndaşla məmur- deputat təbəqəsi arasında keçilməz uçurum var:

Sabiq deputat və hakimlər: Maaşlarının 80%-i həcmində (təxminən 6000 AZN) pensiya alırlar. Vəzifədə olanların maaşı artdıqca, onların pensiyası da avtomatik yüksəlir.

Sabiq yüksək vəzifəli məmurlar: Bəzi sabiq nazir və rəhbər şəxslərin pensiyası 10 000 manatı ötür.

Milyonçu pensiyaçılar: Beynəlxalq neft şirkətlərindən (məsələn, BP) təqaüdə çıxan bəzi şəxslər ayda 18 000 – 19 000 manat pensiya alırlar.

Sıravi vətəndaşın 320-400 manat aldığı bir sistemdə, bir şəxsə bu məbləğdən 60 dəfə çox pensiya verilməsi sosial sığorta həmrəyliyi prinsipinə ziddir.

Qeyd edək ki, bu ilin yanvarından tətbiq olunacaq 9.2 fazilik indeksləşmə yüksək pensiya alanlara da şamil olunur və nəticədə onların pensiyası 400-1000 manat civarında artır. Bu, minimum və median pensiya alanların əldə etdiyi aylıq gəlirin bir neçə qatına bərabər olmaqla ədalətsizliyi göz önünə sərir.

Onu da vurğulayaq ki, yaşa görə müavinət alanların 64%-ni qadınların təşkil etməsi xüsusi bir problemdir. Qadınların əmək bazarında rəsmi qeydiyyatdan kənarda qalması və ya evdar olması onların qocalıqda indeksləşmə hüququndan məhrum, 220 manatlıq müavinətə məhkum edilməsi ilə nəticələnir.

Məlum olur ki, Azərbaycanın pensiya sistemi yüksək gəlirliləri və sabiq məmurları qoruyan, aşağı təbəqəni isə “müavinət tələsinə” salan mexanizmə çevrilib.

Buna görə də, müavinətlərin indeksləşdirilməsi mütləqdir, əks halda 166 min vətəndaşın alıcılıq qabiliyyəti hər il 10% əriyəcək.

Eyni zamanda pensiya tavanı tətbiq olunmalıdır – büdcə vəsaitləri astronomik pensiyalar üçün deyil, minimum həddin insan ləyaqətinə uyğunlaşdırılması üçün sərf edilməlidir.

Sosial ədalətsizliyin ən çılpaq göründüyü yer rəsmi ödənişlərin dövlətin özünün müəyyən etdiyi yaşayış minimumu ilətoqquşduğu nöqtədir.

2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, pensiyaçılar üçün isə 245 manat müəyyən edilib. İlk baxışda 320 manatlıq minimum pensiya bu həddən yuxarı görünür. Lakin reallıq tam fərqlidir:

Göstərici Rəsmi məbləğ Real durum
Yaşa görə müavinət 220 AZN Yaşayış minimumundan (300 AZN) 80 AZN aşağı.
Minimum pensiya 320 AZN Pensiyaçılar üçün minimum həddən (245 AZN) cəmi 75 AZN çox.
Real ərzaq səbəti ~350 AZN Bir nəfərin sağlam qidalanması üçün lazım olan real məbləğ.

Rəqəmlərdən göründüyü kimi, 166 min vətəndaşın aldığı 220 manatlıq müavinət dövlətin müəyyən etdiyi 300 manatlıq yaşayış minimumuna belə çatmır. Bu vəsaitlə bir ay ərzində həm ərzaq almaq, həm dərman xərclərini ödəmək, həm də işıq-qaz pulunu vermək praktiki olaraq qeyri-mümkündür.

Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə ərzaq inflyasiyasının davam etməsi fonunda real “ərzaq səbəti”nin (yalnız minimum qida normaları) dəyəri 350 manatı ötür.

320 manat alan pensiyaçı bütün ay boyu hər gün cəmi 10 manat 60 qəpik xərcləmək məcburiyyətindədir. Bu məbləğə 3 dəfə qidalanma, nəqliyyat, dərman və kommunal xidmətlər daxildir.

Bu rəqəm, təqüdə çıxan deputatın, nazirin, hakimin bir günlük (təxminən 200 AZN) pensiya pulunun cəmi 5%-nə bərabərdir.

Dövlətin 245 manatlıq “pensiyaçılar üçün yaşayış minimumu” hesablama metodikası da hələ də köhnə standartlara əsaslanır. Bu hesaba bir pensiyaçının ayda cəmi bir neçə kiloqram ət yeməsi, minimal kommunal xidmət istifadəsi daxil edilib. Lakin yaşlı insanların səhiyyə və dərman xərclərinin artan dinamikası bu “zəmbili” alt-üst edir.

Statistika quru rəqəmdir, reallıqisə 320 manatla dolanmaq məcburiyyətində olan Azərbaycan insanıdır. Beləliklə, qarşımızda paradoksal bir mənzərə yaranır: Hökumət bir tərəfdən ərzaq səbətinin bahalaşdığını qəbul edərək yaşayış minimumunu 300 manata qaldırır, digər tərəfdən isə 166 min vətəndaş 220 manatla yarşamaq məcburiyyətində buraxılır. Bu isə 100 milyonlarla manat toplanan sosial sığorta fondundan ədalətli bölgü aparılmadığı, Səlim Müslümovun anormal pensiya sisteminin qorunması nəticəsində ölkə əhalisi arasında getdikcə dərinləşən sosial uçurumu göstərir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bakının ən bahalı küçələri açıqlandı – Evin 1 kvadratı 17 min manat
Next: “Google”a şok ittiham – “Valideynlər maneə kimi təqdim olunur”

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.