Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 19
  • Qiymət artımı qaçılmazdır? – Bazarlarda kərə yağı ilə bağlı son durum

Qiymət artımı qaçılmazdır? – Bazarlarda kərə yağı ilə bağlı son durum

admin 19/01/2026
kere-yağ

 

Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 179,6 ton kərə yağı ehtiyatının formalaşdığı bildirilir. İllik müqayisədə 199,6 dəfə artım kimi təqdim olunan bu göstəricilər bazarda real bolluqla bağlı ciddi suallar yaradır. İstehsalın azaldığı bir şəraitdə ehtiyatların bu qədər artması nə ilə izah olunur və bu ehtiyatlar bazara çıxarıldığı halda qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum

“Kərə yağı üzrə yerli istehsal mövcud deyil”

Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Samir Eyyubovun sözlərinə görə, Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir: “Rəsmi statistikada göstərilən “istehsal” rəqəmləri əsasən idxal olunan qaymaqdan emal edilən məhsulların, eləcə də xammal formasında idxal edilən hazır məhsulun ölkə daxilində təkrar qablaşdırılması və ya minimal emalı hesabına formalaşır. Bu səbəbdən statistikada “yerli istehsal” kimi təqdim olunan göstəricilər real bazar vəziyyətini əks etdirmir və bazarın yanlış təhlil olunmasına gətirib çıxarır. Reallıqda kərə yağı üzrə idxaldan asılılıq 90 faizin üzərindədir. Anbarlarda mövcud olan kərə yağının hamısı ya hazır şəkildə idxal edilmiş məhsullardır, ya da xammal formasında xaricdən gətirilərək ölkə daxilində təkrar emal olunmuş məhsullardır. Tam mənada yerli istehsal hesab edilə biləcək məhsul demək olar ki, mövcud deyil”.

Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum

“İdxal qiyməti 18 faiz artıb”

S.Eyyubovun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayın statistikasına nəzər yetirdikdə görünür ki, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb. Bu qiymət artımı fonunda aylıq orta idxal həcmlərində təxminən 11 faiz azalma qeydə alınıb: “Bundan əlavə, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı ixrac edildiyi halda, 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, bu rəqəm 2 300 ton səviyyəsinə qədər geriləyib. Nəticədə təkrar emal həcmləri azalıb və bu da statistik “istehsal” göstəricilərinin aşağı düşməsinə səbəb olub. Rusiyaya ixrac həcmlərində baş verən kəskin azalma, yəni əsas satış kanallarından birinin daralması, bazarda balanssızlıq yaradaraq ehtiyatların artması görüntüsünü formalaşdırıb”.

“Qiymətlər enməyəcək, əksinə, qalxacaq”

Sədr bu prosesin istehsalçılara necə təsir edəcəyindən də bəhs etdi: “Ehtiyatların uzun müddət anbarda saxlanılması istehsalçılar üçün ciddi maliyyə itkisi deməkdir. Bu, məhsulun istifadə müddətinin azalmasına, dövriyyə və likvidlik problemlərinə, nəticə etibarilə isə təkrar maliyyə itkilərinin artmasına səbəb olur. Mövcud ehtiyatlar artıq 2024-cü illə müqayisədə təxminən 18 faiz daha baha olub. Üstəlik, 2026-cı ilin ilk günlərindən etibarən idxal rüsumunun yenidən 15 faizə qaldırılması gözlənilir. Bu amillər qiymətlərin aşağı düşməsinə deyil, əksinə, bazarda ciddi qiymət artımlarına yol aça bilər. Şirkətlər orta hesabla 9-10 faiz qiymət artımı etməyə məcbur qala bilərlər”.

Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum

“Südün maya dəyərinin artması kərə yağının qiymətlərinə təsir edir”

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə təqdim edilən rəqəmlərlə razı deyil: “Ehtimal olunur ki, hesablamalara kərə yağı ilə yanaşı, digər yağ məhsulları da daxil edilib, bu da göstəricilər arasında fərqliliyin yaranmasına səbəb ola bilər”.

C.İbrahimlinin fikrincə, 2025-ci ildə kərə yağının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib: “Paralel olaraq fermalardan südün çıxış qiymətlərində də artım müşahidə olunur ki, bu da əsasən yem xərclərinin və istehsal maya dəyərinin artması ilə bağlıdır. Südün maya dəyərinin artması birbaşa satış qiymətinə, nəticə etibarilə isə kərə yağının qiymətinə təsir göstərib. Mövcud vəziyyətdə yaxın vaxtlarda qiymətlərin enməsi gözlənilmir, çünki tələbat yüksək olaraq qalır”.

“Kifayət qədər potensial mövcuddur”

Ekspert qiymətlərin aşağı düşməsini yerli istehsalın artırılmasında görür: “Bununla yanaşı, Azərbaycanın kərə yağı istehsalını artırmaq üçün kifayət qədər potensialı mövcuddur. Lakin hazırda fermer təsərrüfatları ilə emal müəssisələri arasında sinxron əməkdaşlıq mexanizmi düzgün qurulmayıb. Bu uyğunsuzluq istehsal zəncirində problemlər yaradır və ölkənin idxaldan asılılığını artırır. Düzgün koordinasiya və dəstək mexanizmləri formalaşarsa, daxili istehsalın artırılması mümkündür və bu da orta müddətdə qiymətlərin stabilləşməsinə şərait yarada bilər”.

Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum

“Rəqəmlər satışın zəiflədiyini göstərir”

İqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, kərə yağı istehsalının azalması fonunda ehtiyatların artmasının əsas səbəbi idxal olunan alternativ məhsullarla, xüsusilə də marqarin və digər tərkibli yağlarla bağlıdır: “Bu məhsullar qiymət baxımından alıcının büdcəsinə daha uyğun olduğu üçün tələbat əsasən onlara yönəlir. Kərə yağının öz alıcısı olsa da, qiymət səbəbindən tələbat genişlənmir və nəticədə məhsul anbarda qalır. Ehtiyat anbarlarında məhsulun çox olması bazarda real bolluq və ya qiymətlərin avtomatik ucuzlaşacağı anlamına gəlmir. Bazarda bolluqdan yalnız o zaman danışmaq olar ki, məhsula tələbat olsun və onun qiyməti alıcı üçün əlçatan səviyyədə formalaşsın. Bu baxımdan, söhbət istehlakçı üçün deyil, anbar üçün real bolluqdan gedir. Real iqtisadi mühitdə isə bu vəziyyət satışın zəiflədiyini göstərir”.

PAYLAŞIN:

Continue Reading

Previous: “Şahdəniz” yatağında təbii qaz hasilatının həcmi açıqlandı
Next: Ölkə başçısı 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edir, Xətai də qanunsuz tikililər davam…

OXŞAR MÖVZULAR

avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026
mn-zakir2

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.