Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 22
  • Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -FOTOLAR

Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -FOTOLAR

admin 22/01/2026
qht-sahilb

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrini təhlil etdikcə ciddi və narahatedici faktlarla qarşılaşmaqdayıq.

Araşdırmalarımız göstərir ki, bəzi təşkilatlar uzun illərdir davamlı olaraq eyni məzmunlu layihələrlə qalib olurlar. Baxmayaraq ki, layihələrin həmin QHT-lərin məqsəd və vəzifələri ilə heç bir əlaqəsi yoxdur. Bu, dövlət maliyyəsinin idarə olunmasında ciddi boşluqlar və QHT-lərə Dövlət Dəstəyi Agentliyində səriştəsizlik (Başqa cür də demək olar. Red.) probleminin açıq göstəricisidir.

Ekspertlərin məsələyə loyal yanaşması, qiymətləndirmə proseslərinin formal xarakter daşıması, büdcənin səmərəsiz xərclənməsi bu halların davam etməsinə imkan yaradır.

 

Bu sırada diqqətimizi çəkən təşkilatlardan biri də “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi oldu.

Bu İctimai Birlik QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2022, 2023 və 2025-ci illərdəki qrant müsabiqələrində faktiki olaraq eyni məzmunlu layihələrlə qalib olub. Layihələrin adlarında cüzi dəyişikliklər olsa da, mahiyyət etibarilə eyni mövzular təqdim olunub. Bu layihələrin təşkilatın məqsəd və vəzifələri ilə uyğunluq təşkil etməməsi isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dərin yoxlamalar aparmadığını, ekspertizasının səthi olduğunu göstərir.

Məlumat üçün qeyd edək ki, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi 2005-ci ildə dövlət qeydiyyatına alınıb.  Təşkilatın sədri və təsisçisi Bakı şəhər Binəqədi rayonu 267 saylı məktəbin müəllimi Səidə İdris qızı İsmayılova, digər təsisçisi isə Xuraman Eldar qızı İsmayılova olub. Lakin, Binəqədi rayonu, Mir Cəlal küçəsi 103, mənzil 122-də hüquqi ünvanı yerləşən bu təşkilat davamlı maliyyə ala bilmədiyi üçün 2015-ci ildə satışa çıxarılıb. Hazırda təşkilatın sədri “Proqress” Təlim və Tədris Mərkəzinin rəhbəri Ülvi Məmmədəli oğlu Əliyevdir.

Bəs Ülvi Əliyev necə olub ki, hazır bir QHT-yə sədr təyin edilib? Ona bu məsələdə kim kömək edib?

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, Ülvi Əliyevi sədr təyin edən şəxs onun əmisi, uzun illər dövlət qrantlarından geniş istifadə edən “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevdir.

Xüsusi maraq kəsb etdiyi üçün  Mayis Əliyevin rəhbərlik etdiyi təşkilatın da QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığı layihələri araşdırırıq. Məlum olur ki, layihələrin bir qədər adlarında dəyişiklik edilsə də, eyni layihələrdir. Təşkilat özünə əziyyət verib, yeni layihə yazmaqda maraqlı da olmayıb. (Bu haqda növbəti yazılarımızda. Red.)

Maraqlıdır ki, Mayis Əliyev və qardaşı oğlu Ülvi Əliyev necə olub ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən təkrar layihələri bir kənara, üstəlik eyni məzmunlu layihələrinə Sosial Xidmətlər Agentliyindən də iri həcmli sosial sifarişlər ala bilib?

 

Məsələni bir qədər də araşdırdıqda məlum oldu ki, Mayis Əliyev Bakı Dövlət Universitetində müəllim kimi Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, hazırda Maliyyə naziri olan Sahil Babayevə və onun bəzi müavinlərinə dərs deyib. Bu münasibətlər nəticəsində Mayis Əliyevin və qardaşı oğlunun təşkilatı həmin nazirliyin ictimai şurasında müxtəlif vaxtlarda təmsil olunublar. Buradan hasil olan nəticə odur ki, hər iki təşkilat Sosial Xidmətlər Agentliyinin hər il elan etdiyi bir sıra sosial sifarişlərin qalibi ola bilib.  

Qeyd edək ki, Mayis Əliyevin əksər layihələrində hüquqşünas kimi Ülvi Əliyev, Ülvi Əliyevin layihələrində isə Mayis Əliyev hüquqşünas kimi göstərilir.

Ü.Əliyevin hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai şuranın üzvü olması isə başqa bir paradoksu ortaya qoyur. Rəhbərlik etdiyi QHT-nin fəaliyyətinin komitənin məqsəd və prioritetləri ilə uyğunsuzluğu diqqətdən yayınmır.

Bütün bu faktlar QHT sektorunda sistemli problemlər olduğunu və dövlət büdcəsinin idarə edilməsində ciddi boşluqların mövcud olduğunu bir daha sübut edir. Təkrar layihələr, maraqlar toqquşması, “ailə QHT-ləri” idarəçiliyi və formal ekspertiza mexanizmləri, eyni zamanda ictimai şuralarda qohumluq əlaqələrinin mövcudluğu, dövlət maliyyəsinin səmərəsiz xərclənməsinə yol açır.

Nəticə olaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliy, Sosial Xidmətlər Agentliyi və bu kimi qurumlardakı  səriştəsizlik və formal yoxlamalar dövlət büdcəsinin üzərində ciddi risk yaradır. Bu halların davam etməsi, yalnız büdcə israfına deyil, həm də ictimai etimadın tamamilə itirilməsinə səbəb olur.

Xatırladaq ki, Mayis Əliyev 2024-cü ildə vəkili olduğu müvəkkillərindən birinin qardaşı tərəfindən evində hücuma məruz qalmış, telefon proqramından 8000 manat başqa hesaba köçürülmüş, evindən isə nağd pul və digər əşyalar götürülmüşdür./yenixeber.org

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır
Next: Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.