Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 22
  • Kipr senarisi: ABŞ Qrenlandiyanın bəzi hissələri üzərində suverenlik əldə edə bilər

Kipr senarisi: ABŞ Qrenlandiyanın bəzi hissələri üzərində suverenlik əldə edə bilər

admin 22/01/2026
kipr
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, NATO-nun baş katibi Mark Rütte ilə Qrenlandiyanın gələcəyinə dair çərçivə sazişi əldə etdiyini bəyan edib.
“The New York Times” xəbər verir ki, Amerika liderinin bu bəyanatı NATO-nun iclasından sonra səslənib. Həmin iclasda rəsmilər Danimarkanın Qrenlandiyadakı kiçik torpaq sahələri üzərində ABŞ-a suverenlik verməsini nəzərdə tutan kompromis variantını müzakirə ediblər. ABŞ orada hərbi bazalar inşa edə biləcək. Bu məlumatı nəşrə müzakirələrin gedişinə bələd olan üç yüksək rütbəli rəsmi bildirib.
Jurnalistlərin mənbələri qeyd ediblər ki, bu ideya Alyansın baş katibi Mark Rütte tərəfindən irəli sürülüb. Həmin görüşdə iştirak edən iki rəsmi bu planı Böyük Britaniyanın Kiprdəki bazaları ilə müqayisə ediblər (həmin bazalar Britaniya ərazisi hesab olunur).
Rəsmilər bu ideyanın Tramp tərəfindən elan edilən planın tərkib hissəsi olub-olmadığını bilmirdilər. Saziş və onun məzmununu şərh etmək xahişinə cavab olaraq NATO bəyan edib ki, “Rusiya və Çinin Qrenlandiyada heç vaxt iqtisadi və ya hərbi dayaq əldə etməməsini təmin etmək məqsədilə Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqlar davam edəcək”.
Diqqətçəkən məqam odur ki, çərçivə sazişi barədə xəbər Trampın Davosda “Qrenlandiyanın mülkiyyət hüququnu əldə etməkdən daha az heç nəyə razı olmayacağını” bildirməsindən qısa müddət sonra yayılıb. O, istədiyini almayacağı təqdirdə Avropanı iqtisadiyyat və təhlükəsizlik sahəsində dəhşətli nəticələrlə hədələyib.
Amerika lideri dəfələrlə israr edib ki, Birləşmiş Ştatların milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı var. O iddia edir ki, yalnız ABŞ Qrenlandiyanı xarici təhdidlərdən qorumaq üçün kifayət qədər güclüdür.
“Bu gün, Trampın ikinci müddətində qlobal gücə və siyasətin formalaşdırılmasına yanaşmasını təcəssüm etdirirdi: Trampın öz irsinin mühüm hissəsi hesab etdiyi məqsədə çatmaq naminə bir vaxtlar yaxın olan müttəfiqləri növbəli şəkildə məcbur etmək və alçaltmaq”, – deyə jurnalistlər izah edirlər.
Eyni zamanda, Amerika lideri ABŞ-ın hərbi güc tətbiqinə əl atmayacağına dair əminlik verib. Baxmayaraq ki, yenidən rüsumların tətbiqini xatırladıb.
Danimarka parlamentinin müdafiə məsələləri üzrə komitəsinin sədri Rasmus Yarlov bildirib ki, Trampdan “bundan daha pisini də eşidiblər”:
“Şadam ki, o, hərbi güc tətbiqini istisna edir. Mən onun bugünkü bəyanatlarında eskalasiya görmədim. O, Qrenlandiyanı istədiyini israr edir, lakin bu, yenilik deyil. Əlbəttə ki, biz Qrenlandiyanı verməyəcəyimiz barədə israrımızda qalırıq”.
Lakin nəşrin qeyd etdiyi kimi, Donald Tramp Davosdakı çıxışında kompromis üçün çox az yer qoyub. Avropadakı bir çox liderlər Qrenlandiyanın mülkiyyətinin Birləşmiş Ştatlara verilməsinə razı ola bilməyəcəklərini deyirlər. Amma onlar həmçinin bildirirlər ki, Amerikanın regiondakı mövcudluğunu genişləndirən demək olar ki, istənilən digər razılaşmanı nəzərdən keçirməyə hazırdırlar.
Tramp isə deyir ki, bu kifayət etməyəcək.
“Onu (Qrenlandiyanı – red.) qorumaq üçün mülkiyyət hüququna malik olmaq lazımdır. Kim, lənətə gəlsin, lisenziya müqaviləsini və ya icarə müqaviləsini qorumaq istəyər?” – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Tramp Qrenlandiya ilə bağlı ambisiyaları barədə hələ birinci prezidentlik müddətində danışırdı. Lakin 2026-cı ildə bu məsələ əsl diplomatik böhrana çevrilib.
O bəyan edib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Amerika lideri Danimarka sövdələşməyə razı olmasa, Avropadan gələn bütün mallara 10% rüsum (iyun ayında 25%-ə qədər artırılmaqla) tətbiq edəcəyi ilə açıq şəkildə hədələyib.
O, adada “Qızıl Qübbə” adlandırdığı genişmiqyaslı raketdən müdafiə sistemi qurmağı planlaşdırır:
“Bu, okeanın ortasında nəhəng bir buz parçasıdır. Amma müharibə başlasa, bir çox raketlər birbaşa bu buz parçasının üzərindən uçacaq. Biz orada “Qızıl Qübbə” tikmək istəyirik, o, təkcə ABŞ-ı deyil, bizə minnətdar olmalı olan Kanadanı da qoruyacaq”, – deyə o bildirib./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Eyni ev, eyni şəbəkə, amma fərqli sürət: Niyə noutbuk internetə qoşulmur?
Next: Zelenskinin Davosda möhtəşəm çıxışı – Avropanı silkələdi

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.