Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Buğda istehsalı 20 il əvvəlki səviyyəyə düşüb – “Bu sahəyə milyardlar ayrılıb, ancaq…”

Buğda istehsalı 20 il əvvəlki səviyyəyə düşüb – “Bu sahəyə milyardlar ayrılıb, ancaq…”

admin 23/01/2026
buğda-komb

 

Vahid Məhərrəmli: “Əsas səbəb aqrar sektora uzun illər qeyri-peşəkarların rəhbərlik etməsidir”

“Azərbaycanda buğda istehsalı alıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2025-ci ildə buğda istehsalı 1 milyon 609.8 min ton təşkil edib. Bu da əvvəlki ilə nisbətən 4,5%, yəni 73 000 ton azdır. Qeyd etməliyəm ki, Azərbaycanda strateji əhəmiyyət kəsb edən buğda istehsalı 2019-cu ildə (2171490 ton) indikindən 561,7 min ton çox olub. Son 6 ildə ölkədə buğda isrehsalı 25,8% azalmışdır”.

Bunu şərhində kənd təsərrüfatı sahəsi üzrə tanınmış ekspert Vahid Məhərrəmli bildirib.

İqtisadçı xatırladır ki, ölkə başçısı İlham Əliyevin 2022-ci ildə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən 2023-cü ildən başlayaraq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri hər 1 ton buğda üçün 100 manat məbləğində məhsul subsidiyası, buğda əkini sahəsinin hər hektarına görə isə 210 manat əkin subsidiyası əldə edirlər.

“Onu da xatırladım ki, 2007-ci ildən başlayaraq, buğda istehsalçıları üçün ayrılan subsidiyaların həcmi digər sahələrlə müqayisədə iki dəfə çox olub. Buna baxmayaraq son illərdə buğda istehsalının ilbəil azaldığını müşahidə edirik”, – mütəxəssis qeyd edib.

Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün hər il ölkədə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğda tədarükünü elan edir.

V.Məhərrəmli təəssüflə bildirir ki, Dövlət Ehtiyatları Agentliyi qəbul etdiyi ərzaqlıq buğdanın həcmi ilə bağlı məlumatları ictimailəşdirmir:“Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri mətbuat nümayəndəsinə verdiyi müsahibədə qeyd edib ki, ərzaqlıq buğda proqramına 2022-2023-cü illərdə 27 təsərrüfat qoşulmuşdursa, 2024-2025-ci illərdə təsərrüfatların sayı 50-yə çatıb. Nazirliyin işçisinin sözlərindən belə çıxır ki, keçən iki il ərzində ərzaqlıq buğda proqramına qoşulanların sayı 85% artsa da, ərzaqlıq buğdanın əkin sahəsi (22,4 min hektardan 23 min hektaradək) cəmi 2,5% artıb, ərzaqlıq buğda istehsalında isə artım (111,8 min tondan 125 min tonadək) 11,8% təşkil edib. Dövlət Statistika Komitəsi isə buğda istehsalında artım deyil, azalmanın olduğunu göstərir”.

İqtisadçı əlavə edir ki, DSK 2025-ci ildə buğdanın məhsuldarlığını 33,5 sentner göstərir: “Xatırladım ki, 2025-ci ildə ölkə üzrə 932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunun da 505 696 hektarını buğda sahələri təşkil edib. DSK 2025-ci ildə yazlıq buğda əkini ilə bağlı heç bir məlumat verməyib. Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən aparılan hesablamalar göstərdi ki, 2025-ci ildə ölkə üzrə buğdanın məhsuldarlığı orda hesabla DSK təqdim etdiyi kimi 33,5 sentner deyil, 31,8 sentner təşkil etmişdir. Bu da əvvəlki illə müqayisədə 0,9 sentner çox olsa da, 2023-cü il göstəricisindən 2 sentner aşağıdır”.

V.Məhərəmli vurğulayır ki, Azərbaycan 20 il əvvəl indikindən daha çox buğda istehsal edib. Belə ki, 2004-cü ildə ölkədə ilkin çəkidə 1614,3 min ton buğda istehsal edilib ki, bu da indikindən 4500 ton çoxdur. 2004-cü ildən ilndiyə kimi ölkə əhalisinin sayı 1,9 milyon nəfər artmasına baxmayaraq, buğda istehsalı ilə bağlı vəziyyət dəyişməz qalıb.

“Baxmayaraq ki, keçən müddət ərzində sahənin inkişafı adı ilə büdcədən milyardlarla manat dövlət vəsaitləri xərclənib”, – iqtisadçı vurğulayıb.

Vahid Məhərrəmli sonda qeyd edir ki, Azərbaycanda buğda istehsalında nailiyyətlərin əldə edilməməsinin əsas səbəbi Kənd Təsərrüfatı Nazirliyinə uzun illər qeyri-peşəkarların və bacarıqsız kadrların rəhbərlik etməsidir. Bu səbəbdən də hökumət hələ də aqrar siyasəti müəyyən edə bilməyib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qlobal kapital və siyasi mərkəzlər Azərbaycanla tərəfdaşlığı genişləndirirlər
Next: Orban: Yaxın Şərq və Cənubi Qafqazın iştirakı ilə Sülh Şurası daha effektiv ola bilər

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.