Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

admin 23/01/2026
samux-şəh

 

Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2025-ci ildə keçirilmiş dövlət satınalmaları ətrafında araşdırmamız davam edir. Araşdırmalarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevə ötən həftə ünvanladığımız sorğu məktublarına hələ cavab verilməyib. Buna baxmayaraq ötən həftə yaydığımız məqalədə qeyd etdiyimiz kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin satınalmalar yolu ilə müqavilə bağladığı bəzi şirkətlərlə əvvəlcədən danışıqlar aparıldığına olan şübhələr hələ qalmaqdadır.

Satınalmaların portalında 10.10.2025-ci ildə dərc edilmiş  məlumata görə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 16.08.2025-ci ildə başladığı kotirovka sorğusu proseduruna 06.10.2025-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “QLOBUS-23” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 77.854 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, əslində isə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovka sorğusu proseduruna hələ 2025-ci ilin mart ayında başlayıb.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 03.04.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün mal­materialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 11 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır.

Qeyd edək ki, 107059 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk dördlükdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir.

1. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 64280.62 AZN
2. “PANGEYA” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1404466301): 79789.24 AZN
3. “AMPER” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 1803674831): 59009.44 AZN
4. “XӘZӘR İNŞAAT KO ” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1501130591): 61702.20 AZN

Göründüyü  kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissayısı “GRAVİTY LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçmiş, daha sərfəli qiymətlər təklif etmiş təchizatçılaran təkliflərini qiymətləndirməmişdir.

Burada məqsəd nə olmuşdur. Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyinə yaxın şirkətin qalib seçilməsi. Amma Nəzarət orqanının 14 may AIBNDA/SQ-2991/2025 ci il qərarına əsasən satınalma ləğv olunmuşdur.

Nəzarət orqanı Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə keçirdiyi kotirovka sorğusunu 12.08.2025-ci ildə də ləğv edib.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 01.09.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün mal­materialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 9 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır.

Qeyd edək ki, 117190 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk beşlikdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir.

1. “QLOBUS­23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 6901329331): 77854.00 AZN
2. “ASİYA LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1400458441): 89819.00 AZN
3. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 54285.55 AZN
4. “Stark Group” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 0701532381): 49326.36 AZN
5. “AKTİF ELEKTRİK” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1503631791): 59772.31 AZN

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası ən sərfəli qiymətlər təklif etmiş təchizatçılara deyil,  “QLOBUS­-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtini qalib seçmişdir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “QLOBUS­-23” (VOEN: 6901329331) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtininn  05.10.2023-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının , SAMUX RAYONU, İNSTİTUT qəs,  qanuni təmsilçisi kimi isə Fətəliyev Ülfət İbrahim oğlu qeyd olunub.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun görə (Maddə 10.4.) Uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası elektrik mallarının və işıqlandırma işlәrinin görülmәsi üzrə ixtisaslaşmış, təcrübəli, peşəkar təchizatçıların təklif etdiyi qiymətləri seçməyərək, satınalmalarda təcrübəsi, ixtisas uyğunluğu bəlli olmayan “QLOBUS­-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinə üstünlük vermişdir. Bu da satınalmanın təşkili zamanı təklifləri uyğun olmayan təchizatçının sənədlərinin tələblərə uyğunlaşdırılmasını deməyə əsalar verir.

Qeyd edək ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir. O, uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb.

 

Aktualinfo.net

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət sektorunda iş yerləri azalır: nə baş verir?
Next: “Trampın təklifinə “yox” demək olmazdı…” – Ekspert bunun səbəblərini açıqladı

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.