Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 26
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

admin 26/01/2026
qht-agent

Bu faktlar hüquq-mühafizə orqanları tərəfindən ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Əks halda, cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qərarlarına bilərəkdən göz yumulur və bu qurum faktiki olaraq toxunulmaz elan edilib.

QHT–lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili zamanı qarşımıza çıxan faktlar artıq təsadüf və ya texniki səhv kimi izah edilə bilməz. Bu faktlar QHT-lərə Dövlət Dəstəyi Agentliyində qrantların hansı prinsiplərlə bölüşdürüldüyünü, dövlət vəsaitinin necə xərcləndiyini və bu prosesdə şəxsi münasibətlərin hansı rol oynadığını açıq şəkildə ortaya qoyur.

Söhbət “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Xoşbəxtlik nikahla yox – təhsillə başlayır!” adlı layihədən gedir. Layihə QHT–lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib elan edilib və ona 9 min manat dövlət vəsaiti ayrılıb.

Məsələnin mahiyyəti layihənin mövzusunun cəmiyyət üçün faydalı olub-olmamasında deyil. Əgər söhbət erkən nikahların qarşısının alınmasından, təhsilin təşviqindən gedirsə, bu, əlbəttə ki, ictimai baxımdan müsbət təşəbbüsdür. Problem ondadır ki, bu layihə onu təqdim edən QHT-nin nizamnaməsi ilə heç bir əlaqəyə malik deyil…

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi rəsmi saytında və nizamnaməsində açıq şəkildə bəyan edir ki, təşkilatın əsas məqsədi reklam və marketinq bazarında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. QHT öz fəaliyyət istiqamətlərini də konkret göstərir: reklam və marketinq sahəsində dövlət siyasətinin təbliği, bu sahədə müasir texnologiyaların və yanaşmaların tətbiqi, araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə maarifləndirmə işlərinin görülməsi.

Bu sənədlərdə nə erkən nikah, nə təhsil siyasəti, nə sosial-mənəvi problemlər, nə də ailə münasibətləri ilə bağlı bir cümlə belə yoxdur. Buna baxmayaraq, bu QHT tamamilə fərqli bir mövzuda layihə hazırlayır, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim edir və həmin layihə heç bir sual doğurmadan maliyyələşdirilir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi və məsul şəxsləri hər dəfə çıxışlarında, müsahibələrində və rəsmi tədbirlərdə pafosla bildirirlər ki, layihələr ciddi şəkildə qiymətləndirilir, QHT-lərin nizamnamə məqsədlərinə uyğunluq əsas meyarlardan biridir, dövlət vəsaiti yalnız hüquqi çərçivədə xərclənir. Lakin faktlar bu bəyanatların real vəziyyətlə heç bir əlaqəsinin olmadığını göstərir.

Əgər QHT-lərə Dövlət Dəstəyi Agentliyində layihələr doğrudan da ciddi təhlil edilirsə, bu layihə hansı əsasla müsabiqədən keçib? Əgər nizamnaməyə uyğunluq yoxlanılırsa, reklam və marketinq yönümlü bir QHT-nin sosial-ideoloji mövzuda layihəsi necə təsdiqlənib? Bu sualların cavabı yoxdur.

Daha da narahatedici məqam ondan ibarətdir ki, Ədliyyə Nazirliyi də bu prosesdə faktiki olaraq passiv mövqe tutur. Layihələr üzrə bildirişlər verilir, lakin QHT-nin nizamnaməsi ilə təqdim etdiyi layihə arasında uyğunluq yoxlanılmır. Beləliklə, iki dövlət qurumu – biri maliyyələşdirən, digəri hüquqi nəzarəti həyata keçirən qurum – eyni uyğunsuzluğa göz yumur. Bu isə artıq sistemli problemdir.

Yenixeber.org-a daxil olan məlumatlar sırasında daha maraqlısı bu QHT-nin rəhbərinin kimliyi və kimə bağlılığıdır… Rəsmi sənədlərdə QHT-nin sədri Xəyalə Mütəllimova göstərilsə də, təşkilatın faktiki təsir imkanlarının media sahəsində tanınan şəxs – “Yurd FM” və “Media FM” radiostansiyalarının rəhbəri Rüstəm Əliyevlə bağlı olduğu məlum oldu. Qeyd edək ki, həmin radioların yaradılması və fəaliyyətə başlaması da vaxtilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun adı ilə bağlı idi(?)

Burada diqqət çəkən daha bir məqam QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə nəzarət edən Tural Əliyevin keçmişdə məhz “Yurd FM” radiosunda, Rüstəm Əliyevin rəhbərliyi altında çalışmasıdır. Sözsüz ki, bu fakt ayrıca götürüldükdə hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Lakin bu əlaqələr fonunda reklam yönümlü bir QHT-nin nizamnaməsinə zidd layihəsinin problemsiz şəkildə maliyyələşdirilməsi artıq təsadüf kimi görünmür.

Burada əsas məsələ kiminsə harada işləməsi və ya kimin hansı QHT-də təmsil olunması deyil. Əsas məsələ ondan ibarətdir ki, keçmiş əlaqələr bu gün dövlət vəsaitinin bölüşdürülməsində rol oynayırmı? Əgər oynamırsa, bu qədər açıq uyğunsuzluqlar necə izah olunur?

Faktiki olaraq QHT Şurası dövründən qalma “dost-tanış”, “keçmiş iş yoldaşı”, “şəxsi əlaqə” mexanizmlərinin QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha da dərinləşdiyi müşahidə olunur. Hər il fərqli QHT-lərdə, fərqli layihələrdə eyni qanunsuzluqlar üzə çıxır. Bu isə artıq fərdi səhv deyil, idarəetmə problemidir.

Dövlət büdcəsindən ayrılan vəsait şəxsi münasibətlərin, qeyri-rəsmi əlaqələrin və nizamnaməyə zidd yanaşmaların qurbanına çevrilməməlidir. Bu, təkcə QHT sektorunun problemi deyil, dövlət idarəçiliyinin əsas prinsiplərinə ziddir.

Bu faktlar hüquq-mühafizə orqanları tərəfindən ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Əks halda, cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qərarlarına bilərəkdən göz yumulur və bu qurum faktiki olaraq toxunulmaz elan edilib.

Bu cür yanaşma dövlətə, dövlət institutlarına və şəffaflıq prinsipinə birbaşa zərbədir./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda yanacaq balansı dəyişir – “Regionu biz təmin edirik”
Next: Eldar Əzizov xəbərdarlıq etsə də Xətaidə aparılan qanunsuz tikilinin qarşısı alınmır

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.