Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 26
  • Yaxın günlərdə Putin-Zelenski görüşü ola bilər – Fevralın 1-nə planlaşdırılan raund uğurlu olarsa…

Yaxın günlərdə Putin-Zelenski görüşü ola bilər – Fevralın 1-nə planlaşdırılan raund uğurlu olarsa…

admin 26/01/2026
pt-zln

 

ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilə bilər.

Bu barədə “Axios” nəşri adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yazıb. Məlumatda qeyd olunur ki, yanvarın 23–24-də baş tutan və müharibənin başlanmasından bəri bu formatda ilk olan danışıqlarda tərəflər yeni raundun keçirilməsi barədə razılığa gəliblər. Bu məlumatı digər Qərb və Ukrayna KİV-ləri, eləcə də Rusiyanın TASS agentliyi də təsdiqləyib.

“Axios”un yazdığına görə, ABŞ rəsmiləri Əbu-Dabidə keçirilən görüşü danışıqların növbəti mərhələsinə keçid baxımından mühüm addım kimi qiymətləndirirlər. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, danışıqlar zamanı Rusiya və Ukrayna Prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüş məsələsi də müzakirə olunub və tərəflər bu görüşə “çox yaxınlaşıblar”. Onun sözlərinə görə, belə bir görüş növbəti danışıqlar raundunun uğurlu keçməsi halında mümkün ola bilər.

Mənbələr bildirir ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 22-də Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşdə müharibənin diplomatik yollarla başa çatdırılmasına hazır olduğunu ifadə edib. Bunun göstəricisi kimi Rusiyanın Əbu-Dabiyə Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (GRU) rəhbəri İqor Kostyukovun başçılıq etdiyi “ciddi” nümayəndə heyəti göndərdiyi qeyd olunur. Nümayəndə heyətində GRU-nun informasiya idarəsinin rəis müavini Aleksandr Zorinin də yer aldığı bildirilir.

Ukrayna tərəfi də yüksək səviyyədə təmsil olunub – nümayəndə heyətində Prezident Ofisinin rəhbəri Kirill Budanov iştirak edib. ABŞ nümayəndə heyətinə isə ABŞ-nin Avropadakı qoşunlarının komandanı Aleksus Qrinkeviç daxil olub.

Danışıqlar qapalı formatda keçirilib və rəsmi nəticələr açıqlanmayıb. Bununla belə, “Axios”, “Politico”, “RBK-Ukrayna” və digər KİV-lərin mənbələri müzakirələrin detalları barədə məlumat veriblər.

“RBK-Ukrayna”nın yazdığına görə, Rusiya əvvəlki kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin işğal olunmayan hissəsindən çıxarılmasını tələb edib, Ukrayna isə bu şərtlə razılaşmayıb. Bu məsələ üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb. “The New York Times” isə yazır ki, Moskva ərazi məsələləri ilə bağlı ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putin arasında ötən yay Alyaskada əldə edildiyi iddia olunan razılaşmadan kənara çıxan istənilən variantı rədd edib.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, sülh sazişi Ankoriçdə razılaşdırıldığı deyilən parametrlərə uyğun olmalıdır. Lakin nə ABŞ, nə də Rusiya bu barədə rəsmi şəkildə konkret razılaşmanın mövcudluğunu açıqlamayıb.

Bununla yanaşı, tərəflər atəşkəsdən sonrakı mərhələdə görülə biləcək addımların müzakirəsində ciddi irəliləyiş əldə ediblər. Xüsusilə qoşunların mümkün şəkildə ayrılması, atəşkəs rejiminin monitorinq mexanizmləri, həmçinin nəzarət və koordinasiya mərkəzinin yaradılması məsələləri müzakirə olunub.

“Politico”nun məlumatına görə, danışıqlarda iqtisadi məsələlər, o cümlədən Zaporojye AES-in taleyi də gündəmə gəlib. Mənbə bildirir ki, Moskva stansiyada istehsal olunan elektrik enerjisinin Rusiya və Ukrayna arasında birgə bölüşdürülməsini təklif edir. Lakin bu istiqamətdə hələlik razılaşma yoxdur.

“Reuters” və “Axios” yazır ki, Əbu-Dabidə üçtərəfli görüşlə yanaşı, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikitərəfli görüş də keçirilib. Danışıqların ikinci gününün sonunda üç tərəfin nümayəndələri birgə naharda iştirak ediblər. Amerikalı rəsmilərdən biri bu görüşü şərh edərkən bildirib ki, “elə bir an olub ki, hər kəs demək olar dost kimi görünürdü”.

Ukrayna Prezidenti Zelenski daha əvvəl danışıqlarda müharibənin başa çatdırılmasının mümkün parametrlərinin müzakirə edildiyini və görüşlərin “konstruktiv” keçdiyini bildirib. Onun sözlərinə görə, tərəflər paytaxtlarına danışıqların bütün aspektləri barədə məruzə etməyə və liderlərlə növbəti addımları razılaşdırmağa razılaşıblar. Zelenski növbəti görüşün yaxın həftədə keçirilə biləcəyini istisna etməyib. Kreml isə hələlik Əbu-Dabi danışıqlarının nəticələrini rəsmi şərh etməyib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Pensiya kapitalı nə qədər artırılacaq? – Rəsmi rəqəm elan olundu
Next: Tikintisi yarımçıq qalan binalardan mənzil alanların aqibəti necə olacaq? (VİDEO)

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.