Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

admin 28/01/2026
qht-agent2

 

Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir

QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinə baxdıqca aydın olur ki, söhbət şəffaf və rəqabətli mexanizmdən deyil, yaxşı qurulmuş formal bir sistemdən gedir. Bu sistemdə qaydalar kağız üzərində mövcuddur, amma real qərarlar tamam başqa prinsiplərlə verilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir.

Agentlik təmsilçiləri isə çıxışlar edir, məqalələr yazır, pafoslu cümlələrlə ictimaiyyəti inandırmağa çalışır ki, guya bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına uyğun seçilir. Halbuki faktlar tam əksini deyir.

                   Qaydalar niyə yalnız kağız üzərində qalır?

Nazirlər Kabinetinin təsdiq etdiyi məlum qrant qaydalarının 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində  açıq şəkildə göstərilir ki, layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır.  Amma reallıqda nə baş verir? Məsələn: Reklam yönümlü QHT erkən nikah kimi dərin sosial problemlərlə bağlı layihələr icra edir. ( Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/195661-qht-lərə-dövlət-dəstəyi-agentliyi-ifşa-olunur-reklam-təşkilatının-nikah-layihəsinə-dəstək.html )  Bu nə dərəcədə peşəkarlıqdır? Yoxsa əsas meyar layihənin məzmunu deyil, kimin təqdim etməsidir?

Bu faktlar göstərir ki, Agentlik üçün nizamnamə tələbi prinsip deyil, sadəcə bəhanədir. Lazım gələndə xatırlanır, lazım gəlməyəndə isə görməzdən gəlinir.

                    “Təkrar layihə olmaz” – növbəti mif

Agentliyin ən çox təkrarladığı tezislərdən biri də budur: guya bir təşkilat eyni layihəni dəfələrlə icra edə bilməz. Amma, Yenixeber.org-a ötürülən faktlarla tam başqa mənzərə ortaya çıxır. Elə təşkilatlar var ki, Agentliyin yarandığı son beş il ərzində hər il eyni layihə ilə qrant qazanıb. Bu artıq təsadüf deyil, sistemli yanaşmadır.

Əgər eyni mövzu, eyni məntiq, eyni hədəf qrupları ilə layihələr illərdir maliyyələşdirilirsə, bəs rəqabət haradadır? Yeni ideyalar, yeni təşkilatlar, alternativ yanaşmalar niyə bu sistemə buraxılmır?

                 Konkret fakt: eyni təşkilat, eyni layihə, eyni ssenari

Bu gün diqqətə çatdırdığımız nümunə “Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” adlı QHT-dir. Təşkilatın profili, əvvəlki fəaliyyəti və maraq dairəsi açıq mənbələrdə mövcuddur. İstəyən hər kəs internet üzərindən araşdıra bilər.

Lakin sual doğuran əsas məqam budur: bu təşkilat QHT- lərə Dövlət Dəstəyi  Agentliyindən hər il eyni layihə – cəzaçəkmə müəssisələrində İİV/QİÇS-ə qarşı mübarizə layihəsi üçün qrant alır. Beş il ardıcıl olaraq eyni mövzuya, eyni formada maliyyə ayrılması hansı meyarla əsaslandırılır?

Bu layihə təşkilatın nizamnaməsinə birbaşa uyğun gəlirmi? Alternativ təşkilatlar niyə eyni sahədə şans qazana bilmir?

                                  Şəffaflıq haradadır?

Daha maraqlısı isə odur ki, adıçəkilən QHT-nin layihə icrasına dair ciddi və açıq internet resurslarında demək olar ki, heç bir məlumata rast gəlinmir. Nə hesabatlar, nə foto-materiallar, nə də ictimai təqdimatlar mövcuddur.

Əgər layihələr real icra olunubsa, bəs bu məlumatlar niyə ictimaiyyətə açıq deyil? Dövlət vəsaiti hesabına həyata keçirilən layihələrin nəticələri gizlədilirsə, burada hansı şəffaflıqdan danışmaq olar?

                              Agentlik əvvəlcə özünü yoxlamalıdır!

QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bu ildən etibarən dublikat, təkrar və plagiat layihələrlə mübarizə aparacağını bəyan edir. Amma sual yaranır: Agentlik əvvəlcə öz daxilindəki mexanizmləri, QHT-lərə qarşı selektiv münasibəti nə vaxt düzəldəcək?

İllərlə eyni təşkilatlara, eyni layihələrə qrant verən qurumun indi birdən-birə “təkrarla mübarizə”dən danışması ən azı inandırıcı görünmür. Bu, problemi həll etmək deyil, problemi ört-basdır etmək cəhdidir.

                               Nəticə: suallar çoxdur, cavablar isə yoxdur!

Bir QHT-nin beş il ardıcıl olaraq eyni layihə ilə qrant qazanması qrant sisteminin necə işlədiyini açıq şəkildə göstərir. Bu sistemdə əsas olan ictimai fayda, innovasiya və nəticə deyil, münasibətlər və vərdişlərdir.

Pafoslu bəyanatlarla, şablon açıqlamalarla nə QHT-ləri, nə də ictimaiyyəti aldatmaq mümkün olacaq. Qarşıdakı günlərdə daha konkret faktlar, sənədlər və müqayisəli təhlillərlə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin qrant müsabiqələrinin real mənzərəsini təqdim etməyə davam edəcəyik./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq
Next: 60 min boş iş yeri hardadır? – Agentlik sədrinin müəmmalı açıqlaması

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.