Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 29
  • ABŞ-nin İrandakı zərbə hədəfləri açıqlandı – Ali siyasi rəhbərlik, SEPAH bazaları…

ABŞ-nin İrandakı zərbə hədəfləri açıqlandı – Ali siyasi rəhbərlik, SEPAH bazaları…

admin 29/01/2026
xmn-tr2

 

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətindən nüvə silahı yaratmaqdan imtina edilməsini nəzərdə tutan razılaşmaya aparan danışıqlara dərhal başlamağı tələb edib. Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazdığı paylaşımda xəbərdarlıq edib ki, əks halda ABŞ-nin İrana qarşı yeni zərbələri ötən ilin yayındakı hücumlardan “qat-qat ağır” olacaq.

Bu bəyanat ABŞ-nin Yaxın Şərq bölgəsində hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir. Belə ki, bölgəyə “Avraam Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu göndərilib. Aviadaşıyıcının göyərtəsində onlarla döyüş təyyarəsi yerləşdirilib. Donald Tramp İran ətrafında hərbi qüvvələrin cəmləşdirilməsini Karib dənizində yaradılmış və Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında istifadə olunmuş hərbi-dəniz qruplaşması ilə müqayisə edib.

CNN telekanalı Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, Tramp administrasiyası İran ərazisində genişmiqyaslı hava zərbələrinin endirilməsi variantını ciddi şəkildə nəzərdən keçirir. Buna səbəb İranın nüvə proqramı və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı Tehranla aparılan ilkin məsləhətləşmələrin nəticəsiz qalmasıdır.

Mənbələrin məlumatına görə, mümkün zərbələrin hədəfi İranın ali siyasi rəhbərliyi, təhlükəsizlik qüvvələrinin rəhbərləri, etirazçıların öldürülməsinə görə məsul şəxslər, eləcə də nüvə proqramı ilə bağlı istehsal və anbar obyektləri, dövlət qurumları ola bilər. ABŞ kəşfiyyatı İranın ötən ilin yayında endirilmiş zərbələr nəticəsində sıradan çıxmış uranın zənginləşdirilməsi obyektlərini bərpa etməyə cəhd göstərdiyi barədə məlumatlar əldə edib. Bundan başqa, İranın MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina etməsi də Vaşinqtonda ciddi şübhələr doğurur.

İranın xarici işlər naziri Abbas Araqçi isə çərşənbə günü verdiyi açıqlamada bildirib ki, İran silahlı qüvvələri ölkəyə qarşı “istənilən təcavüzə dərhal və güclü şəkildə” cavab verməyə hazırdır. Amerikalı ekspertlərin fikrincə, İran regiondakı ABŞ  bazalarına və Vaşinqtonun müttəfiqlərinə, ilk növbədə İsrailə zərbə endirmək üçün kifayət qədər böyük raket arsenalına malikdir./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Məhkəməyədək icraat üçün elektron kabinetlər yaradılacaq
Next: Cərimənin məcburi qaydada tutulması qaydası dəyişdi

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.