Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Gənclər və İdman Nazirliyi qalib seçdiyi “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə niyə göz yumub

Gənclər və İdman Nazirliyi qalib seçdiyi “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə niyə göz yumub

admin 30/01/2026
genc-nazirl

 

Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən 12.11.2025-ci il tarixində “Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması ilə əlaqədar elan edilmiş açıq tender müsabiqəsinə yekun vurulub. Müsabiqənin qalibi “SAHİL İNŞAAT 2020”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmiş və tərəflər arasında 1.319.663,03 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Gözləmə müddəti 27.01.2026-cı il tarixində başlayır və 03.02.2026-cı il tarixində iş gününün sonu bitir. məlumat satınalmaların portalında 26.01.2026-cı ildə dərc edilib.

Maraqlıdır, Gənclər və İdman Nazirliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin müqavilə bağlamağı planlaşdırdığı “SAHİL İNŞAAT 2020” MMC haqqında nə kimi məlumatlar var. MMC-nin eyni vaxtda 16 rayonda açıq meydançaların tikintisini həyata keçirmək üçün maddi texniki bazası, işçi qüvvəsi varmı?

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “SAHİL İNŞAAT 2020” (VOEN: 2906049871) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin  05.11.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı cəmi 13 manat olan MMC-nin hüquqi ünvanının, Sumqayıt şəhəri, 3 mkr, ev.22A/29, m.6,  qanuni təmsilçisi kimi isə Osmanova Fəridə Ələddin qızı olduğu göstərilir.

MMC-nin qanuni təmsilçisi Fəridə Osmanova 12.10.2020-ci ildə Auditorlar Palatası Şurasının  qərarı ilə fəaliyyəti dayandırılmış  “Econom AUDİT” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktorudur. Çox güman ki, Fəridə Osmanova formal olaraq “Sahil İnşaat 2020” MMC-nin direktoru kimi göstərilir. Onun arxasında daha güclü bir qüvvə olmasa bir milyon manatdan çox dəyəri olan tenderi uda bilməsi qeyri mümkün olduğunu özü də çox gözəl bilir. Həm da satınalmalarda ilk dəfə iştirak etməsinə baxmayaraq. Qanun buna da yol vermir. Çünki satınalmada iştirak üçün ərizə verdikdə analoji işlərdə təcrübəyə dair ən azı son bir il ərzində körülmüş iki iş təqdim olunmalıdır.

Açıq mənbələr üzərindən apardığımız araşdırmada təkzib olunmamış bir fakt da ortaya çıxdı. Mediada 25 sentyabr 2024-cü ildə yayılan məlumata görə mülki binaların, sağlamlıq mərkəzlərinin, çoxmərtəbəli binaların tikintisini həyata keçirən “Sahil İnşaat 2020” MMC ilə bağlı cərimə protokolu tərtib edilib. Yoxlama zamanı tikinti şirkətinin İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Tikinti şirkəti ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 27 sentyabr tarixində hakim Azər İsmayılovun sədrliyi ilə işə baxılıb. Cərimələnən şirkətin inşa etdiyi binalardan mənzil alan sakinlər dəfələrlə mətbuata və aidiyyəti qurumlara aldadıldıqları barədə şikayət ediblər.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun görə (Maddə 23.) təchizatçıların uyğunluq göstəricilərində aşağıdakı halların mövcud olmaması nəzərə alınmalıdır.

23.3.5 son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;

23.3.7. təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması;

Amma göründüyü kimi Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin Satınalma Komissiyası “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərini müəyyənləşdirərkən maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsini nəzərə almamışdır. Bundan əlavə “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə də göz yumulduğu da açıq-aşkar görsənməkdədir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Sağlam məhəllə” layihəsi çərçivəsində 3 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması üzrə daha bir müqavilə də “OMAR NN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.09.2025-ci ildə bağlayıb. Bu müqavilənin dəyəri 297.733,33 manat təşkil edib. Şərtlərə görə MMC Naxçıvan muxtar Respublikasınıb Culfa, Babək və Şahbuz rayonlarında mini idman meydançalarının tikintisini həyata keçirməlidir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin direktoru Kamran Yadigarovdur. O bu vəzifəyə 2022-ci ilin noyabrında təyin edilib. Gənclər və İdman naziri Fərid Qayıbovun yaxın kadrlarından biri kimi tanınır.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisinə DUR deyən olacaqmı?! -VİDEO
Next: Azərbaycanın hava məkanı və ya ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.