Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir – dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir – dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

admin 30/01/2026
velo-qht

 

Qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib
 QHT-lərə Dövlət  Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinin təhlili göstərir ki, bu proses artıq sadəcə qeyri-peşəkarlıq deyil, açıq şəkildə sistemli nəzarətsizlik və qanunvericiliyin formal xarakter daşıması səviyyəsinə çatıb. Araşdırmalarımız zamanı üzə çıxan faktlar dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı prinsiplərlə paylanması sualını daha da kəskinləşdirir və QHT-lərə Dövlət  Dəstəyi Agentliyinin fəaliyyətinin hüquqi əsaslarını ciddi şəkildə şübhə altına alır.

Şübhəli layihələrlə qrant alan təşkilatlardan biri də, “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyidir. Təşkilatın adında və nizamnamə məqsədlərində innovativ media, jurnalistika, informasiya mühitinin inkişafı və jurnalist peşəkarlığının artırılması kimi istiqamətlər ön plana çıxır. Lakin Agentlik tərəfindən bu təşkilata ayrılmış qrant layihəsinin adı “Piylənməyə qarşı velohərəkat”dır. Layihənin məqsədi kimi piylənmənin yaratdığı təhlükələr, onun qarşısının alınması yolları və velosiped sürmənin təşviqi göstərilir.

Elə buradaca suallar doğur: media və jurnalistika yönümlü bir QHT-nin səhiyyə və fiziki aktivlik mövzusunda layihə icra etməsi hansı hüquqi və institusional əsaslara söykənir? Bu uyğunluğu kim qiymətləndirib? Yoxsa ümumiyyətlə qiymətləndirmə aparılmayıb?

Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydaları bu məsələdə kifayət qədər aydındır. Qaydaların 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrinə əsasən layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır. Bir sözlə bu uyğunluq əsas meyar kimi göstərilir. Bu maddələr kağız üzərində qalırsa, o zaman qrant mexanizmi hüquqi alət deyil, formal prosedura çevrilmiş olur.

Araşdırmalarımızla açıq mənbələrdə bu layihənin icrası ilə bağlı yerləşdirilmiş qısa və qeyri-müəyyən bir məlumat aşkar edildi. Məlumatda layihənin guya icra olunduğu və “uğurla başa çatdığı” qeyd edilir. Əlavə olaraq təqdim edilən bir fotoşəkil isə ciddi şübhələr doğurur. Şəkil bulanıqdır, uzaq məsafədən çəkilib və açıq-aşkar başqa bir tədbirə aid olduğu təəssüratı yaradır. Ciddi və real layihə icra edən təşkilatlar adətən tədbirin gedişini əks etdirən bir neçə aydın foto, iştirakçı siyahısı, məkan və tarixlə bağlı konkret məlumatlar təqdim edir. Burada isə bunların heç biri yoxdur(?)

Bu vəziyyət belə bir ehtimal yaradır ki, layihə ya formal şəkildə icra olunub, ya da ümumiyyətlə icra edilmədən hesabatlaşdırılıb. Hər iki halda məsuliyyət yalnız QHT-nin üzərində deyil. Əsas məsuliyyət bu layihəni uyğun hesab edən, maliyyələşdirən və icrasına nəzarət etməli olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzərinə düşür.

Daha ciddi problem isə sistemlidir. Yenixeber.org olaraq apardığımız araşdırmalarla məlum olur ki, QHT-lərə Dövlət  Dəstəyi Agentliyində qrantların paylanması zamanı əsas meyar layihənin keyfiyyəti, məqsədlərə uyğunluğu və ictimai faydası deyil. Əsas məsələ təşkilatın kimə və hansı çevrəyə bağlı olmasıdır. Ekspert qiymətləndirməsi institutu faktiki olaraq ya səriştəsiz şəxslərin əlindədir, ya da formal xarakter daşıyır. Layihələrin məzmunu ya oxunmur, ya da bilərəkdən görməzlikdən gəlinir.

Nəticədə qrant mexanizmi dövlət siyasətinin aləti olmaqdan çıxıb, dar bir qrupun nəzarət etdiyi paylama mexanizminə çevrilib. Dövlət büdcəsindən ayrılan vəsaitlər səmərəsiz şəkildə xərclənir, ictimai nəzarət isə demək olar ki, yoxdur. Bu isə artıq təkcə bir layihə və ya bir QHT məsələsi deyil, dövlət maliyyəsinin idarə olunması ilə bağlı ciddi institusional böhrandır.

Ortaya çıxan mənzərə onu göstərir ki, dövlət QHT-lərə Dövlət  Dəstəyi Agentliyi üzərində real nəzarət funksiyasını ya itirib, ya da bu nəzarət qəsdən tətbiq edilmir. Dövlət büdcəsinin taleyi ilə bağlı suallar cavabsız qalır. Kimlərsə bu proseslərə göz yumur, ya da birbaşa məsuliyyətdən yayınır. Əgər bu faktlar araşdırılmırsa və hüquqi qiymət verilmirsə, o zaman cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: dövlət büdcəsi ictimai maraqlar üçün deyil, müəyyən maraq qrupları üçün xərclənir.

Bu vəziyyətin dəyişməsi üçün kosmetik islahatlar deyil, real audit, şəffaflıq və hüquqi məsuliyyət mexanizmləri lazımdır. Əks halda “qrant” anlayışı ictimai faydanın deyil, talanın sinoniminə çevriləcək./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Hegemon dövlətlər gedəndə daha pis bir miras qoyur – Fidan
Next: “Pensiyalar qiymət artımı ilə əriyib getməsin…” – Əli Məsimli gözləntilərini açıqladı

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.